Elektrik filtrlər (süzkəçlər). Qazların asılmış toz və duman hissəciklərdən təmizlənməsi üçün ən əlverişli üsullardan biri hissəciklərin ionlaşmasına əsaslanır. Burada tacvari və çökdürən elektrodlardan istifadə edilir.
Çirklənmiş qazlar, elektrik filtirinə daxil olduqda müxtəlif xarici təsirlər (rentgen şuaları, radioaktiv şualanma, kosmik şualar, qazların qızması və s.) nəticəsində müəyyən qədər ionlaşırlar və elektrik cəryanı keçirirlər.
Gərkinlik artıqca elektrodlar arası fəzadə toz hissəciklərinin daha çox miqdarı daha çox ionlaşır, neytral molekullar müsbət ionlara və elekronlara çevrilir.
Bu proses qazın zərbə ilə ionlaşması adlanır.
Sənayedəbir sıra quru və yaş elektrik filtirləri istifadə olunur:
1. UQ tipli elektrik filtrlər (Unifikasiya edilmiş, horizontal) qazların tozlardan təmizlənməsi üçün
işlənir.
2. “C” tipli yaş elektrik filtrləri.
3. İki zonalı elektrik süzgəcləri.
4. Elektriki duman və toztutucu süzgəclər; (UPP tipli)
konstruksiyalar ventilyasiyadan atılan havadakı tozları tutur.
Filtirlər (süzgəclər).Sənayedə ventilyasiya havasilə və qaz tullantılarını təmizləmək üçün süzgəc geniş tətbiq olunur. Filtirləmə prosesi məsaməli arakəsmədə hissəciklərin tutulmasından ibarətdir
Su hövzələrinin çirklənmədən mühafizəsi Suyun keyfiyyət göstəricilərinin normalaşdırılması 2 kateqoriya üzrə aparılır:
I – içməli su və mədəni-məişət suları;
II – balıq təsərrüfatı hövzələrinin suları.
Bu zaman “Yerüstü suların çirklənmədən qorunması üçün sanitar qaydaları və normaları”sənədindən istifadə edilir.
I kateqoriyaya aid olan suyun keyfiyyəti və tərkibi axar su hövzələrində istifadə edilən obyektdən 1 km məsafədə, axmayan hövzələrdə isə istifadə edilən obyektdən 1 km radiusda normalara uyğun gəlməlidir.
II kateqoriyaya aid olan balıq təsərrüfatının su hövzələrində onun normaları çirkab suların hövzəyə töküldüyü yer üçün qəbul edilir.