Sərbəst iş Ad: Cahəddin Soyad: Cavadzadə İxtisas: Tarix müəllimliyi Qrup: 841a kurs: II fənn



Yüklə 191,36 Kb.
səhifə8/8
tarix06.12.2022
ölçüsü191,36 Kb.
#72808
1   2   3   4   5   6   7   8
Təhsildə İKT. Cahəddin Cavadzadə

Text Box (Надпись, Yazı). Əmr mətn, şəkil, qrafik, diaqram üzərində digər mətn fraqmentini, şəkli, cədvəli və s. yerləşdirmək əməliyyatını yerinə yetirir. Burada hazır yazı formalarından və ya əmri yerinə yetirdikdə “+” forması almış kursoru, tələb olunan obyekt üzərinə qoyub siçanın sol düyməsini sıxmaqla hərəkət etdirdikdə çərçivə formasında yazı sahəsi açılır ki, bura mətn fraqmenti və ya ixtiyari obyekt (məsələn: şəkil) daxil etmək olar.
Quick Part (Экспрес-блоки, Ekspres bloklar). Əmr xüsusi ekspres bloklar yaratmaqla sənədə müxtəlif informasiyaları - Avtomətn, sənədin xassələrı, sahə standart bloklar, müəllifin, təşkilatın adını və s daxil etməyi təmin edir.
WordArt (Объекты WordArt, WordArt obyekti) əmrini yerinə yetirdikdə ilk növbədə, açılmış pəncərədə yaradılacaq yazının stilini seçmək lazımdır. Bu stili seçilmiş mətn fraqmentinə və ya yeni daxil ediləcək mətnə tətbiq etmək olar.
Drop Cap (Буквица, Bukvisa). Əmr abzasın birinci simvolunun böyük ölçüdə-bir neçə sətrdə olmasını təmin etməklə, səhifəyə xüsusi forma verilməsini təmin edir. Əmri yerinə yetirdikdə açılmış pəncərədə onun formasını, şriftini, hündürlüyünü, mətndən aralıq məsafəsini müəyyənləşdir-mək mümkündür.
Siqnature Line (Строка подписи-İmza sətri) - əmri rəqəmsal imzanın daxil edilməsi əməliyyatını yerinə yetirir.
Date and Time (Дата и время, Tarix və vaxt). Əmr mətndə kursorun dayandığı mövqedə müəyyən format əsasında cari tarixin və vaxtın daxil olunmasını təmin edir. Əmri yerinə yetirdikdə açılmış pəncərədə tələb olunan formatı seçib OK düyməsini sıxmaq lazımdır.
Object (Объект, Obyekt). Əmr kursorun durduğu mövqeyə digər Windows əlavələrində və ya fayllarda yaradılmış obyektlərin cari sənədə daxil edilməsini təmin edir. Əmr yerinə yetirildikdə açılmış pəncərədə məqsədə uyğun əlavəni seçib OK düyməsini sıxmaq lazımdır.
Yüklə 191,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin