Slavyan olkeleri tarixi. 1917-2015. pdf



Yüklə 1,22 Mb.
səhifə65/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   61   62   63   64   65   66   67   68   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

SSRİ-nin dağılması. MDB-nin yaranması. Ölkədəki mürəkkəb iqtisadi şəraitdə aşkarlıq və kütlələrin müstəqil siyasi fəaliyyətinin artmasl millətlər arasında münasibətlərin kəskinləşməsi ilə müşayiət olundu. Mərkəzi partiya-dövlət aparatının zəifləməsi şəraitində yerli hakimiyyət milli burjuaziya ilə dil taparaq öz mövqeyini möhkəmlətmək istəyirdi. Ye- nidənqurmanın ilk illərindən SSRİ xalqları arasında baş qaldıran ziddiyyətlər getdikcə kəs- kinləşdi. 1986-cı ilin mart-aprel aylarında Yakutiyada yakut və rus tələbələr arasında ilk toq- quşma baş verdi. 1986-cı il dekbarın 17-19-da Qazaxıstan KP MK-nın birinci katibi vəzifəsi- nə D.A.Kunayevin yerinə milliyyətcə rus olan G.V.Kolbin təyin edildikdə minlərlə qazax gənci etiraz əlaməti olaraq küçələrə çıxdı. Çıxışların qarşısını almaq məqsədilə mərkəzi hakimiyyət ordu qüvvələrindən istifadə etdi. Ölənlər və minlərlə yaralananlar oldu.
Sovet respublikalarında suverenlik, müstəqillik uğrunda hərəkat genişlənirdi. Elan edi- lən hüquq bərabərliyi, azad inkişaf faktiki olaraq formal xarakter daşıyırdı. Siyasətdə, iqtisadi inkişafda, mənəvi həyatda mərkəzin göstərişləri əsas rol oynayırdı. Regionların iqtisadi inki- şaf səviyyələri, adət və ənələləri, milli xüsusiyyətləri kommunist ideologiyasına tabe edilmiş- di. Kommunist ideologiyasına qarşı milli respublikalarda demokratiya və müstəqillik uğrunda hərəkatlar genişlənirdi.
Azərbaycan və Gürcüstan bir çox çətinliklərlə, mərkəzi hakimiyyətin onlara qarşı yeritdiyi siyasi-hərbi avantürist xətti ilə qarşılaşmışdı.1987-ci ilin oktyabrında Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində məskunlaşan ermənilər qədim Azərbaycan torpaqlarının Ermənistana birləşdirilməsi tələbilə çıxış etdilər. Stepanakert və Yerevanda millətçilər mitinq təşkil edərək Azərbaycana qarşı əsli olmayan erməni təxəyyüllü şuarları səsləndirdilər. Ermə- nistanda yaşayan və lap qədimdən bu torpaqların sakinləri hesab edilən azərbaycanlılar basqı və fiziki cəhətdən məhvedilmə təhlükəsi altında yaşadıqları torpaqları tərk edərək Azərbayca- na qaçmağa məcbur oldular. Ermənistandan Azərbaycana 165 min, Azərbaycandan Ermə-
nistana 140 min nəfər adam qaçmışdı. Beləliklə, qədim Azərbaycan torpqaları üstündə baş- layan qanlı münaqişə tezliklə tərəflər arasında sonu görünməyən müharibəyə çevrildi. 1988-ci il sentyabrın 18-21-də Dağlıq Qarabağda erməni və azərbaycanlılar arasında silahlı toqquşma baş verdi. Mərkəzi M.S.Qorbaçov hakimiyyəti Azərbaycana təzyiqi artıraraq noyabrın 24-də Bakı, Naxçıvan və Kirovabadda (Gəncə) xüsusi vəziyyət elan etdi. Dekabrın 5-də sovet ordusu Bakının mərkəzi Lenin meydanını zor tədbiq edərək mitinqçilərdən təmizlədi. 1990-ci ilin əvvəllərində Cənubi Qafqazda vəziyyət daha da kəskinləşdi. 31 dekabr - 2 yanvar ta- rixlərində Naxçıvan MSSR-də mərkəzi hakimiyyətin siyasətinə və erməni separatçılarının hərəkətlərinə qarşı mitinqlər başladı, etiraz əlaməti olaraq Sovet-İran sərhəd qurğularının bir hissəsi dağıdıldı. Ermənistanda “Qarabağ” komitəsi səfərbərlik elan etdi. M.Qorbaçov haki- miyyətinin hər iki tərəfi razı salamq məqsədilə yeritdiyi yarımçıq və qeyri peşəkar siyasət və ermənilərin təcavüzkar çıxışlarının artması Bakıda vəziyyəti kəskinləşdirdi, şəhəri etiraz mitinqləri bürüdü. 1990-cı il yanvarın 19-da SSRİ Ali Sovetinin Rəyasət Heyəti yanvarın 20- də saat 00-dan “Bakı şəhərində fövqəladə vəziyyət tədbiq edilməsi haqqında” fərman verdi. Yanvarın 19-dan 20-ə keçən gecə sovet qoşunları Bakıya hücum edib, ağır və yüngül silah- lardan atəş açmaqla sakinləri qətlə yetirdilər. Bakı və ətraf rayonlarda 131 nəfər öldürüldü, 744 nəfər yaralandı, bu hadisə “Qanlı yanvar” kimi tarixə həkk olundu. Azərbaycana qarşı Ermənistanın işğalçılıq siyasəti, zorla onun torpaqlarının zəbt edilməsi, 1990-cı ilin qanlı yanvar qırğını xalqı M.Qorbaçov hakimiyyətinin siyasətinə qarşı fəal mübarizəyə qaldırdı.
1989-cü ilin aprelində Gürcüstanın paytaxtı Tiflisdə kütləvi nümayişlər başladı və onlar Gürcüstanın SSRİ-nin tərkibindən çıxıb müstəqil elan edilməsi tələbini irəli sürdülər. Aprelin 9-da dinc nümayiş ordu qüvvələri tərəfindən dağıdıldı, 19 nəfər öldürüldü, yüzlərlə adam yaralandı. Bu hadisə Gürcüstanın müstəqilliyi uğrunda milli hərəkatın artmasına güclü təkan verdi. Gürcüstan Respublikasının Ali Sovetinə seçkilərdə müstəqillik uğrunda mübarizə aparan “Dəyirmi stol –Azad Gürcüstan” üstünlük qazandı.
1989-1990-cı illərdə Orta Asiya respublikalarında, xüsusilə 6ndican, Fərqanə, Oş, Düşənbə və b. yerlərdə millətlər arasında qırğınlar törədildi. Özbəkistanda Məhsəti türklərinə qarşı silahlı basqınlar, təqib və özbaşınalıq daha kəskin xarakter almışdı. 1989-cu ildə Kişinyov, Suxumi, 1990-cı ildə Sxinvalidə milli-etnik zəmində qanlı toqquşmalar nəticəsində ölən və ölkəsində qaçqın vəziyyətinə düşən adamların sayı dahada artmışdır. 1989-cu ildə milli toqquşmalarda 221 nəfər öldüyü halda, təkçə 1990-cı ilin 6 ayı ərzində 632 nəfər ölmüşdür. 4648 talan qeydə alınmış, 600 min qaçqın olmuşdur.
SSRİ-də milli-etnik zəmində baş verən toqquşmalar, onlara qarşı M.Qorbaçov hakimiy- yətinin qoşun işlətməklə gördüyü səbatsız tədbirlər Sovetlər ittifaqının dağılmasını daha da sürətləndirdi. SSRİ-nin dağılmasının qarşısını almağa çalışan M.Qorbaçov yeni ittifaq müqaviləsi bağlamağı təklif etdi və 1990-ci ilin noyabrında onun müzakirəsinə başlandı.Yeni dövləti güclü mərkəz olmaqla federasiya formasında yartmaq nəzərdə tutulurdu. Gürcüstan və Baltikyanı respublikaları müstəqillik uğrunda mübarizə kursun qəbul etdiklərinə görə bu müzakirələrdə iştirak etmirdi. Mərkəzi hakimiyyət əvvəllər olduğu kimi güc tətbiq etməklə məsələni həll etmək niyyətində idi. 1991-ci ilin yanvarında Litvanın müstəqilliyinin əleyh- darları olan ictimai xilasetmə Komitəsi V.Landsberqin başçılığı ilə Respublika Ali Sovetində qələbə çalan xalq cəbhəsini devirmək üçün hərəkətə keçdi. Sovet ordusu və DTK-nin qüv- vələri Vilnüsda televiziya mərkəzini silah tətbiq etməklə tutdu. 6məliyyatın gedişində 14 nəfər öldürüldü. Vilnüs əhalisi Litva Ali Sovetinin ətrafında barrikadalar qurdu. Qanuni seçi- lən Litva parlamentini zor gücünə devirmək mümkün olmadı. Eyni hadisələr Riqada da təkrar olundu. M.Qorbaçov formal olaraq Baltikyanı respublikalardakı hadisələrə onun deyil müstə- qillik elan edən yerli hökumətlərin cavabdeh olduğunu bildirdi. Eyni zamanda aşkarlığı elan edən M.Qorbaçov söz azadlığını məhdudlaşdıraraq mətbuat haqqında Qanunun fəaliyyətini dayandırdı. 1991-ci ilin fevralında Litvada respublikanın SSRİ tərkibində qalıb-qalmaması re- ferendumu keçirildi. Referendumda iştirak edənlərin 90 faizi müstəqilliyə səs verdi. M.Qor- baçov əvvəlcədən bu referendumu qanunsuz elan etdi.
Baltikyanı dövlətlərdəki hadisələr Rusiya hakimiyyətində narazılığa səbəb oldu,
M.Qorbaçovun demokratik baxışlı qüvvələr içərisində qəti olaraq nüfuzdan düşməsinə şərait yaratdı. B.N.Yeltsin açıq şəkildə Baltikyanı respublikalarının müstəqillik mübarizəsini müda- fiə etdi və M.Qorbaçovu SSRİ prezidenti kimi istefaya dəvət etdi. B.Yeltsin RSFSR prezi- denti seçildikdən sonra onun ümumittifaq orqanlarına, Sov.İKP-yə və M.Qorbaçovun siyasə- tinə qarşı amansız çıxışları daha da artmışdı.
1991-ci ilin aprelində M.S.Qorbaçov respublika liderlərinin razılığını alaraq Novo- Oqaryovda prezident iqamətgahında görüşdən sonra iqtisadiyyat və siyasi vəziyyəti sabitləş- dirmək üzrə birgə tədbirlər və yeni ittifaq müqaviləsinin hazırlanmasına dair onların (doqquz respublika + SSRİ Prezidenti) bəyanatı ilə çıxış etdi. 1991-ci il iyulun 23-24-də Novo-Oqar- yovda müttəfiq respublika rəhbərlərinin yığıncağında 26 maddə və 4 hissədən ibarət “Suveren Dövlətlərin İttifaqı haqqında müqavilə”nin mətni razılaşdırıldı. Müqavilə iştirakçısı olan hər bir respublika suveren dövlət elan edilir, sosializmdən isə söhbət belə getmirdi. Hakimiyyət orqanları strukturunda, idarəetmədə, yeni Konstitusiyanın qəbulu və seçki sistemində dəyi- şikliklər tətbiq edilməsi nəzərdə tutulurdu. Müqavilənin təsdiq edilməsi 1991-ci il avqustun 20-nə təyin edilmişdir.
Lakin yeni İttifaq müqaviləsi mətn layihəsinin müzakirəsi və mətnin çap edilməsi cə- miyyəti parçaladı. M.S.Qorbaçovun tərəfdarları müqaviləyə qarşıdurmanın azalması və ölkə- də vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırılması kimi baxırdı. “Demokratik Rusiya” hərəkatının rəhbərləri bir il müddətinə müvəqqəti müqavilə imzalamağı təklif edirdi. Bu vaxt- da Müəssislər Məclisinə seçkilər keçirib ümumittifaq hakimiyyət orqanlarını formalaşdırmaq sistemin müəyyən edilməsini həll etmək nəzərdə tutulurdu. Bir qrup ictimaiyyətçi alim mü- qavilə layihəsinə qarşı çıxış edərək belə bir sənədi mərkəzi respublikların milli-separatçı qüvvələri qarşısında təslim olmaq aktı kimi qiymətləndirdilər. Yeni müqavilənin əleyhdarları belə düşünürdülər ki, SSRİ-nin demontaj edilməsi mövcud xalq təsərrüfatı kompleksinin dağılmasına və iqtisadi böhranın dərinləşməsinə gətirib çıxarar.
Yeni müqavilənin imzalanmasına bir neçə gün qalmış müxalif qüvvələri islahat siyasəti- nə son qoymaq və dövlətin dağılmasının qarşısını almağa cəhd etdilər. SSRİ-nin bir qrup yük- sək rütbəli dövlət rəhbəri, o cümlədən güc strukturlarının başçıları 1991-ci il avqustun 19-na keçən gecə Dövlət Fövqəladə Vəziyyət Komitəsi yaratdılar, “səhhəti ilə bağlı SSRİ prezidenti vəzifəsini icra edə bilmədiyinə görə M.S.Qorbaçovun istefaya göndərildiyi, SSRİ Kons- titusiyasının 127-ci maddəsinə müvafiq olaraq SSRİ İttifaqı prezidentinin səlahiyyətlərinin SSRİ-nin vitse-prezidenti Gennadi İvanoviç Yanayevə keçdiyi” bildirildi. Ölkədə 6 aylıq föv- qəladə vəziyyət rejimini səmərəli həyata keçirmək məqsədilə SSRİ Müdafiə Şurasının birinci müavini O.D.Baklanov, SSRİ DTK-nin sədri V.A.Kryuçkov, SSRİ-nin Baş naziri V.S.Pavlov, SSRİ Daxili İşlər naziri B.K.Puqo, SSRİ Müdafiə naziri D.T.Yazovdan ibarət Dövlət Fövqə- ladə Vəziyyət Komitəsi yaradıldı. DFVK iqtisadi və siyasi böhranı, millətlər və vətəndaşlar arasındakı qarşıdurmanı və anarxiyanı aradan qaldırmağı özünün vəzifəsi elan etdi. Bu isə o demək idi ki, SSRİ-də 1985-ci ilə kimi olan qayda-qanunu təmin etmək əsas məqsəd daşı- yırdı.
Avqust hadisələrinin mərkəzi SSRİ-nin paytaxtı Moskva şəhəri oldu. Şəhərə ordu hissə- ləri yeridildi və komendant saatı müəyyən olundu. 1991-ci il avqust qiyamının baş tutmama- sında Rusiyanın Prezidenti B.N.Yeltsin və demokratik qüvvələr həlledici rol oynadı. B.Yeltsin fərman imzalayaraq DFVK-nin fəaliyyətini konstitusiyaya zidd dövlət çevrilişi cəh- di kimi qiymətləndirdi. Avqustun 21-də SSRİ Ali Soveti Rəyasət Heyətinin iclasında DFVK- nin fəaliyyəti qanundan kənar elan edildi. SSRİ Konstitusiyasına nəzarət Komissiyası da on- ların fəaliyyətini müdafiə etmədi. İctimaiyyət də DFVK-nin siyasətini müdafiə etmədi. Rusiya hökumətin və parlamentini qiyamçılardan qorumaq üçün minlərlər moskvalı Ağ evi canlı mü- hasirəyə aldı. Avqustun 21-də Sovetlər evinin ətrafında DFVK-nin tərəfdarları ilə B.N.Yeltsin hakimiyyətinin tərəfdarları arasında toqquşma baş verdi, üç nəfər gənc adam həlak oldu. Av- qustun 21-də DFVK-nin üzvləri Krımdakı prezidentin Foros iqamətgahına uçdular, eyni vaxtda RSFSR-in vitse-prezidenti A.V.Rutskoy da M.S.Qorbaçovla görüşmək məqsədilə baş- qa təyyarədə ora uçdu. M.S.Qorbaçov DFVK-nin üzvlərini qəbul etməyərək Rusiya rəhbərli-
yinin nümayəndələri ilə Moskvaya qayıtdı. 1991-ci il avqustun 22-də DFVK-nin üzvləri döv- lət çevrilişinə cəhd maddəsi ilə həbs edilərək sonradan əfv olundular. Ölkə dövlət çevrilişi və onun totalitar nəticələrindən xilas oldu.
Avqustun 19-21-də dövlət çevrilişi cəhdindən sonra B.Yeltsinin fərmanı ilə RSFSR Kommunist partiyasının fəaliyyəti dayandırıldı. M.S.Qorbaçov Sov.İKP MK-nin Baş Katibi vəzifəsini buraxdı və partiyanı özünü buraxmağa çağırdı. Sov.İKP-nin fəaliyyəti bütün SSRİ
ərazisində dayandırıldı. Bütün partiya əmlakı dövlət mülkiyyəti elan edildi. 10 gün ərzində keçmiş sovet respublikaları, o cümlədən, Estoniya, Latviya, Ukrayna, Moldova, Azərbaycan, Özbəkistan və Qırğızıstan öz mütəqilliyini elan etdi. Litva və Gürcüstan isə hələ avqust qiyamına kimi öz müstəqilliyini elan etmişdi.
1991-ci il sentyabrın 2-dən SSRİ Xalq deputatlarının V qurultayı keçirildi, qurultay ke- çid dövründə hakimiyyət haqqında, Konstitusiya qanunu qəbul edərək öz funksiyalarını SSRİ Dövlət Şurasına verdi. 1991-ci il noyabrın 14-də M.S.Qorbaçov Novo-Oqoryovda Dövlət Şurasının iclasında 7 respublikanın nümayəndələri ilə yeni siyasi ittifaqın yaradılamsı haq- qında razılığa gəlsə də, uğur qazana bilmədi. Gündən-günə dərinləşən iqtisadi böhran şəraitin- də ayrı-ayrı respubliklar belə hesab edirdilər ki, təkbaşına onlar əhalini ərzaq və gündəlik tə- ləbat malları ilə daha asan təmin edə bilərlər. Dekabrın 1-də Ukraynada ölkənin statusu ilə bağlı referendum keçirildi. Səsvermədə iştirak edənlərin 90,32 faizi Ukraynanın dövlət müs- təqilliyinə səs verdi. Ukraynanın prezidenti seçilən L.M.Kravçuk 1991-ci il dekabrın 5-də res- publikanın 1922-ci il ittifaq müqaviləsindən çıxdığını bəyan etdi. SSRİ-nin sakit dağılması prosesi başladı. 1991-ci il dekabrın 8-də Rusiyanın prezidenti B.N.Yeltsin, Ukraynanın prezi- denti L.M.Kravçuk və Belarusiya Ali Sovetinin sədri S.İ.Şuşkeviç Minskin yaxınlığındakı “Belaya Veja” adlı yerdə SSRİ İttifaqının dayandırılması və üç respublikanın daxil olduğu Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması haqqında müqavilə imzaladılar. Dekabrın 10-da müqaviləni Ukrayna və Belarusiya parlamentləri, dekabrın 12-də isə Rusiya Ali Soveti təstiq edib, parafladı. 1991-ci il dekabrın 21-də Baltikyanı respublikaları və Gürcüstandan başqa 11 respublika, o cümlədən Azərbaycan, Belarus, Ukrayna, Rusiya Federasiyası, Qaza- xıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan, Ermənistan və Moldova Alma-Ata Bəyannaməsini qəbul edərək MDB-yə daxil oldu. Bəyənnamədə qeyd olunurdu ki, MDB-yə daxil olan ölkələr demokratik hüquqi dövlət qurmağı, müstəqilliyi, qarşılıqlı hörməti, bir- birinin daxili işinə qarışmamağı, bir-birinə qarşı zor işlətməməyi, azlıqların problemlərini sülh yolu ilə həll etməyi və s. kimi öhdəlikləri üzərlərinə götürmüşlər. Sənəddə göstərilirdi ki, MDB-nin yaranması ilə SSRİ öz varlığına xitam verir. 1991-ci il dekabrın 25-də Moskva vaxtı ilə saat 19.00-da M.S.Qorbaçov televiziya ilə çıxış edərək elan etdi ki, “Müstəqil Dövlətlər Birliyinin yaranması ilə bağlı şəraitə uyğun olaraq SSRİ-nin Prezidenti vəzifəsindən öz fəaliyyətimi dayandırıram”. Saat 19.38-də Kreml üzərindəki SSRİ-nin qırmızı bayrağı üç rəngli Rusiya bayrağı ilə əvəz olundu. 1991-ci ilin dekabrın 25-də RSFSR-in Ali Soveti respublikanın yeni-Rusiya Federasiyası (Rusiya) adın qəbul etdi. Dekabrın 26-da SSRİ Ali Soveti SSRİ-nin buraxılması faktını təstiq edib öz fəaliyyətini dayandırdı.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin