Slavyan olkeleri tarixi. 1917-2015. pdf



Yüklə 1,22 Mb.
səhifə104/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   100   101   102   103   104   105   106   107   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

1948-ci ilin fevral hadisalari.1948-ci ilin əvvəlləri üçün ÇKP ölkədaxili siyasi vəziyyəti təhlil etdikdən və Kommunist İnternasionalı bürosunun göstərişindən sonra sosial-iqtisadi dəyişiklikləri daha da dərinləşdirmək tədbirləri, o cümlədən daxili topdansatış və xarici ticarətin, həmçinin 50 nəfərdən çox fəhləsi olan bütün müəssisələrin milliləşdirilməsi tədbir- lərini işləyib hazırladı. Bunlarla yanaşı, aqrar islahatın dərinləşdirilməsi, torpaqların həmçinin maksimum 50 hektar müəyyən edilməsi və müsadirə olunmuş torpaqların aztorpaqlı kəndlilər arasında bölüşdürülməsi nəzərdə tutulurdu. Bu təkliflər liberal-demokratik yönlü partiyalar üçün əsla qəbuledilməz idi. Ölkədə siyasi böhran yetişməkdə idi. 1948-ci ilin fevralında ÇKP- nin təşəbbüsü ilə təhlükəsizlik orqanlarından 8 nəfər qeyri-kommunist nümayəndələrinin çıxarılması və onların kommunistlərlə əvəz edilməsi partiyalararası münasibətləri kəskinləş- dirdi. Hökumətin iclasında daxili işlər nazirinə bu qərarın dəyişdirilməsinə nail olmaq tap- şırıldı. Lakin o, bunu etməyə tələsmirdi. Onda Milli sosialistlərin nümayəndələri hökumətin digər üzvlərinə etiraz əlaməti olaraq istefa vermələrini təklif etdilər. Liberal-demokrat yönüm- lü partiyalar bu ideyanı müdafiə etdilər və fevralın 20-də 26 nazirdən 12-si hökumətin tərki- bindən çıxdıqlqarını bildirdilər. Sosial-demokratlar bu aksiyanı müdafiə etmədilər. Kabinetin üzvlərinin çoxunun öz vəzifələrini yerinə yetirdiyindən ÇKP prezident E.Beneşə istefa verən-
lərin ərizəsini qəbul etməyi və onların yerinə başqalarını təyin etməyi təklif etdi. Müxalifət elə düşünürdü ki, 12 nazirin istefa verməsi K.Qotvald başda olmaqla, bütün hökumətin süqutuna səbəb olacaq və kommunistlərsiz yeni kabinetin formalaşdırılmasına şərait yaranacaq. Lakin onların ümidləri özünü doğrultmadı. ÇKP bir neçə gün ərzində burjua nazirlərin istefasını tələb edən kütləvi çıxışlar təşkil edə bildi. Prezidentə təzyiq göstərilməsində fevralın 22-də Praqada açılmış zavod sovetlərinin qurultayının mühüm rolu oldu. Qurultayın 800 nüma- yəndəsinin qərarı ilə ÇKP-nin tələblərinin müdafiə edilməsinə dair bir saatlıq ümumi tətil keçirildi. Qurultayda həmçinin sənayenin milliləşdirilməsinin davam etdirilməsini tələb edən qətnamə qəbul etdilər.
1948-ci il fevralın 24-25-də ümumi siyasi tətildən sonra E.Beneş 12 nazirin istefasını qəbul etdi. Beləliklə, başlıca məsələ – hakimiyyət və ölkənin gələcək inkişafı istiqamətləri məsələsi ÇKP-nin xeyrinə həll edilmiş oldu.1948-ci il fevralın 25-də Slovakiyada Demokratik partiyasından olan nazirlər istefa verdilər. Lakin onların funksiyalarını hökumətin başqa üzv- ləri yerinə yetirməyə başladılar. 1948-ci ilin martında Q.Qusak başda olmaqla yeni Səlahiy- yətli Korpus formalaşdırıldı.
1948-ci ildə Çexoslovakiyada liberal-demokratik cəbhənin məğlubiyyət səbəblərindən biri kimi tez-tez Beneşin və partiyaların liderlərinin ciddi səhvlərə yol vermələri və ÇKP-yə qarşı parlament demokratiyasının fəal müdafiə xəttini yarada bilməmələri göstərilir. Lakin bununla bərabər siyasi qüvvələrin cəmiyyətə təsirində o illərin ümumi durumunu da nəzərə almamaq mümkün deyildir. Xüsusilə kommunistlərin Milli cəbhədəki müttəfiqlərinin üzərinə hücumları gündən-günə şiddətlənirdi.
Çexoslovakiyada 1948-ci il fevral hadisələri heç də sadəcə olaraq etiraz aksiyası deyil üç burjua partiyasının konstitusiya yolu ilə dövləti dəyişdirmək cəhdinin qarşısını ÇKP-nin fəhlə sinflərinin köməyi ilə alması idi. Deputatların sayı 70 nəfər azalmış Milli Məclis (onların çoxu yaranmış vəziyyətlə barışmayaraq ölkəni tərk etmişdi) tezliklə yeni hökuməti və onun proqramını müdafiə etdiyini bildirdi. Sabiq Xarici İşlər naziri, ÇSR-in birinci preziden- tinin oğlu Yan Masarik etirazın son formasına – intihara əl atdı. Prezident E.Beneş nümayiş- karanə şəkildə özünün Praqa yaxınlığındakı malikanəsinə yollandı. XX əsr ərzində Çexos- lovakiyada parlament demokratiyası 2-ci dəfə öz fəaliyyətini dayandırdı, ölkə sosializm quru- culuğu yoluna qədəm qoydu. 6sas məsələ siyasi hakimiyyətin Çexoslovakiya Kommunist partiyasının rəhbərliyi altında fəhlə sinfinin əlində cəmləşməsi oldu.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin