Slavyan olkeleri tarixi. 1917-2015. pdf


-cı illərin ikinci yarısı-80-ci illərdə SSRİ-də mədəniyyət



Yüklə 1,22 Mb.
səhifə67/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   63   64   65   66   67   68   69   70   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

1940-cı illərin ikinci yarısı-80-ci illərdə SSRİ-də mədəniyyət




Müharibadan sonra ölkanin manavi hayatı. Müharibə ölkə mədəniyyətinə ağır zərbə vurmuşdur. Minlərlə məktəb, ali və orta ixtisas müəssisələri, muzey, maddi və mədəniyyət abidəsi dağıdılmışdır. Çoxsaylı istedadlı alim, bədii yaradıcılıqla məşğul olan ziyalı, incəsənət xadimi, mütəxəssis müharibədə həyatını itirərək mənəvi həyatdakı yerlərini tuta bilməmişdir. Xalq üçün əsl imtahan olan 1941- 1945-ci illər müharibəsi onların ən yaxşı keyfiyyətlərini üzə çıxardı. Müharibənin qələbə ilə başa çatması adamların nikbin əhval-ruhiyyəsilə müşayiət olunur, onlar azad və layiqli həyat arzulayırdı. Lakin cəmiyyət üzərində nəzarətin zəiflədil- məsi ölkənin partiya və dövlət rəhbərliyinin planına daxil deyildir. Odur ki, Stalin epoxası üçün xarakterik olan mədəniyyətin böhranını səciyyələndirən yeni repressiya dalğası başladı. Müharibə illərində cəmiyyətin düşünən beyni ziyalılar üzərində nəzarəti müəyyən ölçüdə itirən partiya və hökumət total qorxu şəraitini bərpa etmək məqsədilə yaradıcı ziyalıların fəa- liyyətinə təzyiqi artırdı. Elmi müzakirələrdə iştirak edən partiya və hakimiyyətin ali rəhbərləri mütəxəssisləri sərbəst fikir ifadə etməkdən məhrum edirdi. Məsələn, 1947-ci ildə fəlsəfə məsələləri üzrə müzakirələrdə ÜİK(b)P MK-nın katibi, Siyasi Büro üzvü A.A.Jdanov, 1950-ci ildəki dilçilik, 1951-ci ildəki siyasi iqtisad üzrə müzakirələrdə İ.V.Stalin şəxsən iştirak edərək alim və ziyalılara tədqiqatçılıq “dərsi” keçmişdir. SSRİ ilə Qərb arasında ideoloji divar çəkən siyasi rejim rəsmi siyasətin dairəsindən kənara çıxan mədəniyyət, incəsənət, elm xadimlərini vətənpərvər olmamaqda günahlandıraraq təqib edirdi. Bu məqsədlə nazirlik və idarələrdə bir il müddətinə 5-7 nəfərdən ibarət Vicdan məhkəmələri təşkil olunmuşdur. Dövlət və coğrafi sərhədlərdən uzaq beynəlmiləl elm və mədəniyyət haqqında düşünən hər bir ziyalı vicdan məhkəməsindən keçmişdir. Belarusiya SSR EA-nın prezidenti, genetik akademik A.R.Jebrak öz metodu ilə bütün ölkəni yedizdirməyə söz verən T.D.Lısenkonu açıq tənqid etdiyi üçün Vicdan məhkəməsində alçaldılaraq prezident vəzifəsindən azad edilmişdir. Beynəlxalq astro- navtika akademiyasının həqiqi üzvü, bir sıra xarici elmi cəmiyyətlərin üzvü, Lenin və üç dəfə Qırmızı 6mək Bayrağı ordenli akademik Vasili Vasilyeviç Parin təhqiredici Vicdan məhkə- məsində mühakimə edilən alimlərdən biridir.Vicdan məhkəməsinin növbəti qurbanları 1946- cı ildə “Bəd xassəli şişlərin biomüalicəsi” əsərinin müəllifləri professorlar N.Q.Klyuyeva və Q.İ.Roskin olmuşdur. Alimlər nəticədə sınaqdan çıxmayan dərman preparatlarının texnologi- yasını ABŞ-a verməkdə ittiham edilsələr də onlar məhkəmədə iddiaları rədd etdilər. Lakin buna baxmayaraq məhkəmə professorları sovet vətəndaşlarına yaraşmayan yalan ifadə ver- məklə təqsirləndirmişdir. Alim və yaradıcı ziyalılar haqqında alçaldıcı məhkəmələr bir qayda olaraq vətənpərvər olmayan, Qərb qarşısında sitayiş edənlər ittihamı səsləndirirdi.
1948-ci ilin avqustunda V.İ.Lenin adına Ümumittifaq Kənd Təsərrüfatı Elmlər Akade- miyasının “məlum” sessiyasında genetika yalançı elm elan olunaraq SSRİ-də qadağan edildi. Akademik T.D.Lısenkonun başçılıq etidyi kampaniyanın gedişində üç min nəfərə yaxın bio- loq alim işdən qovuldu və ya repressiyaya uğradı. Oxşar aqibəti 1950-ci illərdəki fizioloqların sessiyasından sonra ölkədəki fizioloq, psixoloq və tibb alimləri də yaşamışdır.
Bütün təqib və təzyiqlərə baxmayaraq hakimiyyəti təmsil edənlərin elm və mədəniyyət sahəsindəki diktə özbaşınalığına sipər çəkən azsaylı ziyalılar da tarixə öz adlarını yazdırmış- dır. Məsələn, fizika sahəsində görkəmli akademiklər A.F.İoffe və P.L.Kapitsa elmin maraqla- rını nəzərə alaraq, istedadlı alimləri açıq müdafiə edərək, təhlükəsizlik orqanları əməkdaşları- nın əlindən qurtarmışdır. 6sl vətəndaşlıq mövqeyindən çıxış edən Pyotr Leonidoviç Kapitsa- nın yüksək elektromaqnit sahəsindəki tətqiqatları nəticəsində Sovet İttifaqında yeni istilik nüvə reaktoru yarandı.
Zəncirvari reaksiya nəzəriyyəsinə görə akademik N.N.Semyonov 1956-cı ildə Nobel mükafatına layiq görülmüşdür (amerikan alimi S.Xinşelvendlə birlikdə). Maqnitizm və kvant nəzəriyyəsi sahəsində fəaliyyət göstərən, şöhrəti ölkənin sərhədlərini aşan alimlərdən biri də L.D.Landau olmuşdur. Kvant mayesi nəzəriyyəsinə görə L.D.Landau 1962-ci ildə Nobel mü-
kafatı almışdır. Dünya şöhrətli sovet alimləri N.Q.Basov və A.M.Proxorov xarici kolleqaları G.Taunsomla birlikdə radioelektronika sahəsindəki tətqiqatlara, birinci kvant generatorunu yaratdığına görə 1964-cü ildə Nobel mükafatına layiq görülmüşdür. Müharibədən sonrakı bi- rinci onillikdə SSRİ-də kosmik fəzanın öyrənilməsi sahəsində ilk addımlar atılmışdır. Aka- demik M.V.Keldışın rəhbərliyi ilə bu sahədə xüsusi komissiya təşkil edilmişdir.
1941-1945 illərdəki müharibədən sonrakı ilk onillikdə ölkənin təhsil sahəsində kəmiy- yət dəyişikliyi nəzərə carpırdı. On il ərzində SSRİ-də 5 milyon yeri olan 30 mindın çox tədris müəssisəsi tikilmiş və yaxud bərpa olunmuşdur. Müharibədən sonrakı təhsil sahəsindəki quru- culuq işlərində məktəblilər və onların valideynləri yaxından iştirak etdiyi üçün bu kampaniya “Xalq tikintisi” adını almışdır. 1950-1955-ci illərdə ölkədə 50 yeni ali məktəb fəaliyyətə başladı. Müharibədən sonra ölkənin xalq təsərrüfatındakı bərpa və quruculuq işlərində mü- təxəssislərə artan təlabatı nəzərə alaraq ali məktəblərə qəbul planı artırıldı. Təkcə, 1951-ci ildə ölkənin ali məktəblərinə 350 min tələbə qəbul edilmişdir.
1950-ci ilin ortalarından məktəb təhsili sahəsində başlıca vəzifə “məktəbin həyatla əla- qəsinin möhkəmləndirilməsi” idi. Bu vəzifənin həyata keçirilməsi bilavasitə N.S.Xruşşovun hakimiyyəti dövründə bəyan edilən “mülayimləşmə” siyasətilə bağlıdır. 1954-cü ildə il İ.Erenburqun “Mülayim hava” (“Ottepel”) romanı çap olundu ki, bu ad N.S.Xruşşov döv- rünün məzmunun obrazlı ifadəsi oldu. İ.Stalin hakimiyyəti dövründəki totalitar siyasi rejimin tənqidi “mülayimləşmə”nin əsas hadisəsi hesab oluna bilərdi.Xüsusilə “mülayimləşmə” illə- rində “sosializmin deformasiyasını” tənqid edən ziyalılar nəsli formalaşdı.
N.S.Xruşşov “mülayimləşməsi” SSRİ tarixinin İ.V.Stalinin ölümündən sonra on ilinin, yəni 1950-ci ilin ortalarından 1960-cı ilin ortalarına kimi davam edən mərhələnin qeyri rəsmi adıdır. SSRİ-nin daxili həyatında Stalinin şəxsiyyətinə pərəstişin tənqidi, 1920-1930-cu illərin repressiyalarının ifşa edilməsi, rejimin liberallaşması, siyasi məhbusların azad edilməsi, QULAQ-ın ləğv olunması, totalitar hakimiyyətin zəiflədilməsi, müəyyən söz azadlığı, siyasi və ictimai həyatın nisbi demokratikləşməsi, Qərb dünyasına açılmaq, yaradıcı fəaliyyətin azadlığı bu dövrün başlıca səciyyəvi xüsusiyyətləridir.
Ölkədəki “mülayimləşmə” kursu ilə əlaqədar olaraq 1955/56-cı tədris ilindən məktəb- lər politexnik təhsili artırmaq, gənc oğlan və qızları istehsalata hazırlamaq məqsədilə yeni dərs planlarına keçdi. 1958-ci ilin dekabrında “Məktəbin həyatla əlaqəsini möhkəmlətmək və SSRİ-də xalq maarifini daha da inkişaf etdirmək haqqında” qəbul edilən Qanunla ölkədə ümumicbari səkkizillik təhsil tətbiq olundu.Tam orta təhsil müddəti 10 ildən 11 ilə çaxarıldı, eyni zamanda məktəbi bitirən şagirdlər kamal attestatı ilə bərabər hər hansı bir sənətə sahib olmağa dair şəhadətnamə də alırdı. Məktəbin həyatla əlaqəsini gücləndirmək məqsədilə təhsil müddəti 1-3 il olan texniki-peşə məktəbləri şəbəkəsi yarandı. Lakin gənc oğlan və qızların istehsalata maraq göstərilməməsi bu siyasətin uğur qazanmamasına, həm də ümumtəhsil səviyyəsinin aşağı düşməsinə səbəb olmuşdur. Odur ki, 1964-cü ildə məktəblər yenidən 10 illik təhsil proqramına keçdi.
Ali və orta ixtisas təhsilli mütəxəssislərə tələbatın artması 1957-ci ildə iki illik iş stajı olan gənclərin tədris müəssisələrinə qəbulu zamanı onlara üstünlük verilməsi qaydasının tət- biq edilməsini təmin etmişdir. Tələbata uyğun olaraq axşam və qiyabi təhsilin şəbəkəsi daha da genişləndi. Nəticədə xalq təsərrüfatında çalışan ali və orta ixtisas təhsilli işçilərin sayı 1959-cu ildə artaraq fəhlələr arasında 39, kolxozçular arasında isə 21 faiz təşkil etmişdir. 1959-65-ci illərdə ali təhsil məktəbləri ölkənin xalq təsərrüfatı üçün 2,4 milyon nəfər mü- təxəssis hazırlamışdır. Lakin kadrlarının sayının artması onların keyfiyyət hazırlığının yüksək səviyyədə olması demək deyildir. Xalq maarifi, ali təhsil və elmi işçilərin əmək haqqqının ar- tırılması, onlara bir sıra güzəştlər nəzərdə tutulmasına baxmayaraq təhsilin səviyyəsi 30-cu il- lərlə müqaisədə belə geri qalırdı. Müəllimlərin böyük əksəriyyəti qısa müddətli kurslarda sürətli proqram əsasında hazırlıq keçirdi ki, bu da onların səviyyəsinə öz mənfi təsirini göstər- məyə bilməzdi. Eyni zamanda əvvəllər olduğu kimi cəmiyyətdəki “mülayimləşmə” dövründə də təhsil müəssisələri vahid dərslik və proqramları ilə kommunist tərbiyəsinin mərkəzi olaraq qalırdı. Bir sıra sovet pedaqoqu, o cümlədən sonradan “mücərrəd humanizmdə” ittiham olu-
nan V.A.Suxomlinski təhsil və tərbiyənin metodikasını dəyişərək gənclərin yaradıcılıq qabi- liyyətini inkişaf etdirməyi tövsiyə etmişdir. “Mülayimləşmə” illərində formalaşan yenilikçi pedaqoqlar başa düşürdülər ki, xalq təsərrüfatının uğuru yaxın zamanda yeni elmi-tədqiqat in- stitutlarının, konstruktor bürolarının, təcrübə zavodlarının və s. meydana gəlməsindən asılıdır. Odur ki, Yakutiyada, Saxalində, Şərqi Sibirdə, Krımda elmi tədqiqat institutlarının geniş şə- bəkəsi yaranmışdır. Novosibirskdə meydana gələn yeni elmi mərkəz mühüm hadisə olmuşdur.
Stalinizm dövründən fərqli olaraq elm nümayəndələri xarici ölkələrdəki kolleqaları ilə sıx əməkdaşlıq edirdi. Amerika, Avropa və Asiyanın 40 nəfərdən çox görkəmli alimi SSRİ EA-nın tərkibinə seçilmişdir. Bununla bərabər, ölkənin bir çox akademik və professoru xarici milli akademiyaların cəmiyyət və universitetlərinin fəxri üzvü seçilmişdir. Stalinizm illərində yalançı elm damğası vurulan sahələr “mülayimləşmə” dövründə tədricən dirçəlməyə başladı. Kibernetika sahəsində akademik A.İ.Berq, avtomatika və telemexanikada akademik V.A.Tra- peznikov, yarımkeçiricilər fizikası sahəsində dünya şöhrətli akademik A.F.İoffe, sürətli elektron maşınların yaranmasında akademik S.A.Lebedev sovet elminin şöhrətini ölkəyə və dünyaya yaymışdılar. İ.Stalin repressiyasının qurbanı olaraq “ziyankar və cəsus” damğası vu- rulan S.P.Korolyovun başçılığı altında 1957-ci il oktyabrın 4-də yerin ilk süni peyki fəzaya buraxılmışdır.1961-ci il aprelin 12-də pilot kosmonavt mayor Y.A.Qaqarin dünyada birinci “Vostok” gəmisində yer ətrafında dövrə vurdu.
Adını sovet elmi tarixinə qızıl hərflərlə yazdıran İ.V.Kurçatov nüvə enerjisi sahəsində tədqiqatlarını davam etdirmişdir.1957-ci ilin dekabrında ilk nüvə buzqıran gəmisi suya bu- raxıldı. Şöhrəti ölkənin sərhədlərini aşan A.N.Tupolevin səsdən sürətli reaktiv sərnişin təy- yarələri səmada uçmağa başladı. Digər görkəmli aviakonstruktur S.V.İlyuşin yeni sürətli təy- yarələrin layihəsini hazırlamışdır.
Tibb elmi sahəsində 300-dən çox elmi tədqiqat institutu və laboratoriya fəaliyyət gös- tərirdi. Onların işi nəticəsində ölkədə taun, vəba, çiçək, yatalaq, malyariya kimi qorxulu xəs- təliklərin kökü kəsilmişdir. Böyük kimyaçı alimlər A.N.Nesmeyanov və İ.L.Knunyansın elmi tədqiqatlarının nəticəsi xalq təsərrüfatında geniş tətbiq olunmuşdur.
Sov.İKP-nin XX qurultayı marksizm-leninizm və partiyalılıq prinsiplərindən uzaqlaş- mamaq şərti ilə müəyyən çərçivədə ictimai elmlər sahəsində məsələlərə yeni yanaşma tərzinin
əsasını qoymuşdur. 6vvəllər tədqiqatlar üçün əlçatmaz olan sənədlərin üzə çıxması ictimai elmlərin öyrənilməsinə müsbət təsir etdi. Ölkə tarixinin öyrənilməsinə diqqət və maraq artdı. Çox cildlilik “Ümumdünya tarixi”, “Sovet İttifaqının Böyük Vətən müharibəsi tarixi (1941- 1945-ci illər)”, “6n qədim zamanlardan günümüzə qədər SSRİ tarixi” (12 cild), “Böyük sovet ensiklopediyası” işıq üzü gördü. Bu əsərlərdə zəngin faktiki materiallar olmasına baxmayaraq, onlar marksist-lenininçi üslübünda yazılmışdır.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin