Yaşadar məhəbbəti düz əhdi-peyman – dedilər,
Yaşayan məhəbbətə yüz cürə qurban – dedilər.
Gözəlliyə səcdə qılıb, eşq üçün can verənə,
Aqillər qiymət verib, ən böyük insan – dedilər.
Sərraf Şiruyə
102
Eşq ilə dolu könül çıraqlı bir xanımandı,
Eşqsiz bir ürəyə susuz dəyirman – dedilər.
Eşqli bir ürəyin od, atəşı sönməz olar,
Bəxş edib o atəşi sevdiyi canan – dedilər.
Vətən eşqi də gərək hər eşqdən olsun uca,
Vətəni sevməyən kəs olacaq peşman – dedilər.
Yer-yerdən uşaqlar alqış söylədi,
Əli dedi: Gör bu zalım neylədi?
– Bayaq tutulmuşdu qaşı-qabağı,
Əlyar dedi: – Gözləyirmiş bu çağı.
Gör necə göstərdi böyüklüyünü,
Açdı ürəyində olan düyünü.
Qızlar pıçıldaşıb baxdı İlhama,
Xəlvəti dedilər yetişsin kama.
Belə öyrəndilər əruz vəznini,
İndi də hər biri anır o günü.
Bu xəbər çatmışdı hər bir tərəfə,
Əli kişi yol tapmadı hədəfə.
Şişqayadan o gözaltı seçmişdi,
Ordan gəlin gətirəcəm demişdi.
|