Şüa enerjisi və şüalanma gücü, ölçü vahidləri


Kompakt lüminessent lampaları



Yüklə 289,2 Kb.
səhifə20/24
tarix02.01.2022
ölçüsü289,2 Kb.
#47374
1   ...   16   17   18   19   20   21   22   23   24
Isiq texnikasi suallar

22. Kompakt lüminessent lampaları
1990-cı illərdə dünya miqyasında yeni növ – kompakt adlı lüminessent lampaların istehsalına başlanılmışdır. Onların kolbaları şüşədən hazırlanırdır və xarici diamentri 12 mm təşkil edirdi. Lampanın qabarit ölçülərinin azaldılması məqsədilə şüşəli kolbanın forması spiral şəklində isyehsal olunurdu. Lampaların konstruksiyasındaki yenilik ondan ibarət olmuşdur ki, orada lumifoforun səthi daxildən qoruyucu nazik örtüklə bağlanmışdır. Bu da, luminoforun uzun müddətli istismarına və stabil işıq selinin yaranmasına imkan yaradırdı. Nazik örtük ultra-bənüvşəyi və görünən oblasta aid ola şüaları keçirərək fotolüminessensiya prosesin reallaşmasını təmin edirdi. Beləliklə, bütün lüminessent lampaları 2 böyük qrupa bölmək olar: xətti və kompakt lüminessent lampaları.

Kompakt lüminessent lampaları da, öz növbəsində, 2 qrupa bölmək olar: xarici və daxili qoşulma apparatı ilə. Xarici qoşulma apparatı ilə lüminessent lampaları 5-55 Vt gücündə istehsal olunurlar. Lampanın şüşə kolbası 1-dən 4 dəfəyə qədər əyilmiş formada ola bilər. Onların sokolu xüsusi olaraq 2 və ya 4 çıxışdan ibarət olur.

Daxili qoşulma appatı ilə təchiz olunan kompakt lüminessent lampaları həm qabarit ölçüləri, həmdə forması ilə (sokolu daxil olmaqla) adi közərmə lampalarını təkrarlayırlar.


Yüklə 289,2 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin