Slavyan olkeleri tarixi. 1917-2015. pdf


Sov. İKP-nın XX qurultayı



Yüklə 1,22 Mb.
səhifə55/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   51   52   53   54   55   56   57   58   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Sov. İKP-nın XX qurultayı. 1956-cı il fevralın 14-də 1436 nümayəndənin iştirakı ilə Kremldə Sov.İKP-nın XX qurultayı toplandı. Qurultay 1956-1960-cı illərə dair altıncı beşillik plan direktivlərini qəbul etdi ki, bu direktivlərə əsasən geniş sosial tədbirlər, o cümlədən, iş gününün 8 saatdan 7 saata endirilməsi, az maaşlı fəhlə və qulluqçuların əmək haqqı və tə- qaüdlərinin, mənzil tikintisinin artırılması nəzərdə tutulurdu. MK-nin hesabat məruzəsi ilə çıxış edən N.S.Xruşşov partiyanın siyasi xəttinin həm daxili, sosial-iqtisadi, həm də xarici istiqamətinin dəyişdiyini nümayiş etdirdi. Partiyanın əvvəlki imperializm qaldıqca müha- ribələr qaçılmazdır ehkamı yerinə hazırki şəraitdə yeni dünya müharibəsi təhlükəsi mümkün deyildir ideyası irəli sürüldü. SSRİ rəsmi olaraq müxtəlif ictimai-siyasi quruluşa malik olan dövlətlərin dinc yanaşı yaşaması prinsipini elan etdi. SSRİ-nin yeni xarici siyasət xəttinin müəyyən edilməsinin mühüm səbəblərindən biri dünya müharibəsində nüvə silahını tədbiq
etməklə qələbə çalmağın mümkün olmamasının dərk edilməsi oldu. Hesabat məruzəsində eyni zamanda demokratik ölkələrdə sülh, o cümlədən parlament yolu ilə sosializmə keçməyin mümkünlüyü qeyd edildi. Sovet rəhbərliyinin sosialist inqilabının sovetlərin təcrübəsində silahlı üsyan xəttindən imtina etməsi real olaraq bunun Avropa ölkələrində inandırıcı olmaması ilə bağlıdır.
N.S.Xruşşovun hesabat məruzəsinin ideya-siyasi istiqaməti çox məhdud olub əsasən L.Beriyanın cinayət əməllərinin, kollektiv rəhbərliyin Lenin prinsiplərinin, sosialist qanunçu- luğunun pozulmasının tənqidinə yönəlmişdir.
Qurultayın axırıncı günü fevralın 24-dən 25-nə keçən gecə qapalı iclasda N.S.Xruşşov dörd saat boyunca iştirakçılara “gizli məruzəsini” oxudu və son iyirmi ildə İ.V.Stalinin şəx- siyyətə pərəstişinin yaranması və möhkəmlənməsinin səbəblərini izah etdi. Sov.İKP-nın Bi- rinci katibi seçilmiş N.S.Xruşşov xarici nümayəndələrin buraxılmadığı qapalı iclasdakı çıxı- şında İ.Stalin tərəfindən Leninin kollektiv rəhbərlik prinsipinin kobud şəkildə pozulduğunu, qanunsuz təmizləmə və repressiyaların onun birbaşa göstərişi ilə həyata keçirildiyini qeyd etdi. Məruzədə həm də qafqaz xalqlarının deportasiyası,1949-cu ildəki “Leninqrad işi”, 1951- ci ildəki “Minqrel işi”, 1953-cü ildəki “həkimlərin işi” və s. sahəsindəki qanunsuzluqların birbaşa cavabdehi İ.Stalin olduğu qeyd olundu. Beləliklə, N.Xruşşov öz çıxışında heç kimi eşitmək istəməyən, xalqdan ayrı düşən, gündən-günə öz şəxsiyyətini şişirtməklə məşğul olan, səriştəsiz və zalım müstəbid tiran obrazını, yəni İ.V.Stalinin obrazını təsvir etmişdir. N.Xruş- şov müharibə ərəfəsində hərbi kadrların məhv edilməsini, 1941-1942-ci illərdə Qızıl Ordunun uğursuzluqlarını İ.Stalinin səriştəsiz hərbi rəhbərliyi ilə bağlı olduğunu qeyd edərək əslində onun marşal və generalissimus rütbələrinə layiq olmadığını göstərmək istəməsi ibrətamizdir. N.Xruşşovun “gizli məruzəsində” repressiyalar özünün tam əksini tapmadı, kollektivləş- dirmənin qurbanlarından, sadə vətəndaşlara qarşı tətbiq edilən repressiyalardan söhbət açılmadı. İ.V. Stalinin şəxsiyyətinə pərəştişinin təhlili dərin deyildir. İ.Stalinin ünvanına de- yilən tənqid onun partiyaya qarşı cinayətləri ilə əlaqələndirilirdi. Partiyanın özünün repres- siyalarla bağlı məsuliyyətindən söz açılmırdı. Lakin buna baxmayaraq məruzənin öz dövrü üçün çox böyük və misilsiz əhəmiyyəti ondan ibarət idi ki, N.Xruşşovun “gizli məruzəsi” adamları İ.V.Stalinə olan demək olar ki, dini inancının əsasını dağıtdı. Qurultaydan sonra qapalı iclasdakı məruzənin mətni kitabça şəklində çap edildi, onunla tanış olmaq məqsədilə yerlərdə yığıncaqlar təşkil olundu və sovet vətəndaşları bəhs edilən qanunsuzluqlardan xəbər tutdu. Lakin hakimiyyət açıq mətbuatda məruzəni tam çap etməyərək onun məzmunu ilə xalqı tanış etmədi. Bu isə xalqın bütün həqiqəti ondan gizlədilməsi şübhəsi doğururdu. Vəziyyəti çətinləşdirən o idi ki, Qərbin aparıcı kütləvi informasiya vasitələri 1956-cı ilin martın 16-dan məruzənin mətni ilə oxucuları tanış edirdi. Məruzənin mətni iyunun 4-də ABŞ-ın dövlət departamenti tərəfindən çap edildi. SSRİ-də yalnız “yenidənqurma” dövründə açıq mətbuatda məruzə çap edilmişdir(Sov.İKP-nin Xəbərləri. 1989.№3).
1956-cı il iyunun 30-da Sov.İKP MK-nın “Şəxsiyyətə pərəstiş və onun nəticələrinin aradan qaldırılmasına dair” qərarı dərc olundu. Bu sənəddə N.Xruşşovun məruzəsində qeyd edilən məsələlərə daha mühafizəkar yanaşılırdı. Qanun pozuntuları və repressiyalar bir tərəfdən İ.Stalinin adı ilə əlaqələndirilir, başqa bir tərəfdən kapitalist əhatəsilə və daxili sinfi düşmənlə şiddətli mübarizə onların səbəblərindən biri kimi qeyd olunurdu. İ.Stalin qərarda həm də görkəmli dövlət xadimi, nəzəriyyəçi, sənayeləşdirmə, kollektivləşdirmənin və müxa- lifət üzərində qələbənin təşkilatçısı kimi səciyyələndirilirdi.Stalinizmin tənqidinin boğul- masına cəhd edilməsi, onun ifşası ilə şəxsiyyətinin şişirdilməsi arasındakı tərəddüdlər 1956-cı ilin ikinci yarısı ilə 1957-ci illərin əvvəlləri üçün xarakterdir. Bu onunla izah edilir ki, partiya rəhbərliyi və N.S.Xruşşov özü də cəmiyyət üzərində ideoloji nəzarəti itirməkdən qorxurdular.
Mühafizəkar əhval-ruhiyyəli dairələr və əsasən keçmiş “Stalin qvardiyası” N.S.Xruş- şovun siyasətindən narazı idilər. Odur ki, N.Xruşşovun Finlandiyaya səfərindən istifadə edə- rək 1957-ci il iyunun 18-də Sov.İKP MK-nın Rəyasət Heyətinin 11 nəfər üzvündən 7 nəfəri, o cümlədən N.A.Bulqanin, K.Y.Voroşilov, L.M.Kaqanoviç, G.M.Malenkov, V.M.Molotov, M.Q.Pervuxin, M.Z.Saburov, üzvlüyə namizəd D.T.Şepilov onun istefasını tələb etdilər.
Onlar N.Xruşşovu özünün şəxsiyyətinə pərəstişin formalaşdırmaqda, yalan vədlərlə, səhv xarici siyasətdə ittiham etdilər. N.Xruşşovu yalnız Rəyasət Heyətinin üç üzvü, A.İ.Mikoyan, A.İ.Kiriçenko, M.A.Suslov və Rəyasət Heyətinin, Katibliyin üzvlüyə namizədlərinin böyük
əksəriyyəti müdafiə etdi. Onların köməyi nəticəsində demokratik partiya mərkəziyyət prin- sipini əldə rəhbər tutan N.Xruşşov məsələyə Mərkəzi Komitənin Plenumunda baxılmasına nail oldu. Müdafiə Naziri marşal G.K.Jukovun hərbi təyyarələrinin köməyi ilə tez bir za- manda 130 nəfər plenum üzvündən 107 nəfəri Moskvaya toplayan N.Xruşşov iyunun 22-də onun iclasını keçirdi. Arbitr rolunda çıxış edən plenum üzvləri Birinci katibi müdafiə edərək Rəyasət Həyətinin qərarını ləğv etdilər. Sov.İKP MK-nın Plenumu “antipartiya qrupunu fraksiyaçılıq fəaliyyətində” ittiham edərək V.Molotov, L.Kaqanoviç, G.Malenkov, M.Sabu- rovu Rəyasət Heyəti üzvlüyündən, D.Şepilovu üzvlüyə namizədlikdən azad etdi. M.Pervuxin üzvlükdən namizədliyə keçirildi. 1961-ci ildə L.Kaqanoviç, G.Malenkov, V.Molotov partiya sıralarından xaric edildilər. NA.Bulqanin 1958-ci ildə Rəyasət Heyətinin tərkibindən xaric edildi və Nazirlər Sovetinin sədri vəzifəsindən azad olundu,onu bu vəzifədə N.S.Xruşşov əvəz etdi. 1960-cı ilin mayın 7-də SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində K.Y.Vo- roşirovu L.İ.Brejnev əvəz etdi. Beləliklə, N.S.Xruşşov partiya və hökumətin vahid liderinə çevrildi. 1957-ci il partiya və dövlət rəhbərliyindəki böhranın mühüm nəticəsi stalin- sizləşdirmə yolundakı əsas addım olaraq keçmişin siyasi təcrübəsi ilə əlaqənin kəsilməsi oldu. İyun böhranının qaydaya salınmasında böyük rol oyanayan marşal G.K.Jukov vətəndaş hakimiyyətinin və şəxsən N.S.Xruşşovun mənfi münasibətinə və ondan ehtiyat etməsinə səbəb oldu.1953-cü ildə L.Beriya hakimiyyətdən uzaqlaşdırılarkən G.K.Jukovun köməyindən istifadə edən N.S.Xruşşov onun nüfuzundan ehtiyat edərək o Albaniya və Yuqoslaviyada səfərdə olarkən Rəyasət Heyətində “G.K.Jukovun şəxsiyyətinə pərəstiş, onun bonapartizmə yol açan avantürizmə meylliliyi” maddəsi ilə məsələ qaldırdı. Mərkəzi Komitənin 19 oktyabr Plenumunda G.K.Jukov Rəyasət Heyətinin və MK-nın tərkibindən çıxarıldı. Müdafiə Naziri vəzifəsinə R.Malinovski təyin olundu, G.Jukov isə təqaüdə göndərildi.
Sov.İKP-nın XX qurultayında təntənəli surətdə partiyada kollektiv rəhbərliyin Lenin prinsiplərinə əməl ediləcəyi elan olunsa da N.S.Xruşşov 1940-1953-cü illərdə İ.V.Stalinin partiya və hökumət rəhbərliyinin birləşdirmək təcrübəsini tədbiq etməklə əslində elan etdiyi siyasi xətdən imtina etmiş oldu.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin