SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə175/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   171   172   173   174   175   176   177   178   ...   330
VASİTƏÇİLİK ÜÇÜN HƏDİYYƏ ALMAQ

İnsanlar arasında vəzifə və mövqe sahibi olmaq Allahın şükr edən bəndəsinə verdiyi nemətlərdən biridir. Bu nemətin şükrünü yerinə yetirmənin bir forması da vəzifə və mövqe verilən şəxsin bunları müsəlmanların faydalanmasına yönəltməsidir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən qardaşına faydalı olmağa gücü çatan varsa bunu etsin»791. Qanuni imkanlardan istifadə edərək, hər hansı bir haram işlətmədən və ya başqasının haqqına toxunmadan, təmiz niyyətlə müsəlman qardaşını bir haqsızlıqdan qurtararsa və yaxud ona xeyir verən şəxs Uca və Böyük olan Allah dərgahında mükafatlandırılır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «(Yaxşılıq üçün) vasitəçilik edin ki, savaba çatasınız»792. Bu vasitəçilik və xahiş etməyə görə əvəzində bir şey almaq qadağandır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim bir vasitəçilik işində iştirak edər və buna görə ona verilən hədiyyəni qəbul edərsə o, kimsə faiz qapılarından ən böyüyünə girmiş olur»793. Həsən b. Səhlin yanına bir nəfər gələrək bir işdə vasitəçi olmasını istəyir. O, da bu işi həll edir. Buna görə də həmən adam ona təşəkkür etməyə gəlir. Həsən: «Nə üçün bizə təşəkkür edirsən? Biz malın bir zəkatı olduğu kimi, mövqeyin (vəzifənin) də bir zəkatı olduğunu qəbul edirik»794.




Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin