SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H


ALLAHIN RƏHMƏTİNDƏN ÜMÜD ÜZMƏK VƏ ALLAHIN ƏZABINDAN ƏMİN OLMAQ



Yüklə 3,12 Mb.
səhifə269/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   265   266   267   268   269   270   271   272   ...   330
ALLAHIN RƏHMƏTİNDƏN ÜMÜD ÜZMƏK VƏ ALLAHIN ƏZABINDAN ƏMİN OLMAQ

«Allahın əzabından xüsrana uğrayanlardan başqası əmin olmaz». (əl-Əraf 99). «Allahın mərhəmətindən ümüdünüzü kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər». (Yusuf 87). «(İnsanlar) ümidsizliyə qapılandan sonra yağmur göndərən». (əş-Şura 28). «Bizimlə qarşılaşacaqlarına ümid etməyən, dünyanı bəyənib ona bel bağlayan və ayələrimizdən qafil olanların məhz onların qazandıqları günahlara görə düşəcəkləri yer Cəhənnəmdir». (Yunus 7-8). «(Ya Muhəmməd!) Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da (Məkkədən) çıxardıb qovmaq üçün sənə qarşı hiylə qururdular. Allah da tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır». (əl-Ənfal 30). İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən nəyin böyük günah olduğunu soruşdular o, buyurdu: «Allaha şərik qoşmaq, Allahın köməyinə ümüdü itirmək və Allahın məkrindən1372 arxayın olmaq»1373. İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki: «Böyük günahların ən böyüyü Allaha şərik qoşmaq, Allahın məkrindən arxayın olmaq, Allahın mərhəmətinə ümüdsüzlük və Allahın köməyinə ümüdü itirmək»1374.

Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   265   266   267   268   269   270   271   272   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin