SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə213/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   209   210   211   212   213   214   215   216   ...   330
İCAZƏ VERİLƏN YALAN: Ummu Gülsüm - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanlar arasını düzəltmək üçün (yalan söyləyib) xeyirli bir xəbər daşıyan, yaxud da xeyir söyləyən yalançı deyildir»1028. Ummu Gülsüm - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu üç şey müstəsna olmaqla insanların (yalan) danışmalarından heç birinə izn verdiyini duymadım. Müharibədə, insanlar arasını düzəltməkdə və kişinin öz zövcəsinə, zövcənin də öz ərinə söylədiyi (yalan) sözlərdə»1029.
QEYBƏT ETMƏK

«Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır. Bir-birinizin sirlərini arayıb axtarmayın, bir-birinizin qeybətini etməyin. Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı. Bu sizdə ikrah hissi oyadar. Allahdan qorxun! Həqiqətən Allah tövbələri qəbul edəndir və rəhimlidir».(əl-Hucurat 12). «Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Lağa qoyulanlar, qoyanlardan daha yaxşıdır. Bir-birinizə tənə etməyin, eyb tutmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq çox pisdir. Tövbə etməyənlər zalimdirlər». (əl-Hucurat 11). «O, kəslər ki, lağlağıdan və lazımsız şeylərdən üz döndərirlər». (əl-Mumin 3). Amr b. As - radıyallahu anhu – öz yoldaşlarından bir dəstə ilə ölmüş və artıq şişmiş bir qatırın yanından keçərkən dedi: «Allaha and olsun ki, sizdən birinizin qarnını doldurana qədər bu qatırın ətindən yeməsi onun üçün müsəlmanın ətini yeməkdən daha xeyirlidir»1030. Cabir b. Abdullah - radıyallahu anhu – rəvayət edir ki, biz Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə birlikdə idik. Birdən çox pis iyli bir külək qalxdı. Peyğəmbər: «Bilirsinizmi bu nədir? Bu möminlərin qeybətini edənlərin iysidir»1031. Cabir - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in vaxtında pis iyli bir külək qalxdı. Peyğəmbər: «Bir dəstə münafiq bir dəstə müsəlmanın qeybətini etdi. Ona görə də bu külək qalxdı»1032. İbn Ummu Abd deyir ki: «Kimin yanında bir möminin qeybətini edirlər və o, da onun tərəfini saxlayarsa Allah ona mükafat olaraq dünya və axirətdə xeyir nəsib edər. Kimin də yanında bir möminin qeybətini edərlər və o da onun tərəfini saxlamazsa Allah ona cəza olaraq dünya və axirətydə şər nəsib edər. Hər kəs möminin qeybətini etməkdən daha pis bir loxma uda bilməz. Əgər onun haqqında olan şeyi danışarsa, qeybətini etmiş olar, yox əgər olmayan bir şeyi danışrasa onda ona böhtan atmış olar»1033. «Qeybət edib tənə vuranların vay halına. O, kimsə ki, mal yığıb dənə-dənə sayar və zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır». (əl-Huməzə 1-2). Əbu Darda - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim müsəlman qardaşının şərəf və namusunu qoruyarsa Allah da Qiyamət günü onun üzünü Cəhənnəm atəşindən qoruyar»1034. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bilirsinizmi qeybət nədir?». Səhabələr: «Allah və Rəsulu daha gözəl bilir» deyə cavab verdilər. Peyğəmbər: «Qardaşınızın xoşlamadığı bir şeyi söyləməkdir». Səhabələrdən biri: «Ya Rəsulullah! Əgər söylədiklərim onda varsa necə?». Peyğəmbər: «Əgər sözylədiklərin onda varsa qeybət etmiş olursan. Əgər dediklərin onda yoxdursa onda iftira (böhtan) atmış olursan» deyə buyurdu1035. Aişə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə: «Səfiyyənin qısa boylu olduğunu söyləyərək sənə bəs edər» dedim. Peyğəmbər: «Vallahi elə bir söz söylədin ki, əgər o dəniz suyuna qarışdırılsaydı onu ifsad edib korlayardı»1036. Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Merac gecəsində dırnaqları uzun olan bir qövmə yetişdim. Onlar üzlərini və kökslərini cırmaqlayırdılar. Mən: «Ey Cəbrail! Bunlar kimlərdir?» deyə buyurdum. Cəbrail: «Bunlar insanların ətlərini yeyənlər və başqalarının şərəflərinə dil uzadanlardır» deyə buyurdu1037. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər bir müsəlmanın qanı, namusu və malı digər bir müsəlmana haramdır»1038. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Təbuka çatıncaya qədər məndən heç danışmamışdı. Təbukda səhabələrin əhatəsində oturarkən məni xatırlayaraq: «Kəb b. Məlik nə edir?» deyə buyurmuşdu. Bəni Sələmə qəbiləsindən olan biri: «Ya Rəsulullah! Onu iki paltarı və təkəbbürlüyü (döyüşə gəlməyə) qoymadı!» dedi. Muaz b. Cəbəl: «Vallahi Ya Rəsulullah! Biz Kəb b. Məlik haqqında xeyirdən başqa bir şey bilmirik!» dedi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – heç bir şey deməyib susdu. Bu an düm ağ paltarda bir adam göründü. Peyğəmbər: «Bu Əbu Heysəmə olmalıdır?» deyə buyurdu. Həqiqətən baxdıq ki, gələn Əbu Heysəmə əl-Ənsaridir. Bu kimsəni münafiqlər döyüşə bir sa1039 xurma verdiyi üçün ələ salırdılar1040. Məlik b. Rabi əl-Ənsari - radıyallahu anhu – xəbər verir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – in səhablərindən və Bədr öyüşündə iştirak edən İtban b. Məlik – radıyallahu anhu – deyir ki, namazlarımın çoxunu Bəni Sələmə qəbiləsi ilə keçirirdim. Onlarla mənim aramda bir dərə vardı. Yağmur vaxtı dərə su ilə dolduqda oranı keçib onların məscidinə getmək mənim üçün çox çətin idi. Buna görə də Peyğəmbər - səllallahu aleyhi və səlləm – in yanına gələrək: «Ya Rəsulullah! Qocalmışam, gözlərim də zəif görür. Yağmur vaxtı qömümlə mənim aramda olan dərə su ilə dolub daşır və mənim üçün ora keçilməz olur. Könlüm istəyir ki, evimə gəlib evimdə namaz qıldırasan və sənin namaz qıldığın yeri namazgah edim». Peyğəmbər: «Mən mütləq gələcəyəm» deyə buyurdu. Səhəri Peyğəmbər - səllallahu aleyhi və səlləm – Əbu Bəkr – radıyallahu anhu – ilə birlikdə evimə qonaq gəldilər. Peyğəmbər - səllallahu aleyhi və səlləm – evə daxil olmaq üçün icazə istədi. Evə daxil olduqdan sonra oturmazdan əvvəl mənə dedi: «Evin hansı hissəsində namaz qılmağımı istəyirsən» deyə soruşdu. Mən də namaz üçün seçdiyim yeri ona göstərdim». Peyğəmbər - səllallahu aleyhi və səlləm – namaza durub təkbir aldı. Biz də onun arxa tərəfində səff düzəldərək təkbir gəirdik. İki rükət namaz qılıb təslim ilə namazını bitirdi. Biz salam verərək namazımızı bitirdik. Namazdan sonra Peyğəmbər - səllallahu aleyhi və səlləm – Xaziri (qıyma və unda bişrilən yeməyin adıdır) yeməyinə dəvət etdim. Namaz qıldıqdan sonra Peyğəmbər - səllallahu aleyhi və səlləm – in gəldiyini eşidən insnlar bizə axışmağa başlaılar. Onlrdan biri Malik b. Duhşam haradadır? onu heç görmürəm» deyə soruşdu. (Cəmaatda) onlardan biri: «O, münafiqdir. Hansı ki, Allah və Rəsulunu sevmir». Bunu eşidən Peyğəmbər: «Belə demə! Məgər o, sənin yanında Allaha tərəf yönələrək Lə İləhə İlləllah deməyib və bunu da Allah rizası üçün söyləyir». O kimsə: «Allah və Rəsulu bu haqda daha yaxşı bilir, lakin Allaha and olsun ki, o yalnız münafiqlərlə oturub-durur və onları da sevir». Peyğəmbər: «Allah rizasını diləyərək Lə İləhə İlləllah deyən kimsəyə Allah Cəhənnəm odunu haram etmişdir»1041.


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   209   210   211   212   213   214   215   216   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin