formalara üstünlük vermişdir. Məhz ədəbi dilimizin nərmaları- nm
hamı tərəfindən vahid şəkildə qəbul edilməsinin nəticəsində də nitq
mədəniyyətinin fərmalaşıb yaranması mərhələsi başa çatmışdır.
"Norma"
sözü latın dilindən alınmış termin əlub mənası
qayda,
əsas, nümunə
deməkdir. Nitq mədəniyyətinin
elm və tədris fənni
kimi mövcudluğu dilimizin strukturunun bütün sə- viyyələrdəki
nərmalannm fərmalaşması ilə əlaqədardır. Əgər dilin fonetİk, leksik
və qarmmatik nərmalan fərmalaşmasa idi, təbii ki,
bu gün ədəbi
dilimizdən və nitq mədəniyyətindən danışa bilməzdik. Deməli, dilin
nərmalan əlmadan ədəbi dil, ədəbi dil əlmadan nitq mədəniyyəti
yəxdur. Nitq mədəniyyəti yüksək inkişaf səviyyəsinə çatmış, dilin
qanunauyğunluqlan ilə tənzimlənən sabitləşmiş
qaydalar sisteminə
əsaslanır. Nitq mədəniyyətinin normaları yazılı və şifahi nitqin
qaydalanndan törəmişdir.
Ümumxalq danışıq dilində, dialekt və şivələrdə nərmalar sabit
qalmır. Ədəbi dilimizdə isə dialekit və şivələrdən, eləcə də onların
əsasında formalaşıb təşəkkül tapmış xalq danışıq
dilin- dəkindən
fərqli olaraq hamının qəbul etdiyi nümunəvi normalar vardır.
Ümumxalq dilində bəzən bir anlayışın ifadəsi üçün qəbul edilmiş
sözün bir neçə variantına rast gəlirik. Məsələn "qaçmaq" mənasında
"götürülmək", "daban almaq", "mıx" əvəzinə "mismar", "qadax" və
başqa sözlərin bir neçə adla işlənməsi mövcuddur. Amma ədəbi dildə
onlardan biri, daha doğrusu, fo- netik
prinsipə uyğun olmaqla
ölkəmizin əksər yerlərində işlənən forma əsas götürülmüşdür,
qalanları dialekt sözləri kimi yaşayır, aid olduğu yerlərdə ədəbi
dildəki variantı ilə paralel işlənir, dialektoloji lüğətlərdə təsbit olunur.
Nitq
0
zaman düzgün, gözəl, təsirli olur ki, işlədilən sözlər fonetik
normalar daxilində yazıya və tələffüzə yararlı olur, cümlələr
qrammatik normalara cavab verir.
Normalar isə təkcə bədii, elmi,
publisistik və rəsmi-kargüzarlıq üslublarında möhkəm nümunəvi dil
qaydalarını deyil, dilin lüğət tərkibini, sözlərin leksik-semantik
mənasını, onların tələffüz və yazı
118
lışını formalaşdırır, dilin özünün strukturu və sistemindəki obyektiv
qanunauyğunluqları da tənzimləyir.
Normə təkcə təbiətdə və cəmiyyətdə deyil,
eləcə də dildə
mövcuddur. Norma qanuna salınmış və hamı tərəfindən qəbul edilmiş
məcburi qaydalardır. Əlbəttə, dil ictimai hadisə kimi dəyişib inkişaf
etdiyi kimi, dil normaları da dəyişir və təkmilləşir. Norma əslində
dilin özündə mövcuddur. Belə olmasaydı, insanlar bir-birini başa
düşməz, bir-biri ilə ünsiyyət yarada bilməzdilər. Normanın inkişafı
danışıq dilində kortəbii, ədəbi dildə isə şüurlu şəkildə olmuşdur.
Ədəbi dil normaları müəyyənləşdiri- lərkən təbiilik, işləklik, sabitlik,
davamlılıq kimi amillər əsas götürülmüşdür. Dil vahidləri dəyişdikcə
onun normaları da
dəyişmiş, inkişaf edib təkmilləşmişdir.
Ədəbi dil normaları öz tətbiqini yazılı ədəbiyyatda tapır.
Görkəmli yazıçılar, şairlər, alimlər, jurnalistlər (İ.Nəsimi, M.Füzu- li,
M.P.Vaqif, M.F.Axundzadə, H.Zərdabi, C.Məmmədquluza- də,
F.Köçərli, N.Nərimanov, Ü.Hacıbəyov və b.) öz ustalığı, məharəti,
milli şüur, ürəkdə milli qeyrət və ana dilimizə böyük qayğı ilə dil
normalarının formalaşması və inkişafında əvəzolunmaz xidmət
göstərmişlər.
Dilin daxili quruluşunu onun fonetikası, leksikası (lüğət tərkibi)
və qrammatikası təşkil edir. Azərbaycan ədəbi dilinin normaları da
dili bütün səviyyələrdə əhatə edir.
Dostları ilə paylaş: