SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H


SAÇ VƏ SAQQALI QARA RƏNGLƏ BOYAMAQ



Yüklə 3,12 Mb.
səhifə235/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   231   232   233   234   235   236   237   238   ...   330
SAÇ VƏ SAQQALI QARA RƏNGLƏ BOYAMAQ

Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Axır zamanlarda saç və saqqalını göyərçin sinəsi kimi qara rəngə boyayan insanlar olacaqdır. Onlar Cənnətin qoxusunu da belə duymayacaqlar»1149. Əbu Kuhafə saç-saqqalı ağarmış halda Məkkənin fəthi günü Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gətrilir. Peyğəmbər: «(Saç-saqqalını qəsd edərək) bunu bir şeylə dəyişdirin və (bu işdə) qara rəngdən çəkinin»1150.


ƏDALƏTSİZ HAKİM

Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allahın nazil etdiyi il hökm etməyən dövlət başçısının namazını Allah qəbul etməz»1151. Bureydə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - buyurdu: «Hakimlər üç cürdür. Biri Cənnətlik, ikisi isə Cəhənnəmlikdir. Haqqı bilib doğru hökm verən Cənnətlikdir, haqqı bilib (bilə-bilə) ədalətsiz hökm verən Cəhənnəmlikdir, cahilcəsinə hökm verən də Cəhənnəmlikdir»1152. «Söz söylədiyiniz zaman qohumunuz olsa da belə ədalətli olun». (əl-Ənam 152). «Hər hansı bir cəmaata qarşı kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu təqvaya daha yaxındır». (əl-Maidə 8). Təbəri – rahmətullahi aleyhi - deyir ki: «Yəni insanlar arasında hökm verdikdə haqqı deyin. Ədalətli və insaflı olun. Haqsızlıq etməyin» 5/395. İbn Kəsir – rahmətullahi aleyhi - deyir ki: «Uca Allah hər bir kəsə qarşı bütün vaxtlarda və vəziyyətlərdə ədalətli olmağı əmr edir» 2/255. İbn Kəsir – rahmətullahi aleyhi - deyir ki: «Əksinə dost və düşmən olan hər bir kəslə ədalətli davranın» 2/44, Şövkani «Fəthul Qadir» 2/7. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hakimlər Qureyşdən olmalıdır. Onlardan bağışlanma diləndikdə onlar rəhimli olmalıdırlar. Söz verdikləri zaman yerinə yetirməlidirlər. Hökm verdikləri zaman ədalətli olmalıdırlar. Əgər onlardan kimsə belə etməzsə ona Allahın, mələklərin və bütün insanları lənəti çatar»1153. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Əgər bir kimsəni hakim (qazı) təyin etdilərsə o, kimsəni bıçaqsız kəsiblər»1154. Əli - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Əgər iki nəfər aralarında hökm vermək üçün səndən xahiş ediblərsə onların hər ikisini də dinləməmiş qərar vermə. Yalnız (onların hər ikisini də dinlədikdən) sonra daha doğru qərarı verə bilərsən»1155. Peyğəmbər - səllallahu aleyhi və səlləm –buyurdu: «Heç bir kimsə qəzəbli halda iki kişi arasında hökm verməsin»1156.



Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   231   232   233   234   235   236   237   238   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin