Slavyan olkeleri tarixi. 1917-2015. pdf


Vətəndaş müharibəsi və xarici hərbi müdaxilə



Yüklə 1,22 Mb.
səhifə11/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   7   8   9   10   11   12   13   14   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Vətəndaş müharibəsi və xarici hərbi müdaxilə




Vatandaú müharibasinin sabablari. Cəmiyyətin dərindən və əsaslı olaraq siyasi parça- lanmağa məruz qalması vətəndaş müharibəsinə səbəb oldu. Bu onunla izah edilirdi ki, əks tərəflərdə duran siyasi qüvvələr aralarında yaranan kəskin ziddiyyətləri həll etməyin sülh və ya qarşılıqlı güzəşt yolunu seçmək arzusundan və imkanından çox uzaq idilər. Odur ki, xüsusi amansızlığı ilə fərqlənən vətəndaş müharibəsi Rusiya tarixinin dəhşətli faciəsi olaraq 13 milyon nəfər insanın ölümünə səbəb olmuşdur. Qardaşın qardaşı öldürdüyü, atanın oğulla müharibəsi, ailələri və qohumluq əlaqələrini parçalayan, şəhərlə kəndi, ölkənin ayrı-ayrı hissələrin qarşı-qarşıya gətirən vətəndaş müharibəsi qeyri-insani hadisələrlə dolu olan tarixə vurulan bir damğa kimi yaddaşlara həkk edilib.
Vətəndaş müharibəsi hadisələrində bir-birinə qarşı müxtəlif şüar, bəyənnamə, proqramla duran siyasi qüvvələrin bir neçəsi ön plana çıxır. Onların toqquşması monarxiyanın, sonra isə Müvəqqəti hökumətin devrilməsi prosesinin bir başa nəticəsi idi. Bolşeviklər birinci böyük təşkilatlanmış qüvvə idi. Onlar Lenin və silahdaşları başda olmaqla Oktyabr silahlı üsyanından sonra sosialist inqilabının siyasi və sosial-iqtisadi proqramını qətiyyət və ardıcıllıqla həyata keçirməyə başladılar. Bolşevik liderləri açıq bildirirdilər ki, bütün bunlar çoxlu qurban tələb edir, hətta onlar inqilabı vətəndaş müharibəsi kimi nəzərdə tuturdular.
İkinci siyasi qrup Oktyabr xəttini qəbul edən və nümayəndələri sovet hökumətinin tər- kibində təmsil olunan, kommunist rejiminin ilk aktlarını, o cümlədən Müəssislər Məclisinin qovulmasını müdafiə edən sol eserlər idi. Lakin Brest sülhünün imzalanması və ərzaq dikta- turası siyəsəti gedişində kəndlilərə tətbiq edilən zorakılıq onları məcbur etdi ki, bolşeviklərlə ittifaqı pozsunlar. Sol eserlər bolşeviklərlə özləri başa düşdüyü kimi Oktyabr uğrunda mübarizə aparırdılar. Bu partiyanın nüfuzlu rəhbəri M.A.Spiridonova çılğıncasına bolşevikləri onda günahlandırırdı ki, onlar fəhlə-kəndli inqilabının «qatili» kimi çıxış edərək «Oktyabrı öldürmək» üçün hər şeyi edirlər.
Fevralı 1917-ci ilin mart ayından oktyabra kimi ölkənin taleini müəyyən edən iki mühüm siyasi hərəkat-sağ sosialistlər və liberallar təmsil edirdilər. Öz aralarında fikir ayrılığına baxmayaraq həm liberallar, həm də sağ sosialistlər ölkəni fevraldan sonrakı demokratiyaya qaytarmaq üçün bolşeviklərlə axıra kimi mübarizədə bir idilər. Rusiyada monarxiyanın xeyli tərəfdarı qalmaqda idi ki, onların da çox hissəsini ağ cəbhənin əsas zərbə qüvvəsini təşkil edən zabitlər təmsil edirdilər.
Bolşeviklərin əleyhinə olan bu qüvvələri, həm də xariciləri mülkiyyətdən məhrum edən və Rusiyanın borclarını ödəməkdən imtina edən bolşeviklərdən narazı qalmış xarici dövlətlər də müdafiə edirdi. Eyni zamanda bolşeviklər Almaniya ilə sülh bağlayaraq Rusiyanı mühari- bədən çıxarmışdılar. Bu Antantanı Almaniyanın əleyhinə olan qüvvələri Rusiyada hakimiy- yəti qaytarmağa kömək etməyə sövq edirdi. Nəhayət, Qərb hökumətləri öz ölkələrində in- qilabın yayılmasından ehtiyat etdikləri üçün «Rusiyada qarışıqlığın qarşısını almaq və qayda- qanunu bərpa etmək» niyyətində idi.
Rusiyada vətəndaş müharibəsinin dövrləşməsi mübahisəli olaraq qalır. Bir qayda olaraq Sovet tarixçiləri belə hesab edir ki, 1918-ci il may-iyun aylarında Çexoslovak korpusunda baş verən qiyam onun başlama tarixidir. Çünki mütləq qaydada bu vaxtdan etibarən müharibə problemi Sovet hökumətinin fəaliyyətində ön plana çıxır. Başqa bir nöqteyi-nəzərə görə Rusiya ərazisinə xarici müdaxilənin başlandığı 1918-ci ilin mart ayı Vətəndaş müharibəsinin
əvvəli hesab olunmalıdır.
Xaricdə və 90-cı illərdə Rusiyada çap edilən tədqiqatlarda prinsipcə yeni, başqa bir fikir deyilir. Vətəndaş müharibəsinin başlanma tarixi bolşeviklərin silahlı üsyan vasitəsilə hakimiy- yəti qəsb etməsi və ya Müəssislər Məclisinin qovulması, yəni 1917-ci ilin oktyabr və 1918-ci ilin yanvar hadisələri hesab edilir. Son dərəcə ifrat bir fikrə əsasən isə Rusiyada Vətəndaş mü- haribəsi 1917-ci ilin fevralında çarizmin devrilməsindən başlayır. Rusiyada Fevral inqi- labından sonra bir müddət hadisələrin dinc şəraitdə cərəyan etdiyinə görə bu fikri əsaslı hesab etmək qeyri-mümkündür.
Müasir tədqiqatçılar 1921-ci ili Vətəndaş müharibəsinin sonu hesab edirlər. Belə ki, onlar yalnız ağ ordunun darmadağın edilməsinin deyil, kəndli üsyanlarının yatırılmasına, Kronşdat qiyamının ləğv edilməsinə və s. Vətəndaş müharibəsinin hadisələri kimi qiymət verirlər.
Faktiki olaraq Vətəndaş müharibəsi Rusiyanın ucqarlarında bolşeviklər hakimiyyəti ələ aldıqdan sonra başladığına görə dövrümüzün alimlərinin çoxu 1917-ci ilin oktyabrından 1918-ci ilin yazına kimi olan vaxtı Vətəndaş müharibəsinin birinci mərhələsi hesab edir. 1918-ci ilin may ayında başa çatan bu mərhələ üçün milli rayonlarda və kazakların yaşadığı
ərazilərdə çox da böyük olmayan hərbi əməliyyatlar xarakterikdir.
1918-ci ilin may ayından noyabra kimi davam edən ikinci mərhələ üçün xarakterik cəhət sağ sosialist partiyaların ağ hərəkata siyasi rəhbərlik etməsidir. Vətəndaş müharibəsinin əsas cəbhəsi isə Şərq cəbhəsi idi. 1918-ci il mayın 27-də 30 minlik Çexoslovak korpusu Sovet hakimiyyətinə qarşı qiyam qaldırdı ki, bu da bəhs edilən mərhələnin əsas hadisəsi oldu.
1918-ci ilin noyabr ayından Birinci Dünya müharibəsinin başa çatması ilə 1919-cu ilin yazına kimi olan zaman Vətəndaş müharibəsinin üçüncü mərhələsi hesab edilir. Alman cəbhəsi ilə hərbi əməliyyatlar aparmaqdan azad olan Antanta ölkələri Rusiyadakı hadisələrə fəal qoşulmağa başladılar. Ağ hərəkatda siyasi rəhbərlik generalların əlinə keçdi. Vətəndaş müharibəsinin əsas cəbhəsi isə Cənub cəbhəsi oldu.
1919-cu ilin mart ayından 1920-ci ilin martına kimi olan müddət Vətəndaş müharibəsinin dördüncü mərhələsini təşkil edir. Xarici müdaxiləçilərin Uzaq Şərq istisna olmaqla Rusiyanın bütün ərazisindən çıxarılması bu mərhələnin xarakterik xüsusiyyətidir. Vətəndaş müharibəsi- nin əsas cəbhəsi əvvəlcə A.V.Kolçaka qarşı Şərq, sonra A.İ.Denikinə qarşı Cənub cəbhəsi idi.
Kolçak Aleksandr Vasilyeviç (1873-1920) 1917-ci il Fevral inqilabından sonra sovetlərlə və Müvəqqəti hökumətlə əməkdaşlıqdan imtina edərək İngiltərəyə mühacirətə getmiş, Vətən- daş müharibəsi illərində Antanta dövlətləri tərəfindən Rusiyanın Baş hakimi kimi tanınmışdır. Şərq cəbhəsindəki döyüşlərdə məğlub olduqdan sonra Rusiyanın bir neçə ton qızıl ehtiyatı ilə xaricə qaçmağa cəhd edərkən əsir alınıb güllələnmişdir. Onun ələ keçirdiyi qızıl ehtiyatı bu gün də tapılmamışdır.
1920-ci ilin yazında ağ hərəkatın əsasən məğlub edilməsi ilə Vətəndaş müharibəsinin be- şinci mərhələsi başlayır. Sovet-Polşa müharibəsi, Krımda ağların son qalasının alınması, kəndli üsyanları və Kronşdat qiyamının yatırılması, Sovet hikimiyyətinin Cənubi Qafqaz, Orta Asiya və Uzaq Şərqdə qurulması bu mərhələnin mühüm hadisələridir. 1921-1922-ci illər mərhələnin sonu kimi qəbul edilir. Bəzi tarixçilər Orta Asiya və Uzaq Şərqdə Sovet hakimiy- yətinin bərqərar olmasını Vətəndaş müharibəsinin xronoloji ardıcıllığından kənarda təsəvvür edir.
Don, Kuban, Terekdən Amura və Sakit okeana kimi olan 11 kazak vilayətində 10 milyon nəfərdən çox əhali məskunlaşmışdır. Keçmişdə müstəqil idarəçiliyə və sosial-iqtisadi azadlığa malik olmaq uğrunda mübarizə aparan kazaklar Rusiya imperiyası tərkibində xüsusi statusa malik idilər. Onların çox hissəsi varlı kazaklardan ibarət idi ki, Sovet hakimiyyəti kazaklara verilmiş güzəştləri ləğv etdi. Kazaklıqdan salmaq, torpaqların onlar arasında bərabər bölüş- dürülməsi bolşeviklərin ciddi yanlışı idi. Nəticədə ilk zamanlar bolşevik hakimiyyətinə qarşı bitərəf movqe tutan kazaklar onun fəal düşməninə çevrildilər.
Donda başlayan antibolşevik hərəkatın başında A.M.Kaledin dururdu. 1917-ci ilin oktyabrın 25-də Donbasda hakimiyyəti ələ alan general A.Kaledin 15 minlik ordu ilə hücum edib Rostov-Don və Taqanroqu ələ keçirsə də 1918-ci ilin yanvarında məğlub oldu və özünü güllələdi. 1917-ci ilin noyabr ayında Könüllülər ordusunun əsası qoyuldu ki, bu da inqilabla, qırmızı ilə kontrast təşkil edən ağ hərəkatın başlanması idi. Bu ordunun əsasını sovet hakimiyyətini qəbul etməyən sabiq çar zabitləri, yunkerlər, tələbələr, gimnazistlər və b. təşkil edirdi. Könüllülər ordusuna əvvəlcə L.G.Kornilov komandanlıq edirdi, 1918-ci il apreldə onun ölümündən sonra A.İ.Denikin orduya komandan oldu. 1918-ci ilin fevralında Alman qoşunları Ukrayna və Don kazaklarının yaşadığı əraziləri işğal etdi. Burada almanların köməyi ilə general P.N.Krasnovun ağ rejimi bərqərar oldu. Almanlarla əməkdaşlıqdan imtina edən Könüllülər ordusu cənuba çəkildi.
Bu zaman kəsiyində formalaşan antibolşevik hərəkat mərkəzləri özünün sosial-siyasi tərkibinə görə bir-birindən fərqlənirdi. Belə ki, 1918-ci ilin fevralında Moskva və Petroqradda kadet, menşevik və eserləri birləşdirən «Rusiyanı Dirçəltmək İttifaqı» yaradıldı. Mart ayında isə məşhur eser terrorçu B.V.Savinkovun rəhbərliyi ilə «Vətəni və azadlığı müdafiə ittifaqı» meydana gəldi. Bütün bu ictimai-siyasi və hərbi qüvvələrin əsas məqsədi bolşeviklərə qarşı mübarizə apararaq onların hakimiyyətini devirmək idi.
Antanta dövlətləri ilk vaxtlar bolşeviklərin hakimiyyətinə qarşı gözləmə mövqeyi tuturdu. Lakin Sovet hökuməti Antanta ölkələri qarşısında bütün öhdəlikləri, o cümlədən çar və Müvəqqəti hökumətlərin borclarını ödəməkdən imtina etdikdən və Brest-Litovsk sülhünü imzaladıqdan sonra Rusiyanın keçmiş müttəfiqləri ona qarşı açıq hərbi müdaxiləyə başladılar. 1918-ci ilin mart ayında Murmansk və Arxangelskə ingilis ekspedisiya korpusu çıxarıldı. Tezlikə fransız və amerikan əsgərləri onlara qoşuldu və sayları 17 min nəfərə çatdı. Aprel ayında Vladivostoku yapon desantçıları tutdu. Bunun ardınca Uzaq Şərqdə amerikan, fransız və ingilis kontingenti peyda oldu. İşğal edilən ərazilərdə Sovet hakimiyyəti devrildi. Antan- tanın köməyi ilə ağ ordular təşkil edilməyə başlandı.
Antanta dövlətləri özlərinin hərəkətlərinə haqq qazandırmaq məqsədilə iddia edirdilər ki, biz Primoryenin şəhər anbarlarında yığılıb qalmış külli miqdarda silah sursatın alman ordusuna verilməsinin qarşısını almaq üçün belə bir addım atmışıq. 6slində Antanta ölkələri Rusiyanı nüfuz dairələrinə bölməyi planlaşdıraraq, onun ərazisində öz vətəndaşlarının itirdiyi mülkiyyəti və borcları qaytarmağı qarşısına məqsəd qoymuşdur.
Bolşeviklərə qarşı ilk qiyamı 1917-ci il oktyabrın 29-da Petroqradda yerləşən hərbi uçili- şin, yəni yunker məktəbinin kursantları başlamış, bunun ardınca sabiq baş nazir Kerenski şi- maldakı hərbi hissələrin birini Petroqrad üzərinə yeritmişdir. Lakin hər iki hücum bolşeviklər tərəfindən ləğv edildi. Bu hadisələrdən başlayaraq, yəni 1917-ci iln oktyabrından 1918-ci ilin yazına kimi baş verən hadisələri Vətəndaş müharibəsi tarixinin birinci mərhələsinə aid etmək olar. Yeri gəlmişkən qeyd edək ki, müəllif də bu fikri müdafiə edir.
Fevral inqilabından sonra Rusiyada Birinci Dünya müharibəsində Avstriya-Macarıstana qarşı mübarizə apararaq müstəqil Çexoslovakiya dövlətini yaratmaq məqsədilə əsir düşən çex və slovaklardan ibarət korpus yaradılmışdır. Korpusdan cəbhədə Avstriya ordusuna qarşı istifadə etmək nəzərdə tutulsa da bolşeviklər hakimiyyətə gəldikdən və sülh bağlandıqdan sonra bu mümkün deyildi. Odur ki, qərara alındı ki, korpus dəmir yol vasitəsilə Vladivostoka, oradan isə dəniz yolu ilə Fransaya göndərilsin. 1918-ci ilin yazında Çexoslovak əsgərləri ilə dolu vaqonlar Penzadan Baykala doğru dəmir yolu boyu səpələnmişdir. Sovet hökuməti tələb etdi ki, korpusun əsgərləri silahlarını təhvil verməklə ölkəni tərk edə bilərlər. Bu isə çexoslovak əsgərləri arasında antisovet əhval-ruhiyyəsinin artmasına səbəb oldu. 1918-ci il mayın 27-də 30 minlik çexoslovak korpusu əsgərləninin qiyamı başladı. Çexoslovak əsgər birliklərinin qiyamı nəticəsində Orta Volqa, Ural, Sibir və Uzaq Şərqdə Sovet hakimiyyəti yıxıldı. Samara, Ufa və Omsk şəhərlərində kadet, eser və menşeviklərdən ibarət hökumətlər təşkil edildi. Bu hökumətlər Müəssislər Məclisini bərpa etmək məqsədilə bolşeviklərə və sərt sağ qaragüruhçulara qarşı mübarizədə birləşdilər.
Samarada Müəssislər Məclisinin əsasən eserlərdən ibarət olan deputatlarının daxil olduğu Müəssislər Məclisi üzvləri Komitəsi (KOMUÇ) yaradıldı. Komitə özünün 30 minlik «Xalq ordusu»nu formalaşdırdı. 1918-ci ilin payızında ümumrusiya hökuməti rolunu oynayan Ufa Direktoriyası meydana çıxdı. Onun təşkilatçıları əsasən sağ eserlərdən ibarət idi.
Sol eserlər belə hesab edirdilər ki, ölkədə yaranan mürəkkəb şərait bolşevik hökumətinin diktaturasını devirmək üçün əlverişlidir. Onlar 1918-ci il iyulun 6-da Moskvada siyasi terror təşkil edərək Almaniyanın səfiri Mirbaxı öldürdülər. Eserlərin bolşevik partiyasının diktaturasına qarşı çıxışı Rusiyanın bir çox şəhərlərini, o cümlədən Vitebsk, Vladimir, Orş və başqa yerləri bürüdü. Onların əsas şüarı Almaniya ilə yenidən müharibəyə başlamaq idi. Demək olar ki eyni vaxtda Rusiyanın şimalında, o cümlədən Yaroslavl, Rıbinsk və Muromda üsyanlar alovlandı. Eserlər ingilislərin köməyinə bel bağladılar. Lakin bütün bu çıxışlar yatırıldı və onların rəhbərləri həbs edildi. Bolşeviklərin siyasətinə qarşı çıxış edən sol
eserlərin nümayəndələri bütün sovetlərdən və dövlət orqanlarından qovuldular. F.Dzerjinskinin müavini V.A.Aleksandroviç başda olmaqla çıxışların 12 nəfər təşkilatçısı güllələndi.
1918-ci ilin iyun ayında qiyam qaldıran çexoslovak korpusuna, Ural və Sibirdəki antisovet qüvvələrə qarşı mübarizə aparmaq məqsədilə İ.İ.Vatsetisin komandanlığı (1919-cu ilin iyulundan S.S.Kamenevin) altında Şərq cəbhəsi təşkil edildi. Sentyabrın əvvəllərində Qızıl Ordu hücuma keçərək düşməni Uralın o biri tərəfinə doğru sıxışdırdı.
Sovet hakimiyyəti Qızıl Ordunun döyüş qabiliyyətini möhkəmlətmək üçün bir sıra tədbirlər gördü. Belə ki, Qızıl Ordunun ali, baş və orta komanda heyətinin çox hissəsi əsasən keçmiş çar ordusunun general və zabitlərindən ibarət hərbi mütəxəssislərdən təşkil olunurdu. Bu adamların bolşeviklərə xidmət etməsinin müxtəlif səbəbləri var idi. Onların bir çoxu yaranmış vəziyyətdən çıxış yolu tapa bilmədikləri üçün, bəziləri Rusiyanı vahid dövlət kimi yalnız bolşeviklərin müdafiə edəcəklərinə inandıqları üçün, axırıncılar isə Sovet hakimiyyəti ideyasını səmimi olaraq qəbul etdikləri üçün bu işə qoşulmuşdular. Buna baxmayaraq, hərbi mütəxəssislərə hakim partiya demək olar ki, inanmırdı. Hər bir Qızıl Ordu komandirinə bol- şevik partiyasının üzvü olan hərbi komissar (voyenkom) təhkim olunurdu ki, onların da sat- qınlıq faktı aşkar edildikdə komandiri güllələmək hüququ da daxil olmaqla fövqəladə səlahiyyətləri var idi.
Harbi kommunizm” siyasati. Cəbhədəki ağır vəziyyət Sovet dövlətini məcbur etdi ki, 1918-ci ilin mayından başlayaraq fövqəladə tədbirlər həyata keçirsin. Mayda verilən dekretlə kənd yerlərində ərzağı müsadirə etmək hüququna malik olan xüsusi fəhlə dəstələri təşkil olundu. Eyni zamanda kəndlilərin narazılığından ehtiyat edən hökumət öz sosial bazasın möhkəmlətmək məqsədilə yoxsul komitələri (kombedlər) yaratdılar. Onların əsas vəzifəsi kənd təsərrüfatı məhsullarının toplanmasına kömək etmək idi. Toplanan məhsulun bir hissəsi komitə üzvlərinə çatırdı. Yeni ərzaq siyasəti kəndin təbəqələşməsinə və siyasi cəhətdən bölünməsinə səbəb oldu. Bundan sonra öz hüquqlarının tapdalandığını hesab edən kəndlilərin bir hissəsi «ağ» hərəkata qoşuldu, digər bir hissəsi isə nə «ağları», nə də «qırmızıları» qəbul etməyərək partizan hərəkatında birləşdilər.
Faktiki olaraq «kombedlər» kəndlərdə hakimiyyəti ələ aldılar. Onlar kənd sovetlərini buraxır və ya yenidən seçir, Qızıl Orduya əsgər toplayır, özbaşına olaraq torpaq paylarını yenidən bölüşdürür, kəndliləri kollektiv təsərrüfatlara daxil olmağa məcbur edirdilər. Bütün bunlar isə kəndlilərin yeni hakimiyyətə qarşı narazılığına səbəb olurdu.
1918-ci ilin sonunda «kombed»lər və onların yaratdığı kollektiv təsərrüfatlar buraxıldı. 6rzağın zorla müsadirə edilməsini ərzaq sapalağı əvəz etdi. Buna görə də, kəndlilər taxılın yemək və səpin üçün lazım olan az hissəsini saxlayır, qalan hissələrini sabit qiymətlərlə məcburi dövlətə təhvil verirdilər. 1919-cu il 11 yanvar tarixli Dekretinə müqavimət göstərən- lərə və öz taxıl ehtiyatlarını gizlədənlərə qarşı sərt tədbirlər görülür, onların əmlakı müsadirə edilərək azadlıqdan belə məhrum edilirdilər. Çox vaxt ortabab kəndlilər də ərzaq dəstələrinin özbaşınalığının qurbanı olurdu. Bununla bağlı kənddə narazılıq artırdı. Ümumən ərzaq sapa- lağının tətbiqi uğurlu olmadı. Lakin buna baxmayaraq hakimiyyət orqanları ərzaq sapalağı siyasətini 1921-ci ilin yazına kimi davam etdirdi.
Xalq Komissarları Soveti 1918-ci il noyabrın 21-də ölkə əhalisinin təchizatını təşkil etmək haqqında dekret verdi. Bu sənədə görə bütün ərzağın tədarükü və bölgüsü dövlətin
əlinə keçirdi, yəni xüsusi ticarət dövlət bölgüsü ilə əvəz edilirdi. 1920-ci ilin dekabrında isə
ərzaq payı, mənzil, kommunal xidmətlər, yanacaq, nəqliyyat, poçt, teleqraf, telefon, hamam haqqı ləğv edilirdi. Bütün bunlar zahirən də olsa kommunizm üçün səciyyəvi olduğuna görə tarixə «hərbi kommunizm» siyasəti adı ilə daxil olmuşdur.
«Hərbi kommunizm» siyasəti dövründə siyasi sahədə RK(b) P-nin bölünməz diktaturası bərqərar oldu. Bolşeviklər partiyası tədricən siyasi təşkilat olmaqdan çıxaraq dövlət aparatı strukturuna çevrildi. Partiya ölkədə, hətta vətəndaşların şəxsi həyatında belə siyasi, ideoloji, iqtisadi və mədəni şəraiti müəyyən etməyə başladı. Bolşeviklərin diktaturasına, iqtisadi və sosial siyasətinə qarşı mübarizə aparan kadet, menşevik, eserlər (əvvəlcə sağ, sonra sollar)
partiyası qadağan olundu. Görkəmli ictimai xadimlərin bir hissəsi xaricə mühacirətə getdi, digər bir hissəsi cəza tədbirlərinə məruz qaldı. Siyasi müxalifəti dirçəltmək cəhdlərinin qarşısı zor gücünə alınırdı. Bütün səviyyədə olan sovetlərdə bolşeviklər yenidən seçkilər və qovmaq yolu ilə tam təkhakimiyyətliliyə nail oldular.
Sovetlərin fəaliyyəti bolşevik partiyası orqanlarının göstərişlərini yerinə yetirdiyinə görə formal xarakter daşıyırdı. Partiya və dövlət nəzarəti altına alınan həmkarlar təşkilatları müs- təqilliyini itirmişdir. Onlar fəhlələrin maraqlarını qorumaqdan məhrum oldu. Proletariat öz dövlətinə qarşı çıxış etməməlidir saxta şüarı altında tətil hərəkatı qadağan edildi. Elan edilmiş söz və mətbuat azadlığına riayət edilmirdi. Demək olar ki, bolşeviklərə məxsus olmayan bütün orqanlar bağlanmışdır. Nəşriyyat fəaliyyəti əsasən ciddi qaydalara tabe tutularaq son dərəcə məhdudlaşdırılmışdır.
Vətəndaş müharibəsi illərində bolşeviklərin yeritdiyi siyasətdə dövlət terrorizmi mühüm yer tutur. Bunun səciyyəvi cəhəti ondan ibarət idi ki, terror heç bir qanuni əsasa söykənmirdi və məqsədi günahkarın islah olunması üçün profilaktik tədbir görəmək deyil əhali arasında qorxu xofu yaymaq idi. Kütləvi xarakter daşıyan və on minlərlə insanı istintaqsız və məh- kəməsiz ölümə məhkum edən terroru həyata keçirmək Ümumrusiya Fövqəladə Komissiyasına həvalə edilmişdir. 1917-ci il dekabrın 7-də F.Dzerjinskinin sədrliyi ilə fəaliyyətə başlayan ÜFK-sı ilk vaxtlar tədqiqat aparmaq və cəza olaraq isə əmlakdan və ərzaq kartoçkasından məhrum etmək hüququ olan orqan kimi yaradılmışdır. Lakin tezliklə yerli «çekist»lər həbs edilənləri qısa mühakimədən sonra güllələməyə başladılar. Bolşevik rəhbərliyi və o cümlədən V.İ.Lenin bu «xalq terrorunu» bəyəndi. Odur ki, «çekist»lərin sayı durmadan artırdı. 1918-ci ilin aprelində onların sıralarında min nəfər, 1919-cu ilin yanvarında 37 min nəfər, 1921-ci ilin yazında isə 233 min nəfər var idi. 1918-ci il iyunun 6-da ölüm hökmü bərpa edildi. 1918-ci il avqustun 30-da V.İ.Lenin və M.S.Uritskiyə qəsdin təşkilindən sonra edam kütləvi xarakter aldı. Məhz bu zaman rəsmi olaraq qırmızı terror siyasəti başladı. Sentyabr ayının 3-də Petroqradda 500 nəfər girov və şübhəli şəxs güllələndi. 1918-ci ilin sentyabrında 400 yerli Fövqəladə Komissiya Dzerjinskidən belə bir göstəriş aldı ki, «çekist»lər axtarış, həbs və edam fəaliyyətlərində tam müstəqildirlər, yalnız əməliyyatın nəticələri haqqında hesabatı XKS-nə təqdim etməlidirlər. 6lbəttə, yalnız «çekist»lər özbaşınalaq etmirdilər, ağqvardiyaçılar da
«qırmızı rayonlarda» «qılınc və odla» qorxu yaradırdılar.
ÜFK inqilaba kimi Rusiyada olmayan iki cəza növünü işə saldı: girov götürmək və islah-
əmək düşərgələri. 1918-ci il iyunun 4-də L.D.Trotskinin əmri ilə ilk düşərgə yaradıldı ki, bura da silahların verməkdən imtina edən ağçexlər salındı. Avqust ayında Murom və Arzamasda
«təxribatçı, əksinqilabçı zabitlər, sabotajçılar, tüfeylilər və alverçilər» üçün iki düşərgə sa- lındı. 1918-ci il sentyabrın 5-də «qırmızı terror» tüğyan etdiyi bir vaxtda XKS düşərgələrin yaradılmasını bəyənərək elan etdi ki, «sinfi düşmənlərdən Sovet Respublikasının təhlükə- sizliyini qorumaq məqsədi ilə onları həbs düşərgələri vasitəsilə təcrid etmək zəruridir». 1919- cu il aprelin 15-də hökumət vermiş olduğu dekretlə düşərgələrin strukturunu təsdiq edərək Daxili İşlər Xalq Komissarlığına tabe olan düşərgələrdə məcburi işlərin şərtləri xırdalığına kimi müəyyən edildi. İki növ düşərgə müəyyən edildi: birincisi tribunalın cəzalandırdığı adamların cəmləşdiyi XDİK, ikincisi inzibati qaydada həbs olunan «mümkün sinfi düş- mənlər», «yad elementlər», «tüfeylilər»in yığıldığı ÜFK-nin tabeliyində olan müəssisələr. Bu rəsmi orqanların məlumatına görə 1921-ci il yanvarın 1-də XDİK-nin həbs düşərgələrində 51 min, ÜFK-nin düşərgələrində isə 25 min məhbus var idi. Qeyd etmək yerinə düşər ki, rəsmi orqanların bu rəqəmləri real vəziyyətdə olandan çox aşağı idi.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin