58. Liderliyin hansı funksiyası liderin müəyyən keyfiyyətləri formalaşdırmaq və tərbiyə etmək məqsədilə qrup üzvlərinə göstərdiyi təsirləri əks etdirir? A) Sosiallaşma
B) İnformasiya
C) Təşkilatçılıq
D) Dünyagörüşü
E) Uzaqgörənlik
59. Sosiologiyanın funksiyaları? A) İdraki, ideoloci, metodoloci, praktiki, proqnozlaşdırma
B) Tarixi, idarəetmə, istehsal, idraki
C) Proqnozlaşdırma, mexaniki, sosial, ekoloci
D) İdraki, requlyativ, humanist, hakimiyyət
E) İqtisadi, siyasi, evristik, rekreativ
60. Böyük qrup nədir? A) Bütün üzvlərin bir-birini şəxsən tanımasının mümkün olmadığı, üzvlər arasında əlaqələrin vasitəsiz baş vermədiyi insan birliyidir
B) Qrup üzvlərinin bir-biri ilə bilavasitə şəxsi ünsiyyətdə olduğu insan birliyidir
C) Qrup üzvlərinin vəziyyəti və davranışının rəsmi təşkilatçılıq və sosial institutların qaydaları ilə tənzimləndiyi insan birliyidir
D) Aparılan tədqiqat üçün vacib olan hər hansı bir və ya bir neçə ümumi əlamətlərə görə qruplaşan insanların ixtiyari birliyidir
E) Real münasibətlərdə, qarşılıqlı əlaqələrdə olan insanların birliyidir
61. Kiçik qrup nədir? A) Qrup üzvlərinin bir-biri ilə bilavasitə şəxsi ünsiyyətdə olduğu insan birliyidir
B) Qrup üzvlərinin vəziyyəti və davranışının rəsmi təşkilatçılıq və sosial institutların qaydaları ilə tənzimləndiyi insan birliyidir
C) Bütün üzvlərin bir-birini şəxsən tanımasının mümkün olmadığı, üzvlər arasında əlaqələrin vasitəsiz baş vermədiyi insan birliyidir
D) Aparılan tədqiqat üçün vacib olan hər hansı bir və ya bir neçə ümumi əlamətlərə görə qruplaşan insanların ixtiyari birliyidir
E) Real münasibətlərdə, qarşılıqlı əlaqələrdə olan insanlar birliyidir
62. E. Meyonun Xottorn tədqiqatları neçənci illəri əhatə edir? A) 1927-1932-ci illəri
B) 1827-1832-ci illəri
C) 1927-1942-ci illəri
D) 1932-1972-ci illəri
E) 1937-1942-ci illəri