Suleyman-m teze qxd


Ukranya, tilvizor, döyül, həmməşə, müsəlmançıbq, məsəlçün



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə70/153
tarix13.12.2023
ölçüsü2,03 Mb.
#174448
1   ...   66   67   68   69   70   71   72   73   ...   153
Nitq-mədəniyyəti(1)

Ukranya, tilvizor, döyül, həmməşə, müsəlmançıbq, məsəlçün, 
bclənçik 
(belə), 
girdəkan 
(qoz), 
sələk 
(ağılsız), 
örüş 
(çöl), 
döşəkağı 
(mələfə) və s. Bu sözlərdə ədəbi dilin təkcə fonetik norması yox, həm 
də leksik norması pozulmuşdur. 
Leksik norma 
sözlərin ümumişlək normasını, mənasının asan 
dərk edilməsini və ədəbi dilə gətirilə bilməsini nəzərdə tutur. Lakin 
yerli şivə və dialektlərdə işlənən və ümumi xalq tərəfindən az 
anlaşılan sözlər ədəbi dil normasına cavab vermədiyinə görə qəbul 
edilmir, ən düzgün variant ümumiləşdirilib götürülür. 
2)
 
Qrafik prinsipə 
görə dildə sözün iki tələffüz şəklindən daha 
tipik olanı orfoepiya üçün əsasdır. Məsələn: 
darvaza, xalça, pencək, 
pendir, xəmir, rahat, pəncərə, qəbul, kənar 
sözləri həm 
orfoqrafiya, həm də orfoepiyada düzgün sayılır, amma 
dərvaza, 
xəlçə, pəncək, pəndir, xamır, rahət, pencərə, qa- bul, kənar 
şəklində deyiliş dialekt xüsusiyyəti hesab olunur və ədəbi tələffüzə 
yaramır. 
Orfoepik qüsurların bir qismi nitq prosesində bəzi saitlərin uzun 
və ya qısa tələffüzü, vurğunun düzgün qoyulmamasmm nəticəsidir: 
başqa, bütün, büro, sifət, ədat, daha,oxu, müxtəlif, əsasən, 
günorta 
sözlərində vurğunun ilk hecaya salınması belə 
qüsurlardandır. 
Ədəbi tələffüz normalarının pozulması bir sıra alınma sözlərin 
kitab tələffüzü ilə (hərfi tələffüzlə) bağlı olması hesabmadır. Məsələn: 
[Maskva], [intanasiya], [arfaepiya], [kankret], [faneti- ka], 
[arfaqrafiya] və s. kimi deyilməli olan sözlər elə yazıldığı kimi - 
Moskva, intonasiya, orfoepiya, kontakt, konkret, konfet fonetika, 
orfoqrafiya və s. şəklində səhv tələffüz olunur. 
122 


Dilimizə məxsus söz və şəkilçilərin deyilişində də qüsurlar vardır: 
vicdan-[vijdan], uşaq-[uşax], məqsəd-[məksət], işləyir- [işdiyir], 
getsə idi- [getseydi] və s. 
Uşaqlar ailədən, radio və televiziya verilişlərindən, bağçada 
tərbiyəçilərdən, məktəbdə müəllimlərdən ədəbi tələffüz normalarını 
eşidib mənimsəməli, mədəni nitqə verilən tələbləri öyrənməli, danışıq 
və yazıda öz aydınlığı, səlisliyi, intonasiya düzgünlüyü, lüğət 
tərkibinə görə zənginliyi ilə seçilən formalara yiyələnməlidirlər. 
Beləliklə, gənc nəsildə ədəbi tələffüz normaları əsasında danışmaq, 
oxumaq vərdişi yaranmalıdır. Bunun üçün valideynlər, tərbiyəçilər, 
müəllimlər uşaqların, şagirdlərin nitqi üzərində birgə, müntəzəm 
işləməli, nitqdəki qüsurların başvermə səbəblərini tapıb izah etməli, 
səhvləri müxtəlif üsul və vasitələrlə düzəltməlidirlər. Valideynlərin, 
tərbiyəçilərin və istisnasız olaraq hər fənn üzrə bütün müəllimlərin, 
diktor, aparıcı və aktyorların düzgün danışıq və ifadəli oxusu etalon, 
nümunə kimi təqdim olunmalı, kitab (hərfi) oxusu və dialekt, şivə 
xüsusiyyətləri, danışıq dili tələffüzü daim düzəlişə məruz qalmalı, 
nitqin intonasiyasının zənginlik və rəngarəngliyi nəzərdə 
saxlanılmalıdır. 
Ədəbi 
tələffüz 
vərdişlərinə 
yiyələnmək 
nöqteyi-nəzərindən bu formalar çox əhəmiyyətlidir. 
Orfoepik qaydaların müəyyənləşdirilməsində, əsasən, fone- tik 
prinsipə üstünlük verilir. Bu prinsipə görə orfoepik norma xalq 
danışıq dilinin ən işlək və daha çox yayılmış formasına əsaslanır. 
Məsələn: feilin mürəkkəb şərt şəklinin hekayəsinə iki variantda rast 
gəlirik: alsa idi- 

Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin