Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 30,85 Mb.
Pdf görüntüsü
səhifə68/152
tarix02.01.2022
ölçüsü30,85 Mb.
#1849
1   ...   64   65   66   67   68   69   70   71   ...   152
Qələbə qanunu

Liderlər həmişə komandalarının qalib

gəlməsi üçün yol tapırlar.

Liderləri qalib edən nədir? Elə bir konkret

keyfiyyəti ayırmaq çətindir ki, o, qalibi

məğlubdan fərqləndirsin. Liderlik ətrafında

yaranan situasiyalar müxtəlif olur. Hər bir

böhran liderə meydan oxuyur. Amma qalib

gələn liderlərə məğlubiyyətlə barışmamaq

qabiliyyəti xasdır. Onlar üçün qalibiyyətin al‐

ternativi yoxdur, odur ki, qələbə yolunu

əvvəlcədən düşünür və əllərində olan bütün

ehtiyatlardan istifadə edərək bu yolla gedirlər.

Böhran vəziyyəti liderlərdə ən yaxşı və ən

pis cəhətləri üzə çıxarır.

Təzyiq artdıqda dahi liderlər özlərini daha

yaxşı nümayiş etdirirlər. Onlarda ən yaxşı nə

varsa üzə çıxır və onların xeyrinə işləyir.

Ölkəmizin və bütövlükdə türk dünyasının

əvəzolunmaz lideri Heydər Әliyev şəxsiy 

yətində də qələbə qanunu özünün ən yüksək



ifadəsini tapmışdır. Heydər Әliyevin bütün

həyatı sonu qələbələrlə qurtaran mübari 

zələrlə doludur. O, hələ gənclik illərində ailə



qurarkən Dövlət Təhlükəsizlik Komitəsinin

ciddi təzyiqlərinə baxmayaraq, öz sevgisinə

sadiq qaldı, bütün əzablara dözdü və qalib

gəldi. Azərbaycana rəhbərlik etdiyi illərdə,

Moskvada, SSRİ rəhbərliyində işlədiyi dövrdə,

1991–1993‐cü illərdə Naxçıvanda, 1993–2003‐cü

illərdə yenidən Azərbaycana başçılıq etdiyi za‐

manlarda ən çətin, həlli mümkün olmayan

problemləri aradan qaldıra bildi, ən ağır za‐

manlarda xalqı bir yumruq kimi birləşdirib

mübarizəyə qaldırdı və bütün hallarda qarşıya

qoyduğu məqsədə çatdı, qələbə qazandı. Bir

məqamı xüsusi qeyd etmək istəyirəm. Keçmiş

SSRİ tarixində Siyasi Büronun üzvlüyündən

uzaqlaşdırılanlar içərisində Heydər Әliyev is‐

tisna olmaqla, başqalarının sonu çox faciəli

olmuşdur. 1987‐ci ildə Qorbaçov Heydər

Әliyevi özü üçün ən təhlükəli rəqib hesab

edirdi. Dünyanın siyasi analitikləri artıq belə

bir yekdil fikirdədirlər ki, Qorbaçovun öz

komandası yox idi və o, mafiyanın əlində

oyuncağa çevrilmişdi. Qorbaçov özünün ən

güclü siyasi rəqibi kimi Heydər Әliyevi SSRİ

rəhbərliyindən kənarlaşdırmağa müvəffəq

olsa da, əvvəlki siyasi xadimlərdən fərqli

olaraq onu sındıra bilmədi. Heydər Әliyev,

hə a bütün təzyiqlərə baxmayaraq, Moskvada

yaşamaqda davam etdi, mübarizə apardı və

dünyanın siyasi səhnəsinə yenidən, daha

böyük güc ilə qayıtdı, Azərbaycanı dağılmış

SSRİ‐nin xarabalıqları altından çıxararaq

bugünkü vəziyyətə gətirib çıxardı.

Şlezinqerin təbirincə desək, əgər Heydər

Әliyev Azərbaycan rəhbərliyində olmasaydı,

bu gün Azərbaycan indiki kimi görünməzdi.

Yüksək beynəlxalq nüfuza, inkişaf etməkdə

olan sənayeyə, qüdrətli orduya, xoşbəxt

gələcəyə malik Azərbaycan Heydər Әliyev

liderliyinin qələbəsinin məhsuludur. Bu

qələbənin əsl qiyməti hələ uzun illər sonra

bəlli olacaqdır. Heydər Әliyev mənfur

ermənilərin antitürk, antiazərbaycan təbliğat

maşınına qalib gəldi, onu susmaq səviyyəsinə

qədər alçaltdı. O, dünyanın Zaqafqaziya ilə

bağlı siyasətinin dəyişməsi sahəsində müba ‐

rizədə də qalib gəldi.




Yüklə 30,85 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin