Slavyan olkeleri tarixi. 1917-2015. pdf



Yüklə 1,22 Mb.
səhifə61/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   57   58   59   60   61   62   63   64   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

SSRİ beynalxalq alamda. 1960-cı illərin ortaları “soyuq müharibənin” davamı kimi səciyyələndirilə bilər. İki fövqəl dövlət SSRİ və ABŞ-ın hərbi potensialı tədricən bərabərləşdi. Hərbi-strateji paritet yarandı. 1964-cü ilin oktyabrında sovet dövlətinin sükanı arxasına keçən yeni hakimiyyət xarici siyasət sahəsində üç prioritet vəzifə qarşıya qoydu. Birincisi, sosialist cəbhəsinin dağılması təhlükəsinin qarşısını alaraq onların siyasi, hərbi və iqtisadi birliyini daha da möhkəmlətmək; ikincisi, Şərqlə və Qərb arasında münasibətləri “dinc yanaşı yaşa- maq” prinsipi əsasında normallaşdırmaq; üçüncüsü, bütün dünyada “tərəqqipərvər” hərəkat və rejimləri müdafiə edən siyasət yeritmək. L.İ.Brejnev və onun ətrafının təmsil etdiyi yeni hakimiyyət 1956-cı ildəki Macarıstan hadisələrinin nəticələrini aradan qaldıraraq Şərqi Av- ropada vəziyyəti sabitləşdirdi. Siyasi vəziyyət Sov.İKP-nın nəzarəti altında qalmaqla mədə- niyyət sahəsindəki azadlıqlar və Y.Kadrın iqtisadi siyasəti Macarıstanda xalqın həyat səviy- yəsinin yüksəlməsinə, daxili vəziyyətin normallaşmasına səbəb oldu.
Bunun əksinə olaraq müharibə ərəfəsində Şərqi Avropanın ən inkişaf etmiş dövləti olan Çexoslovakiyada sərt siyasi rejim, iqtisadi çətinliklər ölkədə müqavimətin dirçəlməsinə, hətta partiyaya belə sirayət etməsinə gətirib çıxardı. 1967-ci ilin iyununda yazıçı-kommunistlər açıq surətdə Yazıçılar qurultayının partiya rəhbərliyinə qarşı çıxış etdilər. Payıza doğru kütləvi tələbə tətillərindən sonra hakimiyyətə qarşı müxalifət daha da gücləndi.1968-ci ilin
yanvarında A.Novotnı partiya rəhbərliyini Aleksandr Dubçekə (1921-1992) verməyə məcbur oldu. Yeni partiya rəhbərliyi öz mövqeyini möhkəmlətmək məqsədilə bir sıra islahatlar, o cümlədən müəssisələrə iqtisadi müstəqillik vermək, demokratik siyasi sistem bərqərar etmək, senzuranı aradan qaldırmaq, çoxpartiyalılıq əsasında seçki keçirmək tədbirlərini həyata ke- çirdi. A.Dubçekin başçılıq etdiyi Çexoslovakiya partiya rəhbərliyi demokratik dəyərlərə söy- kənən “insan sifətli sosializm” qurmaq niyyətində idi. Bu dəyişikliklər dövrü azadlıq və demokratiyanın ölkənin ab-havasını yumşaltdığı “Praqa baharı” adını aldı. Mosvada A.Dub- çekin yeritdiyi siyasətə kommunist partiyasının inhisarının itməsi və Varşava müqaviləsi Təşkilatının dağılması təhlükəsi prizmasından baxmağa başladılar. Rumıniya istisna olmaqla digər sosialist ölkələrinin rəhbərləri də məsələyə daha sərt müdaxilə tələb edirdi. 1968-ci il avqustun 3-də Bratislavada L.Brejnev, A.Dubçek, O.Çernikin görüşü də heç bir nəticə ver- mədi, Çexoslovakiya kommunistləri islahatdan əl çəkmək niyyətində olmadıqlarını nümayiş etdirdilər. 1968-ci il avqustun 20-dən 21-nə keçən gecə uzun tərəddüddən sonra sovet rəh- bərliyi ADR-in partiya liderlərinin təzyiqi ilə Varşava Müqaviləsi Təşkilatının yarım mil- yonluq ordusunu “qardaş köməyi” adı altında ÇSSR-na yeritdi. SSRİ ilə yanaşı Bolqarıstan, Macarıstan, Polşa və Almaniya Demokratik Respublikasının orduları Çexoslovakiya müda- xiləsində iştirak etdilər. Çexoslovakiya KP MK-nın birinci katibi A.Dubçek, hökumətin sədri O.Çernik və başqaları sovet təhlükəsizlik orqanları nümayəndələri tərəfindən həbs edilərək Moskvaya aparıldı. Moskvaya deportasiya edilən ölkə rəhbərliyi ilə avqustun 23-dən 26-na kimi aparılan danışıqlar nəticəsində vəziyyətin normallaşdırılmasından bəhs edən basqı al- tında protokol imzalandı. 1969-cu il aprelin 17-də A.Dubçeki ÇKP-nın Birinci katibi vəzi- fəsində Q.Qusak əvəz etdi ki, o da noyabr ayından avqusta qədərki dövrdə həyata keçirilən islahatları tənqid edən qətnamə qəbul edilməsinə nail oldu.
Çexoslovakiya Sovet Sosialist Respublikasına müdaxilə edilməsi nümayiş etdirdi ki, yeni sovet rəhbərliyi yalnız Şərqi Avropa ölkələrinin məhdud müstəqillik prinsipindən çıxış edir. Odur ki, Qərbdə “Brejnev doktorinası” deyilən anlayış meydana gəldi. Onun mahiyyəti isə belə idi ki, hər bir sosialist dövlətinin müstəqilliyi sosializmin möhkəmləndirilməsi məq- sədinə tabe tutulmalıdır. Hər bir ölkədə sosialist quruluşunun müdafiəsi bütün sosialist döv- lətlərinin ümumi işidir. Bu isə praktik olaraq SSRİ-nin bütün Şərqi Avropanın sosialist döv- lətlərinin daxili işinə qarışmağa şərait yaradırdı.
Çexoslovakiyaya müdaxilə nəticəsində Şərqi Avropa xalqları SSRİ-yə milli azadlığı boğan təcavüzkar bir dövlət kimi baxmağa başladı. SSRİ-nin müdaxiləni müdafiə etməyən Yuqoslaviya, Albaniya, Rumıniya, Çin kimi sosialist ölkələri ilə münasibətləri kəskinləşdi. SSRİ-nin maraqları da ciddi zərbə aldı, Sovet sistemi isə daxilən çat verərək iki onillik
ərzində dağılmağa məhkum oldu.
1970-ci ildə qiymətlərin bahalaşması ilə əlaqədar olaraq Polşanın Baltik sahilboyu şə- hərlərinin fəhlələri kütləvi tətilə başladı. Toqquşmalarda 44 nəfər öldü, 1164 nəfər isə yara- landı. 1971-ci ilin martında qiymətlər aşağı salındıqdan sonra vəziyyət nisbətən sabitləşdi. V.Qomulka PBFP MK-nın birinci katibi vəzifəsindən azad edilərək onun yerinə Edvard Gerek (1919-2001) təyin olundu. 70-ci illərin ortalarından başlayaraq Polşada iqtisadi çətin- liklər və ölkənin xarici borcları kəskin artdı.1976-cı ilin iyununda hökumət vəziyyətdən çıx- maq üçün əmək haqqının qismən artırılması müqabilində ərzaq mallarının qiymətini kəskin artırdı. Bu isə fəhlələrin müqaviməti ilə üzləşdi. Təşəbbüs müxalifətin əlinə keçdi. 1980-ci ilin noyabrında müxalifəti təmsil edən müstəqil “Həmrəylik” (“Solidarnost”) təşkilatı rəsmi qeydiyyatdan keçdi ki, onun da üzvlərinin sayı 8 milyon nəfərə çatırdı. 1981-ci ildə general Voytsex Yaruzelski PBFP MK-nın birinci katibi, Nazirlər Sovetinin sədri, Milli müdafiə naziri oldu. O, 1981-ci il dekabrın 13-də ölkədə hərbi vəziyyət elan edərək müvəqqəti də olsa açıq siyasi qarşıdurmanın qarşısını aldı.
SSRİ ilə Çin Xalq Respublikası arasında münasibətlər gərgin olaraq qalırdı.1969-cu ilin yazında sərhəd çayı Ussuri rayonunun Damansk adasında sovet və çin hərbi hissələrinin toqquşması oldu. Damansk adasının statusu iki dövlət arasında dəqiq müəyyən edilmədiyi üçün hər iki tərəf adaya sahib olmaq iddiası ilə münaqişəyə başladılar və bu az qala sovet-çin
müharibəsinə səbəb olurdu. İlk zərbəni sərhədçilər öz üzərinə götürdükdən sonra sovet tərəfi ağır “Qrad” qurğularını işə saldı və düşmən geri çəkilməyə məcbur oldu. Bu hadisədən sonra Damansk adasında Çinlə sərhəddin möhkəmləndirilməsi tədbirləri görüldü, yeni hərbi dairə təşkil edildi. Çin Xalq Respublikası isə bu hadisədən sonra ABŞ və onun müttəfiqləri ilə münasibətlərini normallaşdırdı ki, bu da Sovet İttifaqının əlavə narahatlığı demək idi. Yalnız 1976-cı ildə Mao Tszedun və 1982-ci ildə L.Brejnev öldükdən sonra Sovet-Çin münasibət- lərin normallaşdırmaq mümkün oldu.
1960-cı illərin ikinci yarısında SSRİ iki, Vyetnam və yaxın şərq münaqişəsində iştirak etdi.1965-ci ildə ABŞ Cənubi Vyetnama birləşdirmək məqsədilə Şimalı təmsil edən Vyetnam Demokratik Respublikasına qarşı müharibəyə başladı. Uzun və qanlı müharibə yalnız 1973-cü ildə başa çatdı.1975-ci ildə Vyetnam Şimali Vyetnam kommunistlərinin hakimiyyəti altında birləşdi. SSRİ müharibə illərində Vyetnam Demokratik Respublikasının partizanlarına silah, hərbi ləvazimat, tibbi avadanlıq, hərbi mütəxəssislərlə köməklik göstərdi ki, bu da SSRİ ABŞ münasibətlərini xeyli kəskinləşdirdi.
1967-ci ilin iyun ayında “altıgünlük müharibə” nəticəsində İsrail, Misir, Suriya, İorda- niya ordularını məğlub edərək Sinay yarımadasını, Qolan təpələrini, İordan çayının sağ sahi- lini və Şərqi Yerusəlimi işğal etdi. SSRİ ərəb dövlətlərini müdafiə edərək İsraillə diplomatik münasibətləri kəsdi.1973-cü ildə SSRİ-nin köməyi ilə Misir və Suriya itirdiyi əraziləri qay- tarmağa cəhd etsə də buna nail olmadı. Məğlubiyyətdən sonra Misir prezidenti A.Sadat 1979- cu ildə Kemp-Devid sülh müqaviləsini İsraillə imzaladı. Bundan sonra SSRİ-nin Yaxın Şərq- də müttəfiqi Suriya və Fələstin Azadlıq Təşkilatı oldu.1980-ci ilin iyulunda İsrail Yerusəlimi “vahid və bölünməz” paytaxtı elan etdi. Eyni zamanda İsrail parlamenti Qolan təpələrini özünə birləşdirilməsi haqqında qərar qəbul etdi.1982-ci ilin aprelində İsrail işğal etdiyi Sinay yarımadasının qalan hissəsini Misirə qaytardı.
1970-ci il avqustun 12-də SSRİ ilə AFR, 1970-ci il dekabrın 7-də AFR ilə Polşa ara- sında müqavilələrin bağlanması, 1971-ci ilin sentyabrın 3-də SSRİ, ABŞ, İngiltərə və Fransa arasında Qərbi Berlinə aid dördtərəfli sazişin imzalanması, 1972-ci il dekabrın 21-də AFR ilə ADR arasında münasibətlərin yaradılmasına dair müqavilənin imzalanması Avropada beynəl- xalq vəziyyətin normallaşmasına gətirib çıxardı.
1972-ci il noyabrın 22-də Finlandiya dövlətinin təklifi ilə 33 Avropa dövləti, ABŞ və Kanadanın nümayəndələri Helsinkidə ümumavropa müşavirəsilə bağlı yeddi aya kimi davam edən məsləhətləşmələrə başladılar. Bunun nəticəsində 1973-cü ilin iyununda “Mavi kitab” adını alan yekun tövsiyələri hazırlandı. Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə müşa- virənin birinci mərhələsi 1973-cü il iyulun 3-dən 7-nə kimi Helsinkidə, ikinci mərhələ 1973- cü il sentyabrın 21-dən 1975-ci il iyulun 21-nə kimi Cenevrədə, üçüncü, yekun mərhələsi isə 1975-ci il iyulun 30-da Helsinkidə oldu. 1975-ci il avqust ayının 1-də 33 Avropa dövlətinin, ABŞ və Kanadanın dövlət və hökumət rəhbərləri Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə müqavilənin Yekun aktın imzaladılar. Müşavirənin iştirakçısı olan dövlətlər aşağıdakı 10 əsas prinsipi qarşılıqlı münasibətlərində rəhbər tutmağı öz öhtələrinə götürdülər: suveren bərbərlik; zor işlətməmək və ya zor işlətməklə hədələməmək; sərhədlərin toxunulmazlığı; dövlətin ərazi bütövlüyü; müharibənin dinc yolla nizama salınması; bir-birinin daxili işlərinə qarışmamaq; insan hüquqlarına və əsas azadlıqlarına hörmət; bərabərlik və xalqların öz müqəddəratını təyin etmək hüququ; dövlətlər arasında əməkdaşlıq; beynəlxalq müqavilə öhtəliklərin vicdanla yerinə yetirilməsi.
Yekun Aktının imzalanmasının tarixi əhəmiyyəti ondan ibarətdir ki, müxtəlif ictimai quruluşa malik olan dövlətlər arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyaraq beynəlxalq gərginliyin azaldılmasına kömək etdi. SSRİ-nin isə ən böyük nailiyyəti müharibədən sonrakı sərhədlərin tanınması oldu. Bunun naminə sovet rəhbərliyi söz, mətbuat, hərəkat azadlığı, məlumat alış-verişinə və s. razı oldu.
1972-ci ilin may ayında ABŞ prezidenti R.Nikson Sovet ittifaqına səfərə gələrək ölkə rəhbəri L.Brejnevlə görüşdü, mayın 28-də isə “SSRİ ilə ABŞ arasında qarşılıqlı münasibət- lərin əsasları” haqqında sənəd imzalandı. 1972-ci il mayın 26-da Moskvada SSRİ ilə ABŞ
arasında “Raketlərdən müdafiə sistemlərinin məhdudlaşdırılması haqqında müddətsiz müqa- vilə” və “Strateji hücum silahlarının məhdudlaşdırılması sahəsində bəzi tədbirlər” haqqında müvəqqəti saziş bağlandı (SSM-1). 1973-cu ilin iyun ayında L.İ.Brejnev ABŞ-a səfər etdi və iyunun 22-də Vaşinqtonda SSRİ ABŞ arasında “Nüvə müharibəsinin qarşısının alınması” haqqında müddətsiz saziş imzalandı. 1974-cü ilin yayında ABŞ prezidenti R.Niksonun SSRİ- yə növbəti, səfəri 1974-cü ilin dekabrında Vladivostokda növbəti yüksək səviyyəli Sovet- Amerikan görüşü hər iki ölkə arasında əməkdaşlığın artdığını nümayiş etdirirdi. SSRİ ilə ABŞ arasında elmi-texniki, kənd təsərrüfatı, ətraf mühitin qorunması sahəsində əməkdaşlıq genişləndi. 1976-cı ildə SSRİ - ABŞ ticarətinin həcmi 2,2 milyard manata çatdı.
1979-cu il iyunun 18-də Vyanada yüksək səviyyəli dövlət başçılarının iştirakı ilə Sovet- Amerika görüşündə strateji hücum silahlarının məhdudlaşdırılması haqqında ikinci müqavilə bağlandı. Lakin SSRİ-nin 6fqanıstana müdaxiləsindən sonra konqres SSM-2 müqaviləsini təsdiq etmədi. ABŞ SSRİ ilə ticarəti dayandırdı və 1980-ci ildə Moskva olimpiadasını boykot etdi. 1980-ci ildə R.Reyqan ABŞ prezidenti seçildikdən sonra hər iki ölkə arasında sərt qarşıdurma müşayiət olundu. Xüsusilə, 1983-cü ildə avqust ayının sonunda Sovet İttifaqı səmasında Cənubi Koreyanın sərnişin təyyarəsinin hərbçilər tərəfindən vurulması SSRİ - ABŞ münasibətlərini daha da gərginləşdirdi və ABŞ Avropada xüsusi ilə AFR, Böyük Britaniya və İtaliyada yeni nüvə raketləri yerləşdirdi.
1973-cü ilin iyulunda 6fqanıstanda monarxiya rejimi devrildi və ölkə respublika elan edildi. 1978-ci il aprelin 27-də 6XDP-nın tərəfdarı olan ordu hissələri çevriliş etdi və aprelin 28-də M.Təraki başda olmaqla İnqilabi Şura yaradıldı. Pakistan və İranın yardımı ilə 1979-cu ilin sentyabrında H.6min hakimiyyəti ələ keçirdi. 1979-cu il dekabrın 27-də sovet hərbi dəstəsi Kabulda prezident sarayını tutaraq H.6mini öldürdü. 6XDP-nin başçısı B.Karməl 6fqanıstanın yeni rəhbəri təyin edildi, formal olaraq onun xahişi ilə Sovet qoşunları ölkəyə müdaxilə etdi. 6fqanıstanda SSRİ-nin müdaxiləsi ilə vətəndaş müharibəsi dövrü başladı, 5 milyon əfqan ölkəni tərk edərək İran və Pakistana sığındı. ABŞ, İngiltərə, AFR, Yaponiya hər il əfqan mücahidlərinə 100 milyon dollar hacmində kömək göndərirdi.1987-ci ilin yanvarında B.Karməli başqa bir sovetlər tərəfdarı Nəcibulla ölkə rəhbərliyində əvəz etdi. O, 1987-ci il yanvarın 15-də hərbi əməliyyatları dayandırdığını və koalisyon hökumət qurmağa razı oldu- ğunu bəyan etdi.1988-ci il aprelin 14-də 6fqanıstana dair Cenevrə sazişləri imzalandı, SSRİ 1988-ci il mayın 15-də 6fqanıstandan qoşunlarını çıxarmağa başladı və 1989-cu il fevralın 15-də bu başa çatdı. 6fqan xalqına “beynəlmiləl kömək” 10 il uzandı və hər ili SSRİ-yə 3-4 milyard dollara başa gəldi. 620 min nəfər sovet hərbiçisi bü müharəbədən keçmişdir. Müdaxilə sayəsində 14,5 min nəfər sovet əsgəri öldü, 35 min nəfər yaralandı, 300 nəfərdən çox itkin və əsir düşdü. Beləliklə, Sovet İttifaqının L.Brejnev dövründə 6fqanıstana uğursuz müdaxiləsi onun beynəlxalq mövqeyini sarsıtdı, ABŞ və onun müttəfiqləri ilə SSRİ-nin münasibətləri daha da kəskinləşdi. Digər bir tərəfdən bu müharibə onsuz da ağır vəziyyətdə olan sovet iqtisadiyyatına ağır yük olaraq cəmiyyətdə Sov.İKP liderlərinin yeritdiyi siyasətdən narazılığın artmasına şərait yaratdı.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin