30.PK-da məntiqi kəmiyyətlər və əməllər
Yalnız “0” (sıfır) və ya “1” (vahid) qiymət alan kəmiyyətlər məntiqi kəmiyyətlər adlanır. Binar ünvan kimi diskret giriş, diskret çıxış, konnektor və istənilən kontakt ola bilər. Məntiq əməllərinin elementləri proqram elementləri pəncərəsinin Bit logic qovluğunda yerləşir.Cədvəl 2.3-də LAD, FBD və STL dillərinin baxılan məntiqi elementləri ikivəziyyətli vericilərdən məlumatı qəbul etmək, onlar üzərində əməllər aparmaq və məntiqi idarəedici təsirləri ikivəziyyətli icra mexanizmlərinə vermək üçün istifadə edilir.
Məntiqi əməllərə aid misallara və onların hər üç dildə proqramlarna baxaq:
Variant 1. K1 və K2 kontaktları eyni zamanda qapandıqda L1 lampası yanır. Bu misalın LAD, FBD və STL dillərində proqramları uyğun olaraq şəkil 1 a, b, c – ki kimidir.
Şəkil 1
Variant 2. K1 və ya K2 kontaktlarından hər hansı biri qapandıqda L1 lampası yanır. Misalın LAD, FBD və STL dillərində proqramları isə uyğun olaraq şəkil 2 a,b,c-ki kimidir:
Şəkil 2
Variant 3. K1 kontaktı qısamüddətli qapandıqda L1 lampası yanır, K2 kontaktı qısamüddətli qapandıqda isə sönür. Misalın LAD, FBD və STL dillərində proqramları isə uyğun olaraq şəkil 3 a, b, c-ki kimidir:
Şəkil 3
Dostları ilə paylaş: |