AZƏRBAYCANDA MİLLİ DÖVLƏTÇİLİYİN
BƏRQƏRAR OLMASI
§ 1. AZƏRBAYCAN CƏMİYYƏTİNDƏ DEMOKRATİK
DƏYİŞİKLİKLƏRİN BAŞLANMASI
Respublikanın
mürəkkəb
beynəlxalq
vəziyyəti
onun
Avropa
demokratiyası ilə sıx əlaqə yarada biləcək nü mayəndəli o rqanının sürətlə
formalaşdırılması zərurətini doğurur və bu istiqamətdə ciddi fəaliyyət
göstərilməsin i diktə edirdi.
Milli Şuranın ö zünü buraxması, altı ay müddətində Azərbaycan Xalq
Cü mhuriyyəti ali qanunvericilik orqanının ü mu mi, g izli və birbaşa səsvermə
əsasında seçilmiş Müəssislər Məclisinin çağırılması haqqında qətnamə hələ 1918-ci
il iyunun 17-də qəbul olun muşdu. Milli Şuran ın hə min qətnamədə irə li sürdüyü bu
vəzifələrin yerinə yetirilməsi üçün özünün müəyyən etdiyi möhlət 1918-ci il
dekabrın 16-dək id i.
1918-c i il sentyabrın 14-də höku mət Müəssislər Məclisinə seçkilər ü zrə
F.X.Xoyskin in sədrliyi ilə ko missiya yaratdı. Oktyabnn 21-də isə Müəssislər
Məclisinə seçkilər haqqında qanun hazırla maq üçün əvvəlkindən daha geniş təmsil
olunmuş bir ko missiya təsis olundu (M.Rəfiyevin sədrliyi ilə), amma mü xtəlif
səbəblərə görə bu ko missiyaların işi ciddi nəticə vermədi.
Birinci dünya müharibəsi qurtardıqdan sonra beynəlxalq müna sibətlərdə
yeni sistem yaratmalı olacaq sülh konfransının vaxtı yaxınlaşırdı. Bu və ziyyət tələb
edirdi ki, Azərbaycanın bu konfransda onu təmsil edə biləcək hansısa bir siyasi
orqanı olsun. "Kaspi" qəzetinin yazdığı kimi, "sülh konfransı və ümu miyyətlə
müharibə edən ölkələr tərəfindən siyasi məsələlərin həll edilməsi A zərbaycanın
Müəssislər Məclisinə seçkilər keçirməsini gözləməyəcək. Biz kənarda qala bilərik,
orada isə, məsələn, Bakı şəhərinin Azərbaycanın tərkibindən çıxarılması haqqında
və ya bundan da pis qərar qəbul edə bilərlər"
1
.
Müəssislər Məclisinə seçkilər ü zrə ko missiya bu nöqteyi-nəzərdən çıxış
edərək müvəqqəti parlament yaratmağ ı təklif etdi.
Noyabrın 5-də komissiya özünün ilk iclasında Milli Şuranın qeyri-mümkün
olduğunu, lakin siyasi şəraitin xalq nümayəndələrinin siyasi məsələlərin həll olunmasında
iştirakını tələb etdiyini nəzərə alıb "təcili olaraq sadələşdirilmiş şəkildə müvəqqəti
283
Azərbaycan parlamenti çağırılması" qənaətinə gəldi
2
.
Lakin əsas çətinlik bu parlamenti necə formalaşdırmaqda idi. Mürəkkəb siyasi
şəraitdə ümumxalq seçkiləri keçirməyin mümkün olmaması kooptasiya və ya təyinetmə
metodunun da bu dövrdə qabaqcıl ölkələrdə mövcud olan seçki prinsiplərinə uyğun
gəlməməsi göstərirdi ki, təşkil edilmiş parlamenti dünya ictimaiyyəti ümumxalq
mənafeyini təmsil edən qurum kimi tanımayacaq.
Ona görə də yeganə çıxış yolu üzvləri Ümumrusiya Müəssislər Məclisinə
ümumxalq seçkiləri əsasında seçilmiş Milli Şuranı əvvəlki tərkibdə bərpa etmək ola
bilərd i.
Bu yolu seçən respublika hökuməti 1918-ci il 9 noyabr tarixli qərarı ilə Milli
Şuranın çağırılmasını noyabrın 16-na təyin etdi. Seçki qanunu hazırlamaq üçün
M.Ə.Rəsulzadə, M.Rəfiyev və H.Ağayevdən ibarət xüsusi komissiya təşkil olundu.
Beş aylıq fasilədən sonra- 1918-ci il noyabrın 16-da yığışan Milli Şura hazırkı
fövqəladə şəraitdə Müəssislər Məclisinin çağırılmasının qeyri-mümkünlüyü ilə əlaqədar
özünü parlamentə çevirməyi qərara aldı. Qanunların hazırlanması üzərində işləyən müvafiq
komissiyanın təqdim etdiyi layihə - Azərbaycan parlamentinin yaradılması haqqında qanun Milli
Şura tərəfindən 1918-ci il noyabrın 20-də qəbul edildi
3
.
Qanuna görə, birpalatalı parlamentə seçkilər gizli keçirilirdi. Azərbaycanın rəhbər
xadimləri, ingilislərin demokratiya ilə bağlı məsələlərə həssas münasibətini nəzərə alaraq,
seçkiləri milli təmsilçilik prinsipi əsasında keçirməyi məqsədəuyğun saydılar və bununla da
respublikada millətlərarası sülhün tam bərqərar edilməsi üçün real şərait yaratdılar.
1918-ci il noyabrın 29-da M. Ə. Rəsulzadənin imzası ilə Milli Şuranın "Bütün
Azərbaycan əhalisinə" müraciəti dərc olundu. Sənəddə ―sırf Azərbaycan müsəlmanlarına
məxsus olan Şurai-Millinin milli bir şəkildən çıxarılıb" "dövləti bir şəklə" salınacağı bəyan
edildi. Bununla da Milli Şuranın parlamentə çevrilməsi niyyəti açıqlandı. Parlamentin
Müəssislər Məclisinin yaranmasına qədər ölkə maraqlarının müdafiəsi, hökumətin
formalaşdırılması və qanunvericilik funksiyasının yerinə yetirilməsi ilə bağlı səlahiyyətləri öz
üzərinə götürəcəyi bildirildi. Müraciətnamədə Azərbaycan vətəndaşlarına xitabən deyilirdi ki,
bizə fəlakət və səfalətdən başqa bir şey verməyən ədavət və ixtilafi bir tərəfə qoyaq.
Tarix, bizdən asılı olmayaraq, hamımızı bir yerdə yaşamaq məcburiyyətində qoyub.
"Bütün Azərbaycan vətəndaşları bila-fərqi millət və məzhəb, bir vətənin
övladlarıdırlar. Ümu mi Vətəndə müştərək həyatlarını qurmaq və bərabərlikdə kəndi
səadətlərini hazırlamaq üçün onlar bir-birlərinə əl u zatmalı və yardım etməlidirlər"
4
.
Gənc respublikan ın taley i həll edildiy i b ir vaxtda onun rəhbərlərin in
çağırışın ı müsbət qarşılayan əhali yüksək vətənpərvərlik nümay iş etdirərək,
Azərbaycanın istiqlalı şüarı ilə keçirilən seçkilərdə fəal iştirak etdi.
Bununla belə, A zərbaycan Xalq Cü mhuriyyətinin ali dövlət orqanı o lan
parlamentə münasibət heç də birmənalı olmadı.
Azərbaycan Milli Şurası noyabrın 25-də erməni və rus milli şuralarına öz
nümayəndələrin i parlamentə göndərmək təklifi ilə müraciət etdi, hər iki şuradan
əvvəlcədən mənfi cavab alındı. Ermənilər siyasi və milli-mədəni talelərindən
284
gileylənərək, öz şuralarının bütövlükdə ermən ilərin mənafeyini təmsil etmək
hüququ
olmadığın ı
bildirdilər
5
.
Cənubi
Qafqaz
respublikalarının
öz
müstəqilliklərini elan etmələrinə baxmayaraq, Rus Milli Şurası Ümu mrus iya
Müəssislər Məclisi və sülh konfransının qərarınadək bütün Zaqafqaziyanı Rusiya
dövlətinin bir hissəsi saydığı üçün "Rusiyanın iradəsini bilmədən b izim nə
Azərbaycan Xalq Cü mhuriyyətini, nə də onun parlamentini tanımağa haqqımız
var"
6
- cavabını verdi.
Lakin milli azlıq ların sabotajından əzmin i itirməyən Azərbaycan hökuməti
bəyan etdi ki, hətta milli azlıqlardan heç biri də parla mentdə iştirak etmək istəməsə,
yenə də o, parlamenti yaradacaq, çünki ölkənin taley inə görə məsuliyyət çoxluğun
üzərinə düşür. Bu ço xluq, əgər azlıqlar bundan imtina etsə belə, ö lkəni təklikdə
idarə etməlid ir
7
.
Yaln ız general To mson F.X.Xoyskinin yaratdığı və 1918-ci il dekabrın
26-da parla mentin təsdiq etdiyi höku mətə müttəfiqlə r ordusu ko mandanlığın ın
hərtərəfli yardım edəcəyi haqqında bəyanat verdikdən
8
sonra Ermən i M illi Şurası
və Slavyan-Rus Cəmiyyəti Şurası parlamentə daxil olmaq haqqında qərar qəbul
etdilər. Slavyan-Rus Cəmiyyəti Azərbaycan dövlətçiliy ini tanımasa da, rus
əhalisinin mənafeyi naminə, Ümu mrusiya Müəssislər Məclisi çağ ırılanadək
"cəmiyyət və onun tərkibinə daxil o lan təşkilatların üzv lərinin marağının müdafiəsi
üzrə birgə iş xatirinə"
9
Azərbaycan Parlamentinə daxil olmağı mü mkün saydı.
Azərbaycan parlamentinin müxalifətə münasibəti ondan ibarət idi ki, istiqlal bayrağı
qaldırmış bu qurumun sıralarına daxil olan şəxslər artıq özlərinin bu hərəkətilə Azərbaycan
dövlətçiliyinin mövcudluğu faktını tanımış olurlar. Eyni zamanda parlament Azərbaycanı
Rusiyanın tərkib hissəsi kimi qəbul edən müxalifətlə hesablaşmamaq hüququnda olduğunu da
bəyan etdi. Azərbaycan rəhbərliyi həmçinin rus demokratiyasına qarşı düşmənçilik
mövqeyində dayanmadığını bildirib qeyd etdi ki, Rusiyaya konkret münasibətin müəyyən
edilməsi yalnız Azərbaycan Müəssislər Məclisinin səlahiyyətindədir
10
.
Parlamentin əsas özəyini keçmiş Milli Şuranın 44 üzvü təşkil edirdi. Daha 36
müsəlman deputat isə keçmiş milli komitələrin xətti ilə şəhər və qəzalardan seçilmişdi.
Şəhər özünüidarəsi və milli komitələri olmayan qəzalarda deputatlar kənd icmaları
nümayəndələrinin qurultayı tərəfindən seçilə bilərdilər
11
. Nəzərdə tutulan 120 deputatdan
80 nəfəri müsəlman əhalini, 21 nəfəri erməni, 10 nəfəri rus milli azlıqlarını, 4 nəfər də
alman, yəhudi, gürcü və polyak azlıqlarını təmsil etməli idi. Həmkarlar təşkilatlarına 3 yer,
Neft Sənayeçiləri Şurası və Ticarət-Sənaye İttifaqına 2 yer ayrılmışdı. Qanunda ərazi
proporsiyası müəyyənləşdirilird i:
a)
Türk-müsəlman əhalisindən 80 nəfər, o cümlədən Bakı 5, Göyçay 2, Cavad
qəzası 2, Quba qəzası 2, Lənkəran qəzası 2, Şamaxı qəzası 2, Gəncə qəzası 2, Ərəş qəzası 2,
Cavanşir qəzası 1, Zəngəzur qəzası 2, Qazax qəzası 1, Cəbrayıl qəzası 1, Nuxa qəzası 2,
Şuşa qəzası 2, Zaqatala qəzası 2, İrəvan quberniyasının türk-müsəlman hissəsi 3 və
285
Tiflis quberniyasının türk-müsəlman hissəsindən-1 nəfər.
b)
erməni əhalisindən 21 nəfər; Gəncə və Şuşanın hərəsindən 8 nəfər, Bakı
Erməni Milli Komitəsindən 5 nəfər;
c)
Bakı Rus Milli Şurasından 10 nəfər;
ç) Alman milli təşkilatından 1 nəfər;
d)
Yəhudi Milli Şurasından 1 nəfər;
e)
Gürcü Milli Şurasından 1 nəfər;
ə) Polyak Milli Komitəsindən 1 nəfər;
f) Bakı həmkarlar ittifaqlarından 3 nəfər;
g) Bakı Neft Sənayeçiləri Şurası və Ticarət-Sənaye İttifaqından 2 nəfər
(müştərək)
12
.
Əvvəlcə Milli Şura, sonra da Azərbaycan parlamenti bütün siyasi
partiyaları parlamentin işində iştira k etməyə dəvət etdi. Siyasi partiyaların gələcək
parlamentə münasibəti 1918-ci il dekabrın 6-14-də keçirilən və bolşeviklərdən
başqa bütün partiyaların iştirak etdiy i demokratik müşavirədə aydınlaşdı. Eserlərin
tələbi ilə müşavirə "vahid və bölünməz Rusiya" haqqında məsələni mü zakirə etdi.
Rus partiyalarının əksəriyyəti - kadetlər, menşeviklər "vahid və bölünməz Rusiya"
ideyasını müdafiə edir, yeni yaran mış dövləti tanımaqdan və yerli höku mətd ə
iştirakdan imtina etməyə çağırırdılar. Azərbaycanın milli partiyaları - "Müsavat",
"İttihad", "Hümmət" və Müsəlman Sosialist Bloku isə Rusiya ilə yenidən birləş-
mək ideyası əleyhinə çıxış edirdilər. " Bund"un mövqeyi Azərbaycan milli
partiyalarının mövqeyinə yaxın idi, yəni o da parlament və hö kumətin yalnız milli
təmsilçilik prinsipi əsasında təşkil edilməsi təklifini irəli sürürdü. Bolşeviklər fəal
boykot taktikasına keçmişdilər. Menşeviklərin idarə etdikləri Həmkarlar İttifaqları
Şurası da parlamentə qarşı mü xalifətdə id i. Şura ü zvlərindən 6 nəfər b itərəf
qalmaq la parlamentdə iştirak etməmək haqqında qərar çıxarmışdı
13
. Menşevikpərəst
hümmətçilər parlamentin açılmasına kö mək edir, amma hakimiyyəti ələ almağa
hazır olmadıqları üçün bunun könüllü olmadığ ını b ild irir, parlamentdəki
fəaliyyətlərin i ö zlərinə məxsus inqilab i təbliğat forması kimi təqdim ed ird ilər
14
.
Parlamentdə iştirak etməyin mü mkünlüyünü nəzərdən keçirən eserlər
partiyasının Bakı Ko mitəsi Azərbaycanın öz müqəddəratını təyin etməsin i yalnız
vahid Federativ Rusiya tərkibində mü mkün s ayırdı. Bu partiyanın qənaətinə görə,
Azərbaycan Cümhuriyyəti Rusiya Federasiyasının bərabərhüquqlu üzvü olmaqla
zəh mətkeş xalq ın normal in kişafını təmin edər, parlament isə yalnız demokratik
seçkilər keçirilməsi əsasında nüfuzlu orqan ola bilərdi
15
. De mokratik seçkilərin əsası
kimi onlar milli təmsilçiliyi deyil, yalnız partiya təmsilçiliyi prinsipini qəbul
edirdilər.
1919-cu il yanvarın 25-də parla ment eser partiyası Ba kı Ko mitəsinin ona
5 yer ayrılması haqqında xahişin i mü zakirə etdi. "Əhrar" fraksiyası və "bitərəflər"
bu xah işi o şərtlə qəbul etdilər ki, onlar sosialist fraksiyasına daxil olsunlar, çünki
286
bu yerlər milli azlıqlar üçün ayrılmışdır. Eserlər ö zlərini beynəlmiləlçi partiya
hesab etdiklə rindən heç bir milli ko mitəyə daxil olma mışdılar. A mma parla ment
partiya prinsipi ilə deyil, milli əsas üzrə yaradıld ığı üçün qərara alında ki, milli
azlıq lar hesabına eserlərə yer ayrılsın
16
.
Eserlərin parlamentdə iştirakını müdafiə edən M.Ə.Rəsulzadə mü xalif
qüvvənin orada olmasının zəru riliyini b ildird i. " Bizim fəalliyyətimizin tənqid
olunması və bizim mövqeyimizə qarşı etiraz parlament binasından kənarda deyil,
parlament tribunasından bildirilmə li və həmin tribunadan da ona cavab
alın malıdır"
17
. Bununla belə, eserlər parla mentin fəa liyyətində iştirak et mədilər.
Parla mentin işə başlaması ə rəfəsində Azərbaycanda siyasi qüvvələrin ümu mi
düzümü belə idi.
Azərbaycan parlamentinin açılışı dekabrın 3-də nəzərdə tutulmuşdu.
Parlamentin açılmasın ın ləngiməsi ing ilis ko mandanlığ ının A zərbaycan
hökumətinə etdiyi təzyiqlərlə bağlı idi. Britaniya ordusu Baş qərargahının rəisi S.
Stoksun mayor Ro lansona göndərdiyi məktubunda ona tapşırılırdı ki, koalision
hökumət müttəfiqlər ko mandanlığı tərəfindən tanınmayınca parlamentin açılmasına
imkan verməsin
18
.
1918-c i il dekabrın 7-də müsəlman Şərqi tarixində ilk dəfə ola raq
parlament Azərbaycan Xalq Cü mhuriyyətinin müvəqqəti ali qanunverici orqanı öz
işinə başladı və hər hansı bir dövlət tərəfindən belə tanın mamış respublika öz
varlığ ını və de mokratiya prinsiplə rinə bağlılığ ını bütün dünyaya nümayiş etdirdi.
Həmin gün "Azərbaycan" qəzeti iftixarla yazmışdı: "Tarixi hadisələrin gedişilə b iz-
lər dövlətçiliy imizin baniləri və xalqların öz müqəddəratını təyin etməsi şüarı ilə
yayılan yeni siyasi hərəkatın pionerləri olduq"
19
.
Parlamentin açılışı böyük təntənə ilə keçdi. Bakı şəhəri bayram içində id i,
insanlar bir-b irini təbrik edirdilər. Müvəqqəti olaraq Hacı Zeynalabdin Tağıyevin
Nikolayev küçəsində yerləşən keçmiş qız məktəbinin binasında toplaşmış
parlament xüsusi sayıqlıqla mühafizəyə alın mışdı. Gündüz saat 1-ə yaxın
deputatlar öz yerlərində əyləşdilər: mərkəzdə - müsavatçılar və milli azlıqların
nümayəndələri, sol cinahı sosialist bloku və hümmətçilər, sağ cinahı isə ittihad -
çılarla bitərəflər tutdular, lojada dip lo matik dairələrin nümayəndələri yerləşdilər
20
.
Parlamentdə 3 fraksiya və qrup təmsil o lunmuşdu. 1919-cu ilin əvvəlində
parlamentin cəmi 79 üzvü var id i. "Müsavat" fraksiyasını 11 "İttihad"ı 11, "Əhrar"ı
9, "Hü mmət"i 5, "Müsəlman Sosia listlər Bloku"nu 5, "bitərəflə r"i 15, "milli
azlıq lar"ı 4, "Rus-Slavyan Cə miyyəti"ni 3, "erməni fraksiyası‖nı 4 deputat təmsil
edirdi
21
.
Parlamentin birinci iclasını Milli Şuranın və "Müsavat" fraksiyasının sədri
M.Ə.Rəsulzadə açaraq, hərarətli nitqində Azərbaycan Cü mhuriyyəti qarşısında duran ən
mühüm məsələlər barəsində fikirlərini söyləyib, başlıca milli qayənin azadlıq və müstəqillik
ideyalarını gerçəkləşdirmək və təsdiq etmək olduğunu vurğuladı.
Öz xalqının milli ideallara sədaqətini heç vaxt itirməyəcəyinə, azadlıq və
287
müstəqillik yolunu tutaraq dönmədən irəliləyəcəyinə sarsılmaz inam ifadə edən
M.Ə.Rəsulzadə Azərbaycan xalqının bütün millətlərə, o cümlədən Rusiya xalqlarına da
azadlıq və demokratiya arzuladığını bildirərək, eyni zamanda qeyd etdi ki, "Qafqaziya
dağlarının şimalında təşəkkül edən müstəbid və təcavüzkar bir hökumətə biz laqeyd qala
bilməriz"
22
.
Cənubi Qafqaz xalqlarının birliyi, yəni onların mehriban qonşular kimi əl-ələ
verərək azad və müstəqil yaşamağa qadir olmaları M.Ə.Rəsulzadənin bu tarixi nitqində
toxunulan mühüm məsələlərdən biri idi və onun həlli konkret tarixi şəraitə uyğun olaraq
qoyulurdu. Əsas fikir ondan ibarət idi ki, burada yaşayan millətlər öz müqəddəratlarını
özləri təyin etməlidir.
Bir dövlət olaraq dünya birliyi ölkələri tərəfindən tanınması və onun tamhüquqlu
bir tərəf kimi beynəlxalq aləmə çıxması gənc Azərbaycan Xalq Cümhuriyyəti üçün çox
mühüm əhəmiyyət kəsb edirdi. M.Ə.Rəsulzadə milli səviyyədə fikir və əməl birliyini,
fəaliyyət yekdilliyini bu mühüm məsələnin uğurlu həlli üçün əsas şərt hesab etmiş və buna
görə də öz tarixi nitqini yekunlaşdıraraq demişdi: "Azərbaycan bir atəş mənbəyidir... Bu
atəş sönməmək üçün əl-ələ verib müttəhidən çalışalım, əfəndilər! Mən sizi belə bir ittihada
dəvət ed irəm"
23
.
M.Ə.Rəsulzadənin parlamentin sədrini və onun müavinini seçmək təklifindən sonra
"Müsavat" fraksiyası adından çıxış edən Ş.Rüstəmbəyov sədrliyə Əli Mərdan
Topçubaşovun, onun müavini vəzifəsinə isə Həsən bəy Ağayevin namizədliyini irəli sürdü.
Səsvermədən sonra artıq parlament sədrinin müavini seçilən H.Ağayevin təklifi ilə ən
gənc deputat, Rəhim bəy Vəkilov parlamentin katibi seçildi. Ə.M.Topçubaşov Bakıda
olmadığmdan sədr vəzifəsinin icrası müvəqqəti olaraq H.Ağayevə həvalə olundu.
Parlamentin cari işlərinin nizama salınması məqsədilə parlament sədri, onun müavini və
fraksiyaların nümayəndələrindən ibarət ağsaqqallar şurası (senyorkonvent) yaradıldı.
Sonra parlament baş nazir F.X.Xoyski höku mətinin daxili və xarici
siyasəti haqqında hesabat məruzəsini din lədi.
Höku mətin
hesabatında Azərbaycanın məlu m səbəblər üzündən
xarabazarlığı xatırladan bir ölkəyə çevrilməsi şəraitində, ilk növbədə, Türkiyənin
qonşuluq köməyi və onunla bağlanmış sülh müqaviləsi sayəsində çətinlikləri
qismən aradan qaldıraraq dövlət müstəqilliy inin qaydaya salınmasından danışılır,
daxildə baş alıb gedən hərc-mərcliyə son qoymağın vacibliyini nəzərə alıb polis
işlərinə önəm verild iyi və onun artıq ölkə ərazisinin ço x hissəs inə nəzarət etdiyi,
dəmir yolların, poçt və teleqrafın fəaliyyət göstərdiyi bildirilird i. Hesabat
məruzəsində həmçinin A zərbaycanın Gü rcüstan və Ermən istanla şərikli pul
buraxmasının məcburiyyət nəticəsində baş verdiyi və tezliklə milli pul buraxılacağı
bəyan edilird i.
Bakı şəhəri və quberniyasında yerli türk-müsəlman əhalin in S.Şau myanın
rəhbərliy i ilə bolşevik-daşnak qüvvələrin in həyata keçirdikləri soyqırımı
hadisələrinin qarşısını almaq, ölkənin baş şəhərini düşmən işğalından azad etmək
üçün Azərbaycan Xalq Cü mhuriyyətinin Osmanlı höku mətindən hərbi yard ım
288
almağa məcbur olduğunu bild irən baş nazir F.X.Xoyski hesabat məruzəsində
həmçinin höku mət rəhbərliy inin bir müddət Osman lı ordusu komandan lığı
tərəfindən göstərilən təzyiqlər altında olduğunu etiraf edir və bu nu onunla
əlaqələndirird i ki, höku mət bir tərəfdən, ö z dövlət suverenliy inin pozu lmamasına,
digər tərəfdən isə hərbçilərin kö məyinə ehtiyac duyduğu üçün onların xətrinə
dəyməməyə çalışırd ı.
Höku mətin hesabat məruzəsində müttəfiq lərin Azərbaycan dövləti ilə
əlaqədar yürütdükləri siyasətə böyük ü mid bəslənir və bildirilird i ki, İngiltərə,
Fransa, Ame rika kimi böyük dövlətlər A zərbaycan xa lqın ın öz müqəddəratın ı təyin
edib azad yaşamaq haqqından məhru m o lmasın ı istə məyəcək, onun öz istiqla liyyəti
yolunda gördüyü işlərə və apardığı mübarizəyə kö mək göstərəcəklər.
Azərbaycan Xalq Cü mhuriyyəti ilk höku mət kabinetin in qarşılaşdığı,
mütləq həll etməli olduğu ço x mühüm məsələlərdən b iri də Cənubi Qafqazda
yaranmış respublikalarla, həmçinin digər qonşu ölkələrlə dostluq əlaqə və
münasibətləri qurmaq vəzifəsi idi. Gürcüstanla daim qarşılıqlı anlamda olan
Azərbaycan hökuməti hər hansı bir mübahisəni onunla dinc yollarla - tərəflərin bir-
birinə etimad ına əsaslanan danışıqlarla həll edə b ilmişdi. Şimali Qafqaz xalqları ilə
münasibətlər daha asan qurulmuş, heç bir mübahisəli məsələ ya ranmamış, hər iki
tərəf bir-birinə mümkün yardımını əsirgəməmişdi. Bütün bunlar hökumətin hesabat
məruzəsində nəzərdən keçirilir və qeyd edilirdi ki, qonşu Ermənistanla normal ikitərəfli
münasibətlər qurulması milli zəmində baş vermiş qırğınlar və müharibə nəticəsində yoluna
qoyulmamışdı. Bu məsələ ilə bağlı olaraq xüsusilə vurğulanırdı ki, səbəbkar axtarmaq, kimin
daha çox qan tökdüyünü, zülm etdiyini tərəziyə qoymaq indinin yox, gələcəyin iş idir, in-
dilikdə isə qonşu respublika ilə sülhə və normal qonşuluq münasibətlərinə nail
olunmalıd ır.
Hökumətin hesabat məruzəsində ayrı-ayrı nazirliklərin fəaliyyətindən
ümumiyyətlə danışılarkən məktəb və ədliyyə sisteminin qurulması və işlək hala
gətirilməsi, bir çox dövlət idarələrində Azərbaycan "türk dili bilən adamlar"ın vəzifələrə
təyin edilməsi ciddi irəliləyişlər kimi qeyd edilir və hökumətin həmişə "Millətin hüququ,
istiqlalı, hürriyyəti!" şüarını bir prinsip kimi rəhbər tutdugu vurğulanırdı.
Baş nazir F.X.Xoyski hökumət kabinetinin fəaliyyəti haqqında hesabat məruzəsini
yekunlaşdırarkən hökumətə başçılıq edən bir kabinetin parlamentdə seçilib təyin edilməsinin
vacibliyini səbəb göstərərək, əvvəlki heyətdən ibarət hökumət kabinetinin istefa verdiyini
elan etdi
24
.
Parlamentin mandat, reqlament və təsərrüfat komissiyalarını seçməklə davam
etdirdiyi birinci iş gününün əlamətdar məqamlarından biri də, "İttihad" partiyasının təklifinə
uyğun olaraq, ali dövlət orqanının fəaliyyətə başlaması münasibətilə siyasi məhbuslara
amnistiya e lan edilməsi o ldu.
Parlamentin 1918-ci il 10 dekabr tarixli ikinci iclasında fraksiyalar fəaliyyətlərinin
əsas prinsip və məqsədlərini əks etdirən bəyannamələrini açıqladılar. Bütün fraksiyaların
Azərbaycanın müstəqilliyini qorumaq və ölkədə demokratik quruluşu bərqərar etmək kimi
289
niyyətləri səslənsə də, qarşıya qoyulmuş məqsədlərə nail olmağın yolları və vasitələri
mü xtəlif cür başa düşülürdü.
"Müsavat‖ın bəyannaməsi ilə çıxış edən M.Ə.Rəsulzadə başçılıq etdiyi siyasi
qüvvənin ilk olaraq Azərbaycan istiqlalının bayrağının qaldırılmasını xatırladaraq
yaşadıqları tarixi dövrü partiyanın daşıdığı ideyaların təntənəsi dövrü kimi dəyərləndirdi. O,
Azərbaycanın bütün partiyalarını artıq müstəqillik ideyasının təbliğatına deyil, mövcud
tarixi faktın siyasi, hüquqi və diplomatik cəhətlərdən təs bit edilməsinə yönəlmiş
fəaliyyətə çağırdı. Bəyannamədə "Müsavat‖ın milli demokratiya mövqeyində dayanması
vurğulanırdı, yeni formalaşacaq hökumətin xarici siyasət sahəsində əsas vəzifələri kimi
Azərbaycanın dünya dövlətləri tərəfindən tanınması və Qafqaz xalqlarının birliyinə nail
olması göstərilirdi. "Müsavat" fraksiyasının bəyannaməsində xüsusi olaraq Azərbaycanda
yaşayan bütün xalqların bərabərliyi amalı ifadə olunurdu: "Azərbaycan Cümhuriyyəti
övladını ögey-doğmaya ayırmaz: erməni, rus, yəhudi, gürcü, nemes, polyak və sair azlıqda
qalan millətlər Azərbaycan vətəndaşı olmaqla bərabər, milli-mədəni muxtariyyətə malik
olub kəndi ümuri-məzhəbiyyə, milliyyə və mədəniyyələrini kəndiləri (özləri -Red.) idarə
etməlidirlər". Bəyannamədə partiyanın torpaq və fəhlə məsələlərinə dair mövqeyini
açıqlamağa mühüm yer ayrılmışdı.
Aqrar məsələ ilə bağlı bildirilirdi ki, bütün torpaqların kəndlilərə pulsuz
verilməsi, torpağın kəndlilərin tam mülkiyyətinə çevrilməsi nəzərdə tutulur, eyni zamanda
qeyd olunurdu ki, kəndlilərə yalnız yerin üstü verilməli, yerin təki isə dövlətin mülkiyyətində
saxlan malıdır. Meşələr, göllər, şoranlıq və sular ümumxa lq sərvəti elan edilirdi. Fəhlə
məsələsi ilə bağlı tədbirlərdə 8 saatlıq iş gününə keçilməsi, sığortanın tətbiq edilməsi,
barışdırıcı komissiyaların, əmək birjasının təşkili, bütün müəssisələrdə fabrik müfəttişlərinin
təyin edilməsi, gecə qulluğunun, 16 yaşına qədər uşaqları işlətməyin qadağan olunması,
qadınların səhhətlərinə zərərli işlərdən azad edilməsi kimi mühü m vəzifələr nəzərdə
tutulurdu.
Bəyannamədə həmçinin xalq təhsilinin inkişafı, Azərbaycan dilinin dövlət
idarələrində işlədilməsi, ərzaq probleminin həlli, ordunun təşkili məsələlərinə toxunulur,
yeni hökumətin təşkilinə gəldikdə isə, onun koalisiya şəklində qurulması istəyi ifadə olunurdu.
Bu koalisiyanın həm millətlərarası, həm də partiyalararası zəmində formalaşmasının vacibliyi
bildirilir, parlament qarşısında cavabdeh olan hökumətin bərqərar edilməsi xüsusi
vurğulanırdı
25
.
Sosialist fraksiyasının (Müsəlman Sosialistlər Bloku və "Hümmət‖in )
A.Səfikürdski, Ə.Şeyxülislamov və Ə.C.Pepinovun açıqladıqları bəyannaməsində yeni
hökumətin koalision olması və demokratik prinsiplərə əsaslanması tələbi qoyulurdu.
Burada Azərbaycan Cümhuriyyətinin müstəqilliyinin qorunması və demokratiyanın təsdiqi
hökumətin ümdə vəzifəsi kimi müəyyənləşdirilir, Müəssislər Məclisinin tezliklə
çağırılması, parlament üzvlərindən ibarət mart və sentyabr hadisələri ilə bağlı xüsusi
istintaq komissiyasının təşkili israrla tələb edilirdi. Fəhlə məsələsinin həlli üçün 8 saatlıq iş
gününün tətbiqi, inqilab dövründə fəhlələrlə bağlanmış müqavilələrin qüvvədə qalması,
fəhlə təşkilatlarına dövlət tərəfindən maddi yardım göstərilməsi kimi tədbirlərin görülməsi
290
təklif edilirdi. Aqrar məsələyə gəldikdə isə, hələ Zaqafqaziya Seyminın müsəlman
fraksiyalarının iştirakı ilə qəbul etdiyi qanunun həyata keçirilməsi məqsədilə torpaq
komitələri yaradılması nəzərdə tutulurdu. Bəyannamədə "müdafiə edəcəyimiz
məsələlərdən biri də-qadınlarımızın haqq və səlahiyyəti kişilər ilə bərabər olmaqdır" -
fikri xüsusi vurğulanırdı. Xarici siyasət sahəsində qonşu dövlətlərlə, Avropa ilə ən geniş
əlaqələr qurulmasının vacibliyi qeyd edilirdi.
26
"İttihad" partiyasının Q.Qarabəyov tərəfindən təqdim edilmiş bəyannaməsində
hakimiyyətin millətə məxsus olması ideyasının gerçəkləşməsi müsəlmanların azadlıq
uğrunda apardığı mübarizənin son məqsədi sayılırdı. Ona görə də partiya bu ideyanın
qismən də olsa həyata keçməsinə şaddır və var qüvvəsilə Azərbaycan xalqı tərəfindən
hakimiyyətin tam ələ alınması üçün iş aparacağını bəyan edir. Bəyannamədə Azərbaycanda
yaşayan bütün xalqların sülh şəraitində birgə yaşamalarına imkan yaradılması tələb edilirdi.
Fəhlə məsələsində "İttihad" menşeviklərin proqramı ilə çıxış edərək, fəhlələrin səadətini
təmin etməyə səy göstərəcəyini vəd edir, aqrar məsələdə isə torpağın pulsuz olaraq
kəndlilərə paylanılması təklifini irəli sürürdü. Maliyyə sahəsinə gəldikdə o, mütərəqqi gə-
lir vergisinin tətbiqini tələb edərək digər vergilərin ləğvini israr edirdi. Maarif sistemində isə bu
partiya ibtidai məktəblərdə ümumi və icbari təhsilin bərqərar edilməsinə, məktəblərin
milliləşdirilməsinə tərəfdar çıxd ığın ı bildirirdi
27
.
Çıxış edən milli azlıqların təmsilçiləri - Slavyan-Rus Cəmiyyətindən
M.İ.Vinoqradov, gürcülərin nümayəndəsi Q.İ.Texakaya, polyak S.A.Vansoviç, almanların
nümayəndəsi L.Y.Kun, Yəhudi Milli Şurasından M.A.Quxman Azərbaycan parlamentini
işə başlaması münasibətilə təbrik edərək, əmin olduqlarını bildirdilər ki, Azərbaycan onun
ərazisində yaşayan bütün xalqların birgə səyi nəticəsində azad və demokratik dövləti qura və
möhkəmləndirə biləcək. Amma rusların nümayəndəsi çıxışında "Yaşasın vahid və bölünməz
Rusiya"! - şüarını səsləndirməkdən yan keçə bilmədi. Bir yəhudi nümayəndə isə arzu etdi ki,
"...sona yetən 1918-ci il Azərbaycan tarixində yeni parlaq dövrü açsın və Azərbaycan
türkləri bərabərhüquqlu və bərabərdəyərli üzv kimi gələcək Ümumrusiya siyasi ailəsinə,
Rusiya Federativ Respublikasının tərkibinə daxil olsunlar". Bu fikrin əksinə olaraq,
Azərbaycanda yaşayan polyakları təmsil edən natiq Azərbaycanın Avropa xalqlarının ailəsinə
daxil olacağına inandığın ı söylədi
28
.
"Əhrar" Partiyasının bəyannaməsi bir qədər sonra, dekabrın 26-da keçirilmiş
parlament iclasında Abdulla bəy Əfəndizadə tərəfindən açıqlandı. Azərbaycan
Cümhuriyyətinin qurulmasını alqışladığını bildirən "Əhrar" eyni zamanda hökuməti
yarımillik fəaliyyətinin kifayət qədər qənaətbəxş olmadığına görə tənqid etdi. Onun bə-
yannaməsində tələb edilirdi ki, hər bir nazirliyin başında müvafiq sahənin mütəxəssisi
dursun. Aqrar islahatlarla bağlı "Əhrar" iri mülkədar torpaqlarının özgəninkiləşdirilərək
kəndlilər arasında bölünməsini düzgün sayırdı. Fəhlə məsələsində bu partiya 8 saatlıq iş
günü, əməyin mühafizəsi tələblərinə tərəfdar çıxırdı. Xarici siyasət sahəsində qonşu
respublikalarla dostluq münasibətlərinin qurulması və inkişaf etdirilməsinə üstünlük verən
"Əhrar" sülh konfransında təkcə Azərbaycan xalqının yox, bütün Qafqaz xalqlarının
ınüstəqilliyinin və onların hüquqlarının müdafiə edilməsinin vacibliyinə xüsusi diqqət
291
yetirirdi
29
.
Parlamentin işə başlaması ilə bağlı olaraq, hökumətin həmin gün istefa
verməsindən sonra dərhal yeni Nazirlər Şurasınm təşkilinə başlandı.
1918-ci il dekabrın 13-də qüvvətli hökumətin yaradılması, onun həm daxili, həm
də xarici siyasət sahəsində məhsuldar fəaliyyət göstərməsi parlamentdə təmsil olunmuş
siyasi cərəyanların qarşısında yox, yalnız koalisiyalı, cəmiyyətdəki bütün təbəqələri
demokratiya platformasında birləşdirəcək güclü mərkəzin - parlamentin formalaşması
əsasında mü mkün idi.
Azərbaycan parlamentində mərkəzi mövqedə ən nüfuzlu qüvvə "Müsavat"
dururdu. O, koalisiya prinsipini dövlətin maraqlarına uyğun hesab edərək, öz fəaliyyətində
bütün siyasi təşkilatlarla konstruktiv əməkdaşlığa meyl göstərirdi. Müsavatçılar
parlamentdə demokratik bitərəflər qrupu ilə ittifaqda çıxış etməklə yanaşı, dövlət siyasəti-
nin əsaslarını müəyyənləşdirməkdə aparıcı rol oynayan qüvvə kimi qalaraq, sosialist
fraksiyasına arxalanmağı məqsədəuyğun sayırdılar.
Həmin fraksiya "Hü mmət" və "Müsəlman Sosialistlər Bloku" təşkilatları
çərçivəsində fəaliyyət göstərən azərbaycanlı sosial-demokratları, eserləri və
menşevikləri özündə birləşdirərək parlamentin sol cinahını təşkil ed ird i. Bu
qüvvələrin respublikan ın həyatında mühüm rol oynaması şübhə doğurmasa da,
taktiki cəhətdən yetkin olmaması, hadisələrə və hakimiyyətdaxi li proseslərə
yanaşmada birmənalı mövqe tutmaması da nəzərə çarpırdı.
Parlamentin sağ cinahı əsasən "İttihad" fraksiyasından ibarət idi.
İttihadçılar ö lkədə siyasi üstünlüyə malik milli-demokratik cərəyana qarşı sərt
mü xalifət mövqeyində durur və 1919-cu ilin dekab rınadək höku mət kabinetlərin in
formalaşmasında iştirakdan imtina edirdilər.
Beləliklə, parlamentin yaranmasından sonra onun daxilində əmələ gələn
konkret siyasi durumu və qüvvələr nisbətini nə zərə a laraq, yeni hökumətin məhz
koalisiya şəklində qurulmasının məqsədəuyğun olması, demək olar ki, hamı
tərəfindən etiraf edilirdi
30
.
Parlament sədrinin müavini H.Ağayev F.X.Xoyskiyə höku mət təşkil
etmək xahişi ilə mü raciət etdi. Müraciətdə deyilirdi: "Fraksiyaların arzusu, habelə
Sizin siyasi təcrübəniz, Vətənə və M illətə xid mət işində göstərdiyin iz mühüm
fəaliyyət və fədakarlığınız məni vadar edir ki, Sizi vacib və çətin bir işə, baş nazir
vəzifəsini ö z ü zərinizə götürməyə və koalisyon kabinet təşkil etməyə dəvət
edim"
31
.
F.X.Xoyski əvvəlcə səhhətinin pozulmasına istinad edərək bu təklifdən
imtina etdi. Lakin həmin təkliflə yenidən müraciət edildikdə ölkədə yaranmış
vəziyyətin mürəkkəbliyini nəzərə alıb, Vətəninin onun siyasətçi bacarığına və
dövlət idarəçiliyi sahəsindəki qabiliyyətinə ehtiyacı olduğunu görüb yeni hökumət
təşkil etməyə və onun rəhbəri baş nazir olmağa razılıq verdi.
Ölkədə formalaşmış partiya sistemi və siyasi qüvvələrin mövcud
düzümünə hər cəhətdən gözəl bələd olan F.X.Xoyski 1918-ci il dekabrın 26-da
292
yeni, koa lisyon hökumətin tərkibini parla mentin təsdiqinə çıxartdı.
Azərbaycan Xalq Cü mhuriyyətinin yaran masından sonra sayca artıq
üçüncü Nazirlər Şurasın ın tərkibinə Fətəli Xan Xoyski (bitə rəf) - baş nazir və
xarici işlər naziri, Xəlil bəy Xasməmmədov ("Müsavat") - daxili işlər naziri,
Səmədağa Mehmandarov (bitərəf) – Hərbi nazir, Nəsib bəy Yusifbəyli
("Müsavat"") - xalq maarifi və etiqadlar naziri, Xudadat bəy Məlikaslanov (bitərəf)
- yollar naziri, Aslan bəy Səfikürdski (sosialist) - poçt, teleqraf və ə mə k naziri,
Mehdi bəy Hacınski ("Müsavat") - dövlət nəzarəti naziri, R. Xoys ki ("Müsavat") -
təminat naziri, Xosrov bəy Sultanov (bitərəf) - əkinçilik naziri daxil oldular
32
. 1919-
cu ilin yanvarında Slavyan-Rus Cəmiyyətinin üzv ləri İ.Protasyev və K.Lizqar,
müvafiq olaraq, maliyyə və ərzaq naziri vəzifələrin i tutdular, bir qədər sonra isə
doktor Y.Y.Gindes səhiyyə naziri təyin olundu
33
.
Parlamentin yeni Nazirlər Şurasını təsdiq etdiyi 1918-ci il 26 dekabr
tarixli iclasında baş nazir F.X.Xoyski höku mət bəyannaməsini təqdim etdi.
Sənəddə Azərbaycanın müstəqilliy inin hərtərəfli şəkildə gücləndirilməsi
hökumətin əsas vəzifəsi kimi qoyulur, bununla bağlı olaraq, dünyanın digər
dövlətləri ilə münasibətlərin qurulması və in kişaf olun masının əhəmiyyətinə xüsusi
diqqət yetirilirdi. Sülh konfransı tərəfmdən müstəqil Azərbaycana qarşı ədalətli qə -
rarın çıxarılacağına ü mid bəslənildiyi qeyd edild i. Hö ku mət qarşısında duran ən
başlıca vəzifələrdən birinin də A zərbaycanın ərazi bütövlüyünü qoruya biləcək
güclü ordu təşkil etmək olduğu bild irildi.
Höku mətin respublika elan edild ikdən bəri yürütdüyü daxili siyasətində
bəzi səhvlər buraxd ığının etiraf edilməsi ilə yanaşı, "...millət gərək özü höku mətə
müavinət etsin" - fikri söylənild i. Höku mətin qarşısında maarif sahəsində xüsusi
olaraq A zərbaycan dilin in dövlət dili kimi geniş işlədilməsi, ölkədə yaşayan bütün
xalqların mədəni inkişafı üçün bərabər şəraitin yaradılması kimi vəzifələrin qo -
yulduğu bəyan edild i. Ərzaq proble min in həlli, nəqliyyat yollarında baş verən
mənfi halların aradan götürülməsi, A zərbaycan pullarının buraxılması, ədliyyə və
məh kəmə sistemində ədalət prinsipinin bərqərar edilməsi istiqamətlərində bütün
lazımi tədbirlərin görü ləcəyi vəd edild i. Höku mət bəyannaməsində həll edilməsini
gözləyən problemlər içərisində ən kəs kin i olan fəh lə və aqrar məsələlər barədə
deyilirdi: "...höku mət millət üçün olduğu aşkardır. Milətin əksəriyyəti fəhlə və
kəndlidən ibarətdir. Höku mət bilir ki, torpaq əkinçiyə verilməz isə, fəhlənin həyatı
təmin edilməz isə, o hökumət yürü məz. Höku mət bunun üçün bir məsai nəzarəti
düzəlt məyə qərar verdi, ta ki fəh lələr də insan surətində dolana bilsinlər. Onların
həyatı təmin olunsun... onlar lazımdır səkkiz saat işləsinlər, ond an artıq onları
işləməyə qoymasınlar... Qald ı ki, torpaq məsələsi: höku mət bunu da sizə şadlıq ilə
deyəcək ki, bu barədə parla ment fra ksiyaları hə mrəydirlə r. Hö ku mət buna binaən
lazım bilir ki, torpaq əvəzsiz olaraq əkinçiyə verilsin"
34
.
Yeni, koalisyon hökumətin təsdiq edilməsi və işə başlamasından dərhal
sonra general Tomson bu hökuməti yeganə qanuni hakimiyyət kimi tanıd ığı
293
haqqında bəyanat verdi
35
.
İngilis ko mandanlığın ın siyasəti təkcə Azərbaycan Hökumətin i yeganə
qanuni hakimiyyət kimi tanımaqla məhdudlaşmırdı. Öz siyasi mənafelərindən çıxış
edən ingilislər əslində Rusiyanın birləşdirilməsinə deyil, onun parçalan masına
çalışırdılar. Bununla da onlar bir tərəfdən, ö z müstəmləkələrin in təhlükəsizliy ini
təmin etməyə, d igər tərəfdən isə Rusiyanı zəiflətməyə və sabiq Rusiya əyalətlə-
rin in bütün iqtisadiyyatını öz əllərinə keçirmək üçün imkan qazan mağa
çalışırdılar
36
.
Buna görə ingilislər A zərbaycan Cümhuriyyətinin daxili işlərinə qarışır,
onları nəzarətdə saxlamağa can atırdılar. Məsələn, 1919-cu il yanvarın 23-də ingilis
hərbi polisinin ko missarı polkovnik Q.Kokkerel Azərbaycan daxili işlər nazirindən
tələb etmişdi ki, polis işçilərinin təyin o lunmasın ı şəxsən onunla razılaşdırsın və
"polis rütbəli heyətdə və ya təyinatlardakı hər cür dəyişikliklər onun
dəftərxanasından keçsin"
37
. Daxili işlər naziri Azərbaycan Cümhuriyyəti Nazirlər
Şurası sədrinə aşağıdakı məzmunda məlu mat vermişdi: "Müttəfiq dövlətlərin polis
ko missarı bütün Bakı rayonu polisinin rəhbəri təyin edilmiş və polisin bütün
üzvləri ona tabe edilmişdir. Bu ko missarın sərəncam və əmrləri tez-tez Azərbaycan
Xalq Cü mhuriyyəti hakimiyyət dairələrin in sərəncam və əmrlərin i ləğv etsə də,
polis məmurları tərəfindən qeyd-şərtsiz icra o lunur. İşlərə müdaxilə o həddə çatıb
ki, hətta polis ko missarı tələb ed ir ki, polis heyətindəki dəyişikliklər və təyinatlar
yalnız onun dəftərxanası vasitəsilə aparılsın"
38
.
Özlərini Bakı şəhərinin sahibləri kimi hiss edən ingilis zab itləri yerli
əhaliyə qarşı münasibətdə kobud və əxlaqsız hərəkətlərə də yol verird ilər. 1919-cu
il apre lin 7-də Ba kı əha lisindən Azə rbaycan Cümhuriyyəti daxili işlər nazirinin adına
ingilis əsgərləri tərəfindən törədilən biabırçılıqlar haqqında şikayət daxil olmuşdu. "Əsgər-
lər özlərini o qədər sırtıq, biabırçı və ədəbsiz aparırlar ki, qadınlar ingilis əsgəri küçədə
olanda, oraya qətiyyən çıxa bilmirlər"
39
. İngilis hərbçiləri tərəfindən yerli vətəndaşların
döyülməsi halları da olmuşdu. Bakı kəndləri sakinlərindən də yerli əhalini ingilis
əsgərləninin qarət etməsi, onlardan zorla pul və ərzaq almaları haqqında şikayətlər daxil
olurdu. İngilislər özbaşınalığı o dərəcəyə çatdırmışdılar ki, hətta Xarici İşlər Nazirliyinin
ünvanına daxil olan diplomatik məktubları da açırd ılar
40
.
Siyasi vəziyyət həddən çox mürəkkəb idi. Sosialist partiyaları liderlərinin
rəhbərlik etdikləri Bakı Fəhlə Konfransı (BFK) yeni təşkil olunmuş hökumət üçün ciddi
müxalifətə çevrilmişdi. 1918-ci il dekabrın 18-də BFK öz iclasında siyasi tələblər
(tutulanların azad edilməsi, mətbuat, həmkarlar ittifaqları, yığıncaq azadlıqlarının bərqərar
edilməsi haqqında və s.) təqdim etməklə, tətil keçirmək barədə qərar qəbul etdi
41
.
1918-ci il dekabrın 24-də BFK-nın rəhbərliyi altında tətil baş landı. Tətilin
gedişində menşevik Çurayevin sədrliyi ilə BFK-nın xüsusi iclası keçirildi. Hökuməti
tanımamaq mövqeyində duran sosialist partiyalarının liderləri konfransın qərarını ingilis
komandanlığına göndərdilər. BFK ingilis komandanlığından tələb edirdi ki, kollektiv
müqavilənin bərpası üçün sənayeçilər və fəhlə konfransı nümayəndələrindən ibarət saziş
294
komissiyası yaradılsın. İclasda iştirak edən M.Ə.Rəsulzadə BFK liderlərinin bu cür
fəaliyyətlərinə kəskin etirazını bildirdi və xüsusilə qeyd etdi ki, bu cür ciddi məsələlərin
həllində ingilis komandanlığını deyil, parlamentə arxalanan qanuni Azərbaycan hökumətini
yeganə səlahiyyətli orqan sayır
42
.
1918-c i ilin üçgünlük dekabr tətili Bakı fəhlələrinin qələbəsi ilə qurtardı.
Tətil həm fəhlə kütlələri arasında bolşevik nüfuzunun güclənməsini, həm də ingilis
komandanlığının indiyədək Bakı proletariatının qüvvəsi haqqında tam təsəvvürə malik
olmamasını göstərdi. İndi ingilis komandanlığı onun mübarizə qabiliyyətini nəzərə alaraq
daha ehtiyatlı olmağa və fəhlələrin tələblərinə daha diqqətlə yanaşmağa başladı. İngilis
komandanlığı həbs edilənlərin buraxılmasına razılıq verdi. Yaranmış vəziyyəti nəzərə
alaraq, parlament 1918-ci il dekabrın 25-də keçirilən iclasda siyasi dustaqların amnistiyası
üzrə komissiya yaratmaq haqqında qərar çıxartdı. Komissiyaya A.Qardaşov, A.Əfəndiyev,
Ə.Tağıyev, A.Səfikürdski, S.Ağamalıoğlu daxil oldular. Komissiya inzibati qaydada
azadlıqdan məhrum edilən bütün şəxsləri təxirəsalmadan azad etməyə çağırdı
43
.
Fəhlə məsələsi hökumətin daxili siyasətində ən ciddi məsələlərdən biri olduğu
üçün nə parlament, nə də BFK iclaslarının gündəliyindən düşürdü. Dekabr tətilindən sonra
fəhlə konfransının iclasları daimi xarakter alaraq həftədə bir dəfə çağırılır və gündəlikdə
əsasən siyasi xarakterli məsələlər qoyulurdu. 1919-cu ilin yanvarında milliyyətcə rus olan
və onların yaxınlıq etdiyi fəhlə kütlələrinin bolşeviklərə meyl etməsi artıq aşkar hiss
olunmağa başlayırdı. Onlar konfransda daha tez-tez çıxış edir, fəhlələr arasında öz prok-
lamasiyalarını yayırdılar. Həmin ilin mart ayında kommunistlər fəhlə konfransında çoxluq
qazandılar və öz nümayəndələrini onun rəyasət heyətinə daxil etdirdilər (rəyasət heyətinin
10 üzvündən 7 nəfəri ko mmun ist, hümmətçi və ədalətçi id i).
1919-cu il yanvarın 8-də A.K.Kazımzadə parlament iclasında "Müsavat"
fraksiyasının əmək nazirinə ünvanlanmış fəhlələrin çox ağır vəziyyəti haqqında sorğusunu
oxudu: kollektiv müqavilə ləğv olunmuşdu və azaldılan əmək haqqı xərclərin yarısını zorla
ödəyirdi
44
. "Müsavat" fraksiyasının bu sorğusuna cavab olaraq əmək naziri A. Səfikürdski
bildirdi ki, fəhlələrin vəziyyətinin ağır olması faktı doğrudur, hökumət onların vəziyyətinin
yaxşılaşdırılması üçün bütün tədbirlərə əl atacaq
45
.
Bununla əlaqədar olaraq A.Səfikürdskinin sədrliyi altında müttəfiqlər
komandanlığı, neft sənayeçiləri, banklar və əmək haqlarının artırılması üzrə fabrik
müfəttişliyi nümayəndələrinin iştirakı ilə müşavirə keçirildi. Müşavirədə qərara alındı ki, 1919-
cu il yanvarın 1-dən əmək haqqına əlavə olaraq ayda subaylara 120 rubl, ailəlilərə isə 360
rubl müavinət verilsin. Neft sənayesinin vəziyyətini yaxşılaş dırmaq üçün neft
sənayeçilərinə də 10 mln rubl ssuda vəd edildi
46
.
Bu istiqamətdə işi davam etdirən Əmək Nazirliyi 1919-cu il yanvarın 25-də
səlahiyyətlərinə fəhlələrin əməyinin mühafizəsi və məişət şəraitinin yaxşılaşdırılmasının
daxil olduğu fəhlə məsələsi üzrə xüsusi müşavirənin təşkilinə başladı. Xüsusi müşavirə
tərəflərin bərabər təmsil edilməsi şərti ilə, fəhlə və sahibkarlığın nümayəndələri daxil
olmaqla, 10 nəfərdən ibarət idi
47
. Lakin fəhlə məsələsi xüsusi müşavirənin statusu
Azərbaycan parlamentində yalnız 1919-cu il martın 10-da təsdiqləndi
48
.
295
Respublika höku məti fəh lələrin həyat şəraitini yaxşılaşdırmaq üçün
imkanlar arayır və iqtisadi böhrandan çıxış yolları tap mağa çalışırdı.
İstehsal səviyyəsinin aşağı düşməsi ilkin tələbat mallarının q iy mətin in
artmasına səbəb olurdu. Bu da fəh lələri bundan sonra da yaranan vəziyyətdə
qalmaq və gənc dövləti isə maliyyə böhranı ilə ü zləş mək təhlü kəsi qarşısında
qoyurdu.
1919-cu il yanvarın sonlarında Əmə k Nazirliyi sənayenin dirçəlməsi
məqsədilə sahibkarlara müraciət edərək, onları istehsalat üzərində nəzarəti
gücləndirməyə çağırdı. Höku mət öz növbəsində zeh mətkeşlərin əmək və məişət
şəraitinin, hüquqi vəziyyətinin yaxşılaşdırılacağın ı vəd etdi
49
. Əmək naziri
A.Səfikürdski eyni zamanda qeyd etdi ki, höku mət fəhlə və sahibkarlardan mövcud
böhran vəziyyətindən yeganə çıxış yolu olan əmək məhsuldarlığını yüksəltməyi
tələb edəcək
50
.
1919-cu il fevra lın 4-də növbəti parla ment iclasında ə mək haqqının
artırılması haqqında qanun layihəsi ilə çıxış edən işçi ko missiyası
51
bu artımın
zəh mətkeşlərin vəziyyətini əslində yaxşılaşdırmayacağını qeyd edən sosialistlərin
tənqidinə məruz qaldı. Qanun layihəsi müsavatçılar tərəfindən müdafiə olundu.
"İttihad" isə sosialistləri müdafiə etdi
52
və bununla da hökumətə etimad
göstərməyənlərin öncüllərindən biri oldu.
Torpaq məsələsi əvvəlki kimi həllini gö zləyən başlıca məsələlər sırasında
qalırd ı. Höku mət onu həll etməyə tələs mirdi. Parlamentin iclasında çıxış edən baş
nazir F.X.Xoyski torpaq məsələsinin həllini Müəssislər Məclisi çağ ırılanadək
təxirə salındığ ını bild irdi. Bununla bərabər, aqrar məsələ ta m həll o lunana qədər
mü lkədar torpaq sahibliy ini qoruyub saxlamaq məqsədəuyğun sayıldı və höku mətə
tapşırıldı ki, onun toxunulmazlığ ı təmin edilsin
53
.
Amma kəndlilərin ağır vəziyyəti höku məti aqrar məsələni parlamentin
mü zakirəsinə çıxarmağa məcbur etdi. A zərbaycan parla menti 1919-cu il fevralın 4-
də keçirilmiş iclasında ilk dəfə o laraq aqrar məsələyə ba xdı və onun tapşırığı ilə
hümmətçi-menşevik Səməd bəy Ağamalıoğlunun başçılıq etdiy i aqrar ko missiya
yaradıldı.
Dövlət hakimiyyətinin özül strukturlarının - parlament və hökumətin
qurulması əsasən başa çatmışdı, la kin parla mentdə təmsil o lunan partiyalar arasında
mövcud olan barışmaz ziddiyyətlər hökumətə hər hansı bir zəruri məsələni həll
etmək imkanı vermirdi. Buna görə respublikan ın yaşadığı ağır sosial-iqtisadi və
siyasi şəraitdə uzun müddət davam edən höku mət böhranı baş verdi.
Yanvarın 28-də parlamentin on birinci iclasında "İttihad" fraksiyası neft
möhtəkirliyinə qarşı mübarizə, 1918-ci ildə yığılmış taxıl məhsulunun talan edilməsi
və Hacı Zeynalabdin Tağıyev firmasında bez satışı ilə bağlı qanunsuzluqlar haqqında
üç bənddən ibarət sorğu ilə höku mətə müraciət etdi
54
. Hə min fra ksiyanın rəhbəri
Q.Qarabəyov bu məsələlə rin niza mlan ması üçün xüsusi müşavirə çağ ır mağ ı təklif
etdi. Parlamentin növbəti iclasında sosialistlər də höku mətə Tağıyevin fabrikində
296
fəhlələrin işdən çıxarılması, həmçinin Ermənistanla hələ indiyədək əlaqələrin
yaradılmaması barədə sorğuların ı irəli sürdülər. Müsəlman sosialistlər hələ də seçki
orqanları, zemstvolar, həqiq i demo kratik şəhər özünüidarəsi olmadığ ını,
torpaqların əvvəlki kimi varlı sinfin əlində qaldığ ını, ticarət və sənayenin getdikcə
daha çox möhtəkirlərin toruna düşdüyünü söyləyib hökuməti tənqid edirdi.
Sorğuda gətirilən faktların mövcudluğunu hökumət üzvlərinin özləri də
etiraf edir, lakin ikiaylıq iş müddətində hökumətin mövcud çatışmazlıqları aradan
qaldırmaq, daxili idarə mexanizmini tənzimləmək imkanın ın olmad ığını da
göstərirdilər.
Fevralın 4-də verilən sorğularla əlaqədar hökumət ü zvlərindən daxili işlər
naziri X.Xasməmmədov, ərzaq naziri K.Lizqar, ticarət və sənaye nazirinin müavini
T.Səfərəliyev, hətta mü xalifətin tələbi ilə höku mət başçısı F.Xoyski parlament
qarşısında çıxış etdilər. Onların verdiyi cavablarla hesablaşmayan Qarabəyov öz
fraksiyaa adından hökumətin izahatını qeyri-qənaətbəxş saydığını bildirib ona
etimadsızlıq göstərilməsi tələbini irəli sürdü. "Müsavat" fraksiyası, bitərəflər və
milli azlıqlar höku məti müdafiə etdilər. Müsavatçılar mü xalifəti bütün məsuliyyəti
hökumətin ü zərinə yıxmaqda haqsız sayırdılar. Partiyanın iclasındakı çıxışında bu
məsələyə toxunan M.Ə.Rəsulzadə göstərdi ki, bez və qorodovoylar problemləri ilə
bağlı etimadsızlıq məsələsini qoymaq olmaz. Nəyin bahasına olursa - olsun
hökuməti yıxmaq daha ço x b izim müstəqilliy imizin düşmən lərinə sərfəlidir
56
.
Müzakirələr göstərdi ki, höku mətə tam etimadsızlıq göstərilməsini təkcə
"İttihad" Partiyası istəyir, sosialistlər isə F.X.Xoyski kabinetinə qarşı kəskin
münasibətdə olmalarına baxmayaraq, hakimiyyətin sağların əlinə keçəcəyindən
ehtiyatlanaraq, hökumətin istefasına qarşı çıxıb kabinetin tərkib ində bəzi fə rdi
dəyişikliklər etməyə razılıq verdilər. Bu məqsədlə onlar cinayət və möhtəkirlik
məsələlərini araşdıraraq geniş səlahiyyətli xüsusi parlament ko missiyasını təsis
etmək, vəzifə cinayətləri, habelə möhtəkirlik və ölkədəki əksinqilabi cinayətləri
mühakimə edəcək ali tribunalın əsaslarını işləyib hazırlamaq ü zrə xüsusi ko missiya
haqqında qətnamə lay ihələrini təklif etdilər
57
. Lakin parlament "Müsavat"
fraksiyasının təklif etdiyi, hökumətin fəaliyyətini qənaətbəxş sayan qətnaməni qəbul
etdi, eyni za manda sosialistlərin tələbi ilə ölkədə ərzaq məsələsini tənzimləyəcək
xüsusi ko missiya yaratdı
58
. Əksinqilabi cinayətləri, möhtəkirlik və ölkədə
əksinqilabla bağlı işləri mühakimə etməli ali tribunal haqqında sosialistlərin təqdim
etdikləri lay ihə isə parlament tərəfindən rədd edildi
59
.
"Müsavat" fraksiyasının hökuməti xilas etməsinə baxmayaraq, aydın oldu
ki, parlamentdə qüvvələrin bu cür n isbəti höku mətin u zunmüddətli fəaliyyətinə
imkan verməyəcək. Fevralın 25-də hökumətin başçısı F.X.Xoyski səhhətini əsas
gətirərək ö z səlahiyyətlərinin təhvil verilməsi haqqın da bəyanatla çıxış etdi.
M.Ə.Rəsulzadənin təklifi ilə parlament bu istefanı mü zakirəsiz qəbul etdi. F.
X.Xoyski yeni höku mət yaradılanadək icra hakimiyyətinə rəhbərlik etdi.
Yeni höku mətin təşkil o lunması, namizədliyi "İttihad"dan başqa bütün
297
fraksiyalar tərəfindən müdafiə edilən "Müsavat" fraksiyasının üzvü N.Yusifbəyliyə
tapşırıldı. Gələcək höku mətin nəzərdə tutulan tərkibi fraksiyalar arasında kəskin
fikir ayrılığ ına səbəb oldu. 1918-ci ilin dekabrında höku mət yaradılan zaman
F.X.Xoyskiyə nazirləri seçməkdə müstəsna hüquq verilmiş və bununla da kabinetin
təşkil olun ması sürətləndirilmişdi. İndi isə hökumətin tərkibi yalnız bütün
parlament fraksiyalarının razılığ ından asılı id i. Bu isə baş nazirin təşəbbüskarlığ ını
məhdudlaşdırır və yeni kabinetin təşkili prosesini uzad ırdı.
Parlamentdə mütləq çoxluğa malik olmayan "Müsavat" müstəqilliyin
müdafiəsi şərtlərini qəbul edən, yubanmadan Müəssislər Məclisin i çağırmağı,
demokratik ö zünüidarəni və ölkənin hərb i qüdrətinin möhkəmləndirilməsini istəyən
dikər partiyalarla bloka girməyə razı idi
60
. Buna görə də "Müsavat", "Əhrar" və sosialistlərin
koalis iyası güman edilird i.
Müsəlman sosialistlər hesab edirdilər ki, təşkil olunacaq hökumət geniş əhali
təbəqələrinin tələblərini təmin edən əsil demokratik hökumət olmalıdır. Onların fikrincə,
bunun üçün mərkəzin demokratik hissəsi ilə sol qüvvələrin koalisiyası lazımdır. Bununla
yanaşı, onlar hökumətin siyasətinə təsir etmək imkanına malik olmaq üçün nazırlər
kabinetindəki yerlərin, daxili işlər naziri vəzifəsi də daxil olmaqla, yarıya qədərini tutmağa
çalışırdılar.
"Müsavat" ümumən sosialistlərlə razılaşsa da, hesab edirdi ki, portfellərin
bölüşdürülməsi müstəsna olaraq baş nazirin səlahiyyətində qalmalıdır
61
. Sonra bitərəf və
milli azlıqlar qrupları da daxil edilməklə, yeni koalisiya ideyası irəli sürüldü, lakin
sosialistlər bitərəfləri "parlamentdə özlərinə yuva qurmuş ən mürtəce ünsürlər"
62
kimi
qiymətləndirib onların koalisiyaya daxil edilməsinin əleyhinə çıxış etdilər. Bitərəflər
adından çıxış edən Yusif Əhədzadə öz qrupunun daxili işlər naziri vəzifəsinə sosialisti,
kabinetə isə daşnakları buraxmamaqdan ibarət mövqeyini parlamentdə açıqladı. Onlar bütün
qalan məsələlərdə baş nazirə fəaliyyət azadlığı verilməsini nəzərdə tuturdular
63
. Eyni
zamanda, bitərəflər iki konkret nazir (ticarət və sənaye naziri və əkinçilik naziri) portfelini
tələb edirdilər. Üç hökumət vəzifəsini, eləcə də yeni hökumətin fəaliyyətinın Rusiyanın
mənafeyinə zidd olmayacağı haqqında təminat tələb edən Rus-Slavyan Cəmiyyəti də
nazir portfellərinin bölgüsünə aid danışıqlardan kənarda qalmaq istəmirdi
64
.
"İttihad" da kabinetə daxil olmaq ehtimalını nəzərdən keçirirdi. Buna görə o,
Azərbaycanın müstəqilliyi ideyasını müdafiə edən, rus-slavyan və erməni
fraksiyalarından başqa, bütün partiyaların parlament mərkəzinin yaradılmasını təklif etdi və
bildirdi ki, əks təqdirdə "Müsavat" - sosialist mərkəzi adlandırılan mərkəz əgər baş tutarsa,
ölkəni səhvlərdən və müxalifətdən xilas edə bilməyəcək
65
.
Beləliklə, partiya fraksiyaları arasında ümumi razılıq əldə olundu. Kabinetə daxil
olmaq haqqında sosialistlər ("Hümmət‖siz), "Əhrar" və bitərəflər də razılıq verdilər. Lakin bu,
mütləq çoxluğu təşkil etmək üçün kifayət deyildi. Ona görə də erməni və rus -slavyan
fraksiyalarının hərəsinə bir yer verildi. Daxili işlər naziri vəzifəsi mübahisələrə səbəb
olduğu üçün N.Yusifbəyli mövqeləri neytrallaşdırıb tərəfləri barışdırmaq
məqsədilə bu vəzifəni ö z ü zərinə götürdü.
298
Nəhayət, baş nazir N.Yusifbəyli höku mətin bəyannaməsini parlament
üzvləri qarşısında açıq layaraq bir daha bildirdi ki, Azərbay canın varlığının əsas
prinsipi müstəqil suveren dövlətçilik prinsipidir. O, on ay bundan əvvəl
müstəqilliy ini elan etmiş Azərbaycanın böyük dövlətlər tərəfindən tanınacağına və
"Azərbaycan türklərinin yaxın bir zamanda dünyanın bilcü mlə mədəni millətləri
ailəsinə da xil olacağına" inandığını söylədi. N.Yusifbəyli kabinetin qarşısında duran
əsas məsələlər üzərində dayandı. Bunlardan biri Azərbaycanın ərazi bütövlüyünün
təmin edilməsi id i. Dağ lılar Respublikasına münasibət xarici siyasət sahəsində çox
mühü m yer tuturdu. Onu müdafiə etmək və Denikinin təcavüzünə qarşı onunla
ittifaqda olmaq haqqında qəti qərar çıxarıldı.
Milli siyasət sahəsində Azərbaycanda yaşayan milli azlıqların hüququnun
qorunmasına xüsusi diqqət yetirild i və bu onların etiqad azadlığ ına sah ib olmaları,
öz mədəni və milli xüsusiyyətlərin i saxlaya b ilmələri ilə əlaqələndirild i. Hö ku mət
milli toqquşmalara yol verməyəcəyin i öhdəsinə götürürdü.
Fəhlə məsələsində azad əməyə təminat verən qanunvericiliyi
genişləndirməyə xüsusi fikir verilirdi.
Bəyannamədə ciddi məsələ olan aqrar məsələyə də toxunulurdu. A mma
N.Yusifbəylin in hökuməti də, özündən əvvəlki höku mət kimi, onun həllinə
girişmir, bu mühüm işi yaradılacaq Müəssislər Məclisinin səlahiyyətinə aid ed irdi.
Demokratik hüquqi dövlətin əsas əlamətlərini təşkil edən söz, v icdan,
mətbuat, yığıncaq, həmkarlar ittifaq ları azadlıqlarına təminat verilird i. Bu
istiqamətdə hökumət demokratik əsaslarla təcili olaraq zemstvolar yaradılmasını və
şəhər özünüidarəsinin yaxşılaşdırılmasını ilk addımlarından biri hesab edirdi.
Xalq təhsili sahəsində nəzərdə tutulan tədbirlər haqqında da danışıldı.
Ümu mi icbari təhsil haqqında qanun layihəsinin işlənməsi, ibtidai və orta
məktəblərin milliləşdirilməsi və xüsusilə də milli azlıqlara rus və ana dillərində
təhsil almaq hüququ üçün təminat verilməsi tələb olunurdu.
Yeni hökumət kabinetinin bəyannaməsində neft siyasətinə xüsusi diqqət
verilmişdi. Azərbaycan neftinin əsas istehlakçısı olan Rusiya ilə ticarətin
dayanmasının böyük çətinliklər törətdiyini və belə davam edərsə, onların daha da
çoxalacağını gizlətməyən N.Yusifbəyli bildirmişdi ki, Azərbaycan Cümhuriyyəti Rusiya ilə
sülh və qarşılıqlı faydalanmaya əsaslanan dostluq münasibətləri qurmağa, bir-birinin
daxili işlərinə qarışmamaq şərtilə, həmişə hazırdır.
Yeni kabinet ordu quruculuğu işini daim diqqət mərkəzində saxlayacağını, əsgəri
xidmətə ilk öncə varlıların, imkanlıların və ziyalıların övladlarının cəlb ediləcəyini, bu
müqəddəs borcu yerinə yetirməkdən yayınanların çox ciddi cəzalandırılacağını bəyan
etmişdi.
Baş nazir N.Yusifbəyli yeni təşkil olunan hökumət kabinetinin bəyannaməsinin
parlamentdə təqdimatını yekunlaşdırarkən demişdi:" ...hər şeydən əvvəl istiqbalımız
qüvvətə və millətin əzminə möhtacdır. Birincisi hərbiyyə nazirimizin müqtədir və təcrübəli
əllərində olub, ikincisi isə sizin əlinizdədir... Təşkil etdiyim hökumət aramızda bulunan bütün
299
firqələri ehtiva etmir. Onun bütün təbii, müxalifətdə qalanlar dəxi sizin aranızda olacaqdır.
Mən ancaq bir şeyə əminəm, o da istiqlaliyyət məsələsində olan birliyinizdir. Və bunun
üçün də var qüvvəmlə və böyük inamımla çalışacağımı vəd edirəm"
66
.
1919-cu il aprelin 14-də Azərbaycan parlamenti 4-cü hökumət kabinetini
aşağıdakı tərkibdə təsdiq etdi: Nazirlər Şurasının sədri və daxili işlər naziri N.Yusifbəyli
("Müsavat"), maliyyə naziri Əliağa Həsənov (bitərəf), ticarət və sənaye naziri Ağa Əminov
("Müsavat"), xarici işlər naziri M.Y.Cəfərov (bitərəf), poçt və teleqraf naziri Camo Hacınski
(sosialist), ədliyyə və əmək naziri - A.Səfikürdski (sosialist), hərbi nazir S.Mehmandarov
(bitərəf), təminat naziri -V.V.Klenovski (Rus-Slavyan Cəmiyyəti), səhiyyə naziri
A.N.Dostakov (bitərəf), maarif və dini etiqad naziri - R. Kaplanov ("Əhrar"), əkinçilik naziri
A.Qardaşov ("Əhrar"), portfelsiz nazir X.Amaspür ("Daşnaksutyün"), nəzarət naziri
N.Nərimanbəyov ("Müsavat")
67
.
Yeni hökumətin tərkibini səciyyələndirən "Müsavat"ın lideri M.Ə.Rəsulzadə
bunları qeyd etdi: "Bu gün başdan-ayağa demokratik bir proqram ilə hüzurunuza çıxan
hökumətin heyətinə əgər nəzəri-diqqət etsəniz, bu heyət gənc bir heyətdir. Ehtimal ki, bu
heyət içərisində bir çoxları üçün yeni isimlər vardır. Məlumdur ki, biz siyasətdə yeni
təcrübəyə başlamış bir millətiz. Dünya inqilabı nəticəsində hər şeyin dəyişdiyi və yeniliyə
doğru getdiyi bir zamanda cavan qüvvətlərin iş başına gəlməsini hüsnü tələqqi edə biləriz.
Bizə şöhrətli bütlərdən ziyadə, əzmkar və namuskar xadimlər lazımd ır. Yeni
hökumətin... heyəti gənc olsa da bizə ümid verir ki, demokratik proqramla
hüzurumuza çıxan hökumət bəyannaməsindəki fəsillərin qövldən felə çıxarılması
işində ...əzm və səbat göstərəcəkdir..."
68
Parlamentin öz fəaliyyətinin ilk mərhələsində mühüm qanun layihələrini
qəbul etmək iqtidarında olmamasının əsas səbəblərindən biri də partiyalar arasında
birgə fəaliyyət ənənəsinin yoxluğu idi ki, bu da, öz növbəsində, dövləti məsələlərin
həllini və hakimiyyətin təşkilin i çətinləşdirird i. Ço xluğu təşkil etmək üçün bir neçə
partiyanın ra zılığa gəlməsi la zım id i; bu isə pra ktiki cəhətdən ço x çətin görünürdü.
Hazırlan mış sistem ü zrə yerlərdə keçirilən əlavə seçkilər nəticəsində parlament
işlərinə əsasən az hazırlıq lı, özünün müəyyən siyasi proqramı olmayan deputat
kontingenti seçilmişdi. Bununla belə, parlament fəaliyyətinin bu mərhələsində də
icra hakimiyyətinə nəzarət edən orqan kimi, sözsüz ki, respublikanın siyasi həya-
tında böyük rol oynadı.
N.Yusifbəyli yeni höku mətin proqra mını elan etsə də, aydın idi ki,
parlamentin mövcud tərkibi ona bu proqramı yerinə yetirməyə imkan ver məyəcək.
Parlament öz mövcudluğunun ilk 4 ayı ərzində yalnız xırda qanun layihələrinə
baxmaqla məşğul oldu, günün başlıca məsələləri isə həll o lunmamış qaldı. Aqrar
ko missiya yalnız indi torpağın ödəncsiz müsadirə olun ması məsələsinə baxmağa
başlamışdı. Lakin onun müzakirəsi başa çatdırılmadı; mü zakirələr parlamentdən
partiya konfranslarına keçirildi.
1919-cu il may ın əvvəllə rində hü mmətçi menşeviklərin 3-cü konfransı
oldu. Konfrans indiki parla menti fəhlə və kəndli mənafe lərinin həqiq i müdafiəçisi
300
saymadığını göstərdi. Hazırkı siyasi şəraitdə parlament tribunasın ın əhəmiyyətini
vurğuladı və hümmətçi deputatlara parlamentdə müvəqqəti qalmaq səlahiyyəti
verdi
69
.
Əvvəlki höku mətdən fərq li o laraq, yeni höku mət iqtisadi sahədə
Azərbaycanın ənənəvi iqtisadi tərəfdaşı o lan, A zərbaycan neftinə kəskin ehtiyac
duyan və vaxtilə onun əsas bazarı sayılan Rusiya ilə münasibətləri d irçəltməyi
nəzərdə tuturdu.
Təxminən 150 mln pud miqdarında yığ ılıb qalmış neft məhsulları
ehtiyatlarını
70
ixrac et məyin imkansızlığı respublikada neft hasilatının getdikcə
azalmasına, bu isə, öz növbəsində, mədənlərdə işlə rin ixtisarı və fəh lələrin işdən
çıxarılmasına, dəhşətli bahalığa, kağız pulların sürətlə qiy mətdən düşməsinə səbəb
oldu. İqtisadi vəziyyətin ağırlaş ması Bakıda tətil hərəkatın ın güclən məsi ilə mü-
şayiət edilirdi.
Fabrik Müfəttişliyinin məlu matına görə, 1919-cu ilin yanvarında 790,
fevralında 2765, martında isə 4710 nəfər tətil etmişdi
71
. Bütün tətillərin əksər hissəsi
1919-cu ilə təsadüf edird i - bu va xt 6189 fəh lə, 1918-ci ildə - 849 fəhlə , 1920-ci
ildə isə 3263 fəhlə tətil etmişdi
72
. Bu tətillərin əksəriyyəti sırf iqtisadi xarakter
daşıyırdı.
İqtisadi böhranın dərinləşməsi şəraitində fəhlə hərəkatının və bolşevik
təbliğatının güclən məsi respublikada daxili siyasi vəziyyəti daha da gərginləşdirirdi.
Hökumətin böhrana qarşı konkret proqramı o lmasına baxmayaraq, bolşeviklər
fəhlələrə mü raciət edərək, onları Bakı Fəhlə Konfransının tərtib etdiyi ko llektiv
müqavilənin bağlan ması, Həştərxan la mal mübadiləsinin təmin o lunması kimi
iqtisadi tələblərlə ü mu mi tətilə çıxmağa çağırdı
73
.
1919-cu ilin 1 May nümayişi ümumi siyasi tətilin başlanğıcı oldu. Lakin
Azərbaycan siyasi xadimlərinin 1 Mayı bayram etməyi qərara alması, onların dünya
proletariatının səsinə hay vermək çağırışı ilə azərbaycanlı fəhlələrə mü raciət etməsi
bolşeviklər üçün gözlənilməz o lub onların planların ı puça çıxartdı.
Hələ 1919-cu il aprelin 29-da "Müsavat" Partiyasının təşkil etdiyi fəhlə
konfransı keçirildi. Burada çıxış edən fəhlə-natiqlər 1 May bayramının beynəlxalq
xarakter daşıdığını göstərir, eyni zamanda qeyd edirdilər ki, onlar bu bayramın
əhəmiyyətini yaln ız müstəqilliyə nail o lduqdan sonra anlayıblar. İki anlayışı
beynəlmiləlçilik və milli müstəqilliyi vəhdətdə görən konfrans iştirakçıları 1 May
nümayişinə yeni şüarla - " Yaşasın müstəqil Azərbaycan!" şüarı ilə çıxmağı qət
etdilər
74
.
1 Mayı bütün dünya fəhlələrinin bayramı kimi q iy mətləndirən konfrans
nümayəndələri ölkənin azad vətəndaşlarına dünya demok ratiyasının səsinə səs
vermək əzmin i nü mayiş etdirmək məqsədilə bu bayramda iştirak etmək qərarına
gəldilər. Konfransdakı çıxışında "Müsavat" partiyasının fəallarından olan bir fəhlə
qeyd etdi ki, müstəqil olmayan millətin yo xsul sinfi də asılı vəziyyətdə olacaqdır.
Ona görə də " Yaşasın bu istiqlalı qoruyan millət və partiya!"
75
. Bu şüar da
301
sonradan nümayişdə səslənib alqışlandı.
Konfransın uğurla nəticələn məsi, müsavatçı liderlərin ö z sıralarını
səfərbər etməsi azərbaycanlı fəhlələrə mütəşəkkil qaydada nümayişə çıxmaq
imkanı yaratdı. Nü may işdə bolşevik təşviqatçılarının irəli sürdükləri və əsasən rus
fəhlələrin i b irləşdirən " Yaşasın Sovet Rusiyası!" şüarına qarşı azərbaycanlı fəhlələr
öz şüarlarını qoydular. 1 May günü küçələrdə gözəl Şərq təranələrinin sədası
altında irəliləyən müsəlman təşkilat ların ın üçrəngli bayraqları qırmızı bayraqlarla
birgə dalğalanırd ı. Müsəlman natiqlərin çıxışları u zun sürən sürəkli alqışlarla
müşayiət olunurdu. Bayramın şən keçməsində orkestrin müşayiəti altında bir sıra
inqilabi mahnılar ifa edən Dövlət Opera Teatrı xorunun da xid mətləri az deyildi
76
.
Beləliklə, A zərbaycan siyasi xadimlərinin səyi nəticəsində nümayiş
beynəlxalq bayram kimi qeyd olundu.
Ancaq BFK-n ın bolşevik liderləri ü mu mi tətil keçirilməsinə yenə cəhd
göstərdilər. Mayın 4-də BFK mayın 6-dan ümu mi iqtisadi tətil başlanacağını elan
etdi və ona rəhbərlik üçün Mərkəzi Tətil Ko mitəsini seçdi
77
.
Tətilin keçiriləcəyi haqqında məlu matı olan höku mət onun qarşısını almaq
məqsədilə b ir sıra qəti tədbirlərə əl atdı. Bununla əlaqədar olaraq, Azərbaycan
parlamenti baş nazir N.Yusifbəylin in tətilin ləğvi üzrə görülmüş işlər haqqında
məruzəsin i din lədi və bu sahədə hökuməti müdafiə etmək barədə qərar qəbul etdi.
1919-cu il may ın 5-də Azə rbaycan hökuməti da xili işlər nazirin in
məruzəsi üzrə qətnamə qəbul etdi. Burada "fəhlə konfransının elan etdiyi tətil
siyasi tətil sayılır", höku mətin onunla əlaqədar fəaliyyət istiqaməti
müəyyənləşdirilərək deyilirdi ki, baş nazirə fəa liyyəti Azərbaycan dövlətçiliyin in
əleyhinə yönəlmiş hesab olunan şəxslərin həbs olunması və Azərbaycan
ərazisindən çıxarılması da daxil olmaq la tam fəaliyyət sərbəstliyi verilsin, əmək
nazirinə tapşırılsın ki, iqtisadi tələbləri sahibkarlar və fəhlələrlə birlikdə mü zakirə
etsin
78
.
Azərbaycan hökumətin in qadağalarına ba xmayaraq, BFK-nın liderləri
1919-cu il mayın 6-da tətil keçirdilər. Tət ilin e lan o lun ması anından azə rbaycanlı
fəhlələr onun ləğv olunmasında çox fəal iştirak etdilər. Məsələn, azərbaycanlı
dəmiryolçular siyasi tətil elan etməyə qarşı ciddi etiraz etdilər, b u isə tətilçilərin
sırasında qarışıqlığa səbəb oldu. Azərbaycanlı fəhlələrin sayəsində dəmiryolçuların
tətildə iştirakı baş tutmadı. Tətilçiləri dəstəkləməyən çapçıların xid məti sayəsində
isə qəzetlərin nəşri davam etdirildi
77
. Su kəməri və teleqraf fəh lələri də tətilə
qoşulmad ılar.
Tətil keçirmək məsələsində fəhlələrin aralarında birlik olma ması, BFK-nın
menşevik-eser və bolşevik liderləri arasındakı ixtilaf, müsəlman sosialist partiyalarının
hökumətin xəttini müdafiə etməsi, hakimiyyətin qətiyyəti və ingilis komandanlığının onu
dəstəkləməsi tətili elə ilk gündən uğursuzluğa məhkum etdi, tətil hərəkatı tezliklə
səngiməyə başladı. BFK-nın menşevik-eser cinahı lap başlanğıcda gözləmə mövqeyi
tutmuşdu, sonra isə tətilə münasibətdə əks mövqeyə keçdi. Obyektiv gerçəkliklə barışmaq
302
istəməyən bolşeviklər isə tətilin dayandırılmamasına çalışırdılar. Onlara Xəzər donanması
dənizçiləri daha çox etimad göstərir və tətili davam etdirird ilər.
Parlament və ingilis komandanlığı tərəfindən müdafiə olunan hökumət mayın 9-
da tətilçilərin qızışdırıcılarını və təşkilatçılarını həbs etdi. Onların arasında 43 nəfər fəal
iştirakçı, tətil komitəsinin əsas rəhbərləri A.Mikoyan, A.Anaşkin, A.Çurayev və Qubanov da var
idi. Hökumətin siyasi xəttini müdafiə etdiyini bir daha nümayiş etdirmək istəyən müttəfiq
qoşunların Qafqazdakı baş komandanı general C.Miln dəmir yolları, rabitə sistemi, körpülər və
hərbi anbarların və s. işinin pozulmasında iştirak edən adamların hərbi məhkəməyə ve-
rilməsi və ölüm hökmü ilə cəzalandırılması barədə əmr verdi
80
.
Yaranmış şəraitlə əlaqədar olaraq, BFK Həştərxanla mal mübadiləsinin bərpa
edilməsi haqqında tələbi gündəlikdən çıxarmağı qərara aldı və həbs olunanların
buraxılması, tətil müddətində işdən çıxarılanların işə bərpa olunması, tətil günləri üçün pul
ödənilməsi və əmək haqqına əlavələr edilməsi haqqında tələblər irəli sürdü.
Hələ mayın 9-da hökumət əmək nazirinə göstəriş vermişdi ki. fəhlə konfransı
nümayəndələri və sahibkarlarla birlikdə tətilin dayandırılması və fəhlələrin həyatının
yaxşılaşdırılması barədə danışıqlar aparsın. Elə həmin gün hökumət maliyyə nazirinə də
"...ağır vəziyyətləri ilə əlaqədar olaraq, may ayı üçün, istisna hal kimi, fəhlələrə ssuda
verməyi və neft sənayeçilərindən borcun ödənilməsi haqqında təminat tələb etməy i
81
tapşırmışdı.
1919-cu il mayın 13-də tətil tam uğursuzluqla sona çatdı.
Bu, bolşeviklərin məğlubiyyətə uğramasını göstərsə də, onlar ölkədə sabitliyi
pozmaq məqsədindən əl çəkməmişdilər. Onların BFK-nı yenidən qurmaq cəhdi uğurla
nəticələndi, rəhbərlikdəki eser-menşeviklər bolşeviklərlə əvəz olundu. Həmkarlar
ittifaqlarına nəzarət etmək uğrunda mübarizə başlandı. Onlar bolşevik marağı üçün
təsadüfı obyekt deyildi. Ən mühüm iqtisadi problemlər, o cümlədən Sovet Rusiyasına neft
göndərilməsi həll olunmadığından fəhlələr narazı idilər və etirazlarını bildirirdilər.
Bolşeviklər isə həmkarlar ittifaqlarını fəhlələrə məhz siyasi təsir vasitəsi sayır və höku-
metin həmkarlar ittifaqları ilə tənzimlənən əlaqəsi olmadığından faydalanırdılar. Bolşevik
liderlərinin fəhlələrin həyatının yaxşılaşdırılmasını birbaşa siyasi quruluşun dəyişdirilməsi
ilə bağlayan bəyanatları BFK və həmkarlar ittifaqlarında xırda burjua müxalifətinin
zəifləməsinə və 1919-cu ilin yazında bolşeviklərin həmkarlar ittifaqları üzərində tam
nəzarətinə səbəb oldu, həmçinin Azərbaycan, Dağıstan və Zakaspi həmkarlar ittifaqlarının
1919-cu ilin aprelində keçirilən qurultayının bolşevik platformasında dayanması ilə nəti-
cələndi
82
. Həmin ilin yayında Bakıdakı həmkarlar ittifaqlarının, demək olar ki, hamısının idarə
heyətində kommunistlər çoxluq təşkil edirdilər. Sentyabrda onlar sağ sosialistlərin son
dayağı olan Bakı həmkarlar İttifaqları Şurasını ələ keçirdilər. Az sonra Azərbaycan koo-
perasiyasının da aqibəti belə oldu
83
.
Daxili həyatın hər cür çətinliklərinə baxmayaraq, Azərbaycanın taleyi daha çox
dünya səhnəsində baş verən hadisələrlə, ilk növbədə, Sovet Rusiyası ilə bağlı idi. O dövrdə
Sovet Rusiyasının öz taleyi isə bu ölkədə hansı qüvvələrin qələbə çalmasından asılı idi. Bu
reallığın dərk olunması azərbaycanlılar üçün belə bir sual ortaya çıxarırdı: vətəndaş
303
müharibəsində iki tərəfdən hansı onlar üçün daha az təhlükəlidir?
Rusiyada düşmənçilik edən iki tərəfdən azərbaycanlılar üçün daha çox təhlükə
törədən Cənubi Rusiyada general Anton Denikinin komandanlıq etdiyi Könüllülər Ordusu
"Ağ qvardiya" idi. "Vahid və bölünməz Rusiya" uğrunda vuruşan mühafizəkar hərbçilər
müqəddəratını təyin etmiş dövlətlərin suverenliyinə çətin ki, hörmət bəs ləyəydilər.
Petrovsk şəhərini tutan Denikin ordusu cənuba doğru hərəkət edirdi. Dağlılar
Respublikasının parlamenti və hökuməti özünü buraxmağa məcbur oldu. Azərbaycanla Sovet
Rusiyası arasında bufer dövlət rolunu oynayan Dağlılar Respublikasının süqutu artıq
Azərbaycan üçün birbaşa təhlükə idi, buna görə də Denikinin irəliləməsi ciddi təşviş
doğururdu. Azərbaycan Cümhuriyyətinin Xarici İşlər Nazirliyi müttəfiq qoşunların
komandanlığından Könüllülər Ordusu qoşun hissələrinin Dağıstandan çıxarılması üçün hər
cür qəti və təxirəsalın maz tədbirlər görülməsini tələb etmişdi
84
.
İngilislərin Denikini müdafiə etmələri siyasi gediş idi və onlar heç də Bakını
tutmaq, Könüllülər Ordusuna yardım etmək fikrində deyildilər. Hələ 1919-cu ilin
yanvarında Tomson Qafqaz dağları boyunca və Dağıstanın şimal hissəsindən keçən
demarkasiya xəttinı müəyyənləşdirmişdi. Bundan əlavə, martda ingilislər Bakının yaxın-
lığında yerləşmiş, Rus Xəzər Donanması adlandırılan hərbi birliyin tərksilah olunması
haqqında fərman vermiş, general Prjevalski isə Azərbaycan ərazisini təcili tərk etmişdi.
İngilislər Biçeraxovun dəstəsinin də tərksilah edilməsinə çalışırdılar, polkovnik özü isə
təltif olunmaq bəhanəsilə İngiltərəyə dəvət edilmişdi.
Beləliklə, ingilis komandanlığı Denikinin cənub istiqamətində irəliləməsinə
münasibətdə öz qətiyyətini büruzə verməyə çalışırdı. Lakin hadisələrin sonrakı gedişi
bunun A.Denikinin planlarına təsir göstərmədiyini təsdiqlədi. Bütün bunlar milli hökumətin
Vətənin taleyi uğrunda narahatçılığını daha da artırırdı. Aydın olurdu ki, Bakı nefti
ağqvardiyaçıların növbəti məqsədidir.
Hökumət yeni diplomatik tədbirlərə əl atdı, o cümlədən general Şatelvorq və
Bakıdakı İtaliya nümayəndəliyi ilə danışıqlar apardı. Könüllülər Ordusunun ingilis qərargahı
yanındakı nümayəndəsi general Lazarev hökuməti əmin etdi ki, "Denikin ordusu
Azərbaycana münasibətdə heç bir təcavüzə əl atmaq fikrində deyil və onun müstəqilliyini
tanıyır"
85
. Lakin bu, Denikinin əsil niyyətlərini yaxşı təsəvvür edən hökuməti sakitləşdirə
bilməzd i.
Denikinçilər tərəfindən Dərbəndin tutulması ingilis komandanlığının
Azərbaycanla Denikin ordusu arasında qoyduğu demarkasiya xəttinin b irbaşa pozulması
demək idi.
1919-cu il mayın 26-da parlament öz iclasında Könüllülər Ordusu tərəfindən
Petrovsk və Dərbəndin tutulması ilə bağlı "Müsavat" fraksiyasının sorğusunu, eyni
zamanda respublikanın müstəqilliyinin müdafiəsi üzrə tədbirləri müzakirə etdi. Bu məsələ
ilə bağlı çıxış edən fraksiya lideri M.Ə.Rəsulzadə bildirdi ki, müstəqilliyimizi qorumaq
zərurəti aydındır, çünki Dağıstan Rusiyanın Azərbaycana və yeni yaranan dövlətlərə giriş
qapısıdır
86
. Sorğuya cavabla çıxış edən baş nazir N.Yusifbəyli dövlət sərhədlərinin
təhlükəsizliyini təmin etmək üçün hökumətin atdığı konkret addımlar haqqında danışdı.
304
Aydın oldu ki, Xarici İşlər Nazirliyi Könüllülər Ordusunun Dağıstanın hüdudlarından
çıxarılması tələbi ilə ingilis komandanlığına nota göndərmiş, hökumətin sədri isə digər zəruri
diplomatik tədbirlər görmüşdür. Parlament hökumətin həyata keçirdiyi bütün tədbirləri
bəyəndi və ona yardım edəcəyini bildirdi
87
.
Azərbaycanın ciddi təhlükə qarşısında dayandığı bir dövrdə parlamentin bütün
fraksiyaları ölkənin müstəqilliyini qorumaq əzmində olduqlarını yekdil nümayiş etdirdilər.
Denikin ordusunun Azərbaycan sərhədlərinə getdikcə yaxınlaşması onunla mübarizəni ölkənin
ən başlıca ümummilli vəzifəsinə çevirdi. Denikin təhlükəsi "Bütün Qafqazda sülhün və
sabitliyin qorunması missiyasını" öz üzərinə götürmüş Britaniya komandanlığı ilə aparılan
diplomatik danışıqların əsas predmeti olmaqla bərabər, bütün Qafqazda təhlükəsizliyin tə-
min edilməsi sahəsində Cənubi Qafqaz respublikalarının birgə əməkdaşlığı üçün də real
zəmin yaratdı.
1919-cu il mayın 29-da F.X.Xoyski Tiflisdə keçirilən Cənubi Qafqaz
respublikalarının konfransında çıxış edərək, Könüllülər Ordusunun Şimali Qafqaz Dağlı
Xalqları İttifaqı Respublikasının ərazisinin, xüsusən Dağıstanın Azərbaycan üçün bilavasitə
təhlükə yaradan işğalına qarşı etiraz bildirməyi tələb etdi
88
. Azərbaycan nümayəndəliyinin
təkidi ilə konfrans Könüllülər Ordusu tərəfindən Şimali Qafqazın öz müqəddəratını təyin
etmiş xalqlarının ərazisinin işğal edilməsini pisləyən qətnamə qəbul etdi. Qətnamədə
həmçinin bu qüvvələrin bütün Cənubi Qafqaz respublikalarının müstəqilliyinə bilavasitə
təhlükə törətdiyi qeyd olunurdu.
Paris sülh konfransının və neytral dövlətlərin diqqətini general Denikinin işğalçı
niyyətlərinə və onun öz müqəddəratını təyin etmiş Qafqaz xalqlarının hüquqlarını pozmasına
yönəldən Cənubi Qafqaz konfransı "ümumi təhlükəyə qarşı öz azadlığını və müstəqilliyini
qorumaq naminə bütün Zaqafqaziya respublikalarının hərbi-diplomatik səylərini
birləşdirməyi" qət etdi
89
.
Mübarizəsini diplomatik səviyyədə davam etdirən Azərbaycan hökuməti
Denikinə böyük kömək göstərdiyi üçün ona ciddi təsiri olan ingilis komandanlığına
dəfələrlə müraciət edərək, Könüllülər Ordusunun hərəkətlərinə qarşı öz etirazını bildirdi.
Yeni demarkasiya xəttinin müəyyənləşdirilməsinə və Könüllülər Ordusunun göstərilən
xətdən geri çəkilməsi haqqında ingilis komandanlığının qəti tələbinə baxmayaraq, general
A.Denikinin dəstələri Dərbənd şəhərində və bütün Dağıstanda qalmaqda davam edirdi.
1919-cu il iyunun 3-də Yekaterinodarda Azərbaycanın Kubandakı diplomatik
nümayəndəsi C. Rüstəmbəyovla ingilis hərbi nümayəndəliyinin başçısı general Briqsin
iştirakı ilə keçirilən görüşdə general A.Denikin Azərbaycan diplomatını əmin etməyə çalışdı
ki, onun tərəfindən Dərbəndin və Petrovskun tutulması Həştərxan kommunistlərinə qarşı
mübarizədən doğan strateji niyyətlərlə izah edilməlidir
90
. Amma baş vermiş sonrakı
hadisələr denikinçilərin vədlərinin yalan olduğunu, ingilis komandanlığının isə Könüllülər
Ordusuna loyal münasibət bəslədiyini inandırıcı surətdə sübut etdi. İkili standart siyasəti
yürüdən ingilis komandanlığı bir tərəfdən, Azərbaycanın müstəqilliyinin tərəfdarı
olduğunu bildirir, digər tərəfdən isə Könüllülər Ordusunu özünün müəyyənləşdirdiyi
"Zaqatala-Qızılburun" demarkasiya xəttində dayandırmaq üçün heç bir ciddi cəhd
305
göstərmirdi. General Denikinin Bakıdakı müttəfiq qoşunlarının komandanı general
Şatelvorqa göndərdiyi teleqramda birbaşa göstərilirdi ki, onun qoşunları demarkasiya xəttini
ingilis komandanlığının razılığı ilə keçiblər. O, öz ordusunun Dağıstanda olmasını bu
bölgədə dinc həyatı bərpa etməyin, sərhədlərin möhkəmləndirilməsini isə bolşevizmin
bütun təzahürlərinə qarşı mübarizənin vacibliy i ilə izah ed irdi
91
.
Ağqvardiyaçıların bu hərəkətlərinə ingilis komandanlığının razılıq verməsi faktı
Azərbaycan hökumətinin ciddi təşvişinə səbəb oldu. Hökumətin başçısı N.Yusifbəylinin
general Kori ilə görüşü oldu. General növbəti dəfə hökumət başçısını əmin etməyə çalışdı
ki. Denikinlə hərbi əməliyyatlar olacağı təqdirdə ingilis komandanlığı Azərbaycanı müdafiə
edəcək
92
. Lakin ingilis komandanlığının əvvəlki vədlərini də yerinə yetirmədiklərini nəzərə
alan Azərbaycan hökuməti öz təhlükəsizliyinin ancaq vədlərlə təmin ediləcəyinin
mümkünsüzlüyünü yaxşı başa düşürdü.
Artıq yeni demarkasiya xətti - Zaqatala-Qızılburun xətti haqqında danışan
Denikin komandanlığının Azərbaycanla bağlı bəyanatları daha sərt xarakter daşımağa
başlamışdı. Azərbaycan hökumətinə göndərdiyi teleqramda polkovnik Lazarev öz
ordusunun əsas məqsədlərini belə açıqlamışdı: "Cənubi Rusiya silahlı qüvvələrinin
komandanlığı Azərbaycanı Rusiyadan ayrılmış hesab etmir. O, Rıısiyada ali hakimiyyətin
bərpa olunacağından sonra onun bu məsələni həll edəcəyinə qədər Azərbaycanın
müstəqilliyini mümkün sayır və onu tanıyır"
93
. Beləliklə, keçmiş çar general və zabitləri
Azərbaycanı Rusiyanın tərkib hissəsi saymaqda davam edirdilər.
Təşviş doğuran bu səbəbləri nəzərə alan Azərbaycan parlamenti iyunun 5-də
bir daha Denikin təhlükəsi ilə bağlı məsələnin müzakirəsinə qayıtmağa və hökumətdən
ölkənin müdafiəsinə dair daha əməli və qəti tədbirlər görməyi tələb etməyə məcbur
oldu. Deputatlar qarşısında çıxış edən baş nazir N.Yusifbəyli hökumətin gördüyü bütün
tədbirlər haqqında onlara məlumat verdi. Hökuməti qətiyyətsizlikdə günahlandıran və
ondan daha sərt tədbirlərə əl atmağı tələb edən sosialistlərdən başqa, parlamentin bütün
fraksiyaları hökumətin bu istiqamətdə fəaliyyətini təqdirəlayiq hesab etdi.
N.Yusifbəylinin məru zəsi üzrə çıxışlarda bütün fraksiyalar ü mu mi düşmənə
qarşı vahid cəbhədən çıxış etməyin vacibliyini vurğuladılar. Parlamentin qəbul etdiyi
bəyanatda deyilirdi ki, Denikinin dövlətçiliyimiz əleyhinə yönəlmiş hərəkətləri kiçik
xalqları əsarət altına alıb, azadlıqsevər demokratiyanı məhv etməyə çalışan keçmiş çar
generallarının imperialist niyyətlərinin nəticəsidir. Parlament Azərbaycanın bütün
vətəndaşlarını hökumətin ətrafında birləşməklə ordunun və hökumətin yaxınlaşmaqda olan
düşmənə qarşı mübarizədə müvəffəqiyyət qazanmasına yardım etməyə çağırdı. Parlament
ümidvar olduğunu bildirdi ki, Cənubi Qafqazın bütün xalqları özlərinin azad inkişafı və
müstəqilliklərinin qorunması uğrunda apardıqları mübarizədə birləşəcəklər. O, öz
müqəddəratlarını təyin etmiş xalqları müdafiə etmək üçün dünya xalqları və
parlamentlərinə müraciət edərək, onları Denikinin yürüşünə qarşı öz etirazlarını bildirməyə
çağırdı
94
. Ölkənin müdafiəsi məqsədilə Azərbaycan parlamenti hökumətin tərkibində ölkəni
və ya onun bir hissəsini fövqəladə hərbi və ya mühasirə şəraitində elan etməyə, könüllü
dəstələr təşkil etməyə və s. səlahiyyəti olan xüsusi orqan təsis edilməsini məqsədəuyğun
306
hesab etdi
95
. 1919-cu il iyunun 14-də N.Yusifbəyli (sədr), A.Səfikürdski, X.Məlikaslanov,
M.Y.Cəfərov və S.Mehmandarovdan ibarət tərkibdə yaradılmış Dövlət Müdafiə Komitəsi
bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etdi və onun Denikinlə mübarizəyə
yönəlmiş, hamı üçün məcburi olan qərarı baş nazirin imzası ilə dərc olundu
96
.
Respublikada hərbi vəziyyətin elan olunması Denikin təhlükəsinə qarşı
mübarizənin yeni mərhələsi oldu ki, bu da hökumətin daha qəti və konkret tədbirləri ilə
səciyyələnirdi. Ancaq ingilislərin mövcud şəraiti Den ikinə gü zəştlər edilməsi
hesabına yüngülləşdirmək cəhdləri vəziyyəti daha da gərginləşdirirdi.
1919-cu il iyunun 11-də ingilislə r Petrovskdan cənubda yeni demarkasiya
xətti ilə müəyyənləşdirilən sərhədləri qeydə ald ılar. Bu, onların Denikinin bütün
Dağıstanı işğal etməsi faktı ilə prinsipcə razı olduqlarını göstərirdi. Nəticədə
Könüllülər Ordusu Azərbaycan sərhədlərinə daha da yaxınlaş mış olurdu
97
. Eyni
zamanda Böyük Britaniya su nəqliyyatının rəisi polkovnik Braunun sərəncamına uyğun
olaraq, Xəzər dənizinin Petrovsk, Bakı və Krasnovodsk limanları ingilislərin
idarəsi altında qalırdı
98
.
Bütün bu faktlar ingilislərin Qafqazda ikili standart siyasəti yeritdiklərini
bir daha təsdiq edir və bütün əhalinin narazılığına səbəb olurdu.
1919-cu il iyunun 8-də Ba kı şəhərin in Ba la xan ı, Zabrat, Ra mana neft-
mədən rayonları fəhlələrinin böyük mitinqi o ldu və onlar höku mətdən Bakının və
Azərbaycan sərhədlərinin müdafiə o lun ması üzrə təcili tədbirlər görülməs ini tələb
etdilər. Fəh lələrin qəbul etdikləri qətnamədə deyilirdi: "...Bakı limanından
Denikinə mərmilər göndərilir və buna Zaqafqaziyada, o cü mlədən də Bakıda iki-
üzlü siyasət yeridən həyasız ingilis ko mandanlığ ı kö mək edir"
99
,
İkinci demarkasiya xəttinə də Denikinin məhəl qoymaması Azərbaycan-
Gürcüstan əməkdaşlığı üçün görülən tədbirləri daha da sürətləndirdi və hər iki
respublika ö z ara larında hərbi müqavilə bağla mağı qərara a ldılar. Bu barədə
Ermənistan hökumətinə də mü raciət edildi. Lakin öz qonşularına qarşı Denikinlə
gizli sazişə girmiş Ermənistan hökuməti mü xtəlif bəhanələrlə iyun ayının 16-da
Denikin təhlükəsinə qarşı Azərbaycanla Gürcüstan arasında imzalanan hərbi-
müdafiə paktına qoşulmad ı. Həmin pakta görə, A zərbaycanın və Gü rcüstanın
müstəqilliy i və ərazi bütövlüyünə qarşı hər hansı döv lət tərəfindən təcavüz olduğu
təqdirdə müqavilədə olan tərəflər üç il müddətində bir-birinə hərbi yard ım
göstərməyə borclu idilər
100
.
Əvvəlcə ingilis ko mandanlığının Azərbaycan-Gürcüstan hərbi-müdafiə
paktına münasibəti mənfi id i. Lakin sonralar bu münasibət dəyişildi. Paris sülh
konfransına göndərilən məlu matda deyilird i ki. ingilis ko mandanlığı imzalan mış
hərbi sazişi Cənubi Qa fqazın birliyi üçün başlıca təminat hesab edir
101
.
Paris konfransında iştirak edən Azərbaycan, Gürcüstan və Dağlılar Respublikası
nümayəndələri Avropa hökumətlərini, Antanta Ali Şurasının üzvlərini inandırmağa
çalışırdılar ki, Cənubi Qafqazda Könüllülər Ordusunun yolunu bağlamaq lazımdır. Onların
Ali Şuraya təqdim etdiyi bəyanatda göstərilirdi ki, müttəfiqlər tərəfindən müdafiə olunan
307
Könüllülər Ordusuna bildirilməlidir ki, o, Qafqaz xalqları ilə mübarizə aparmaq üçün deyil,
bolşevizmə qarşı mübarizə aparmaq üçün yaradılmışdır. Ona görə də bəyanatda təklif
edilirdi ki, Qafqaz respublikalarının hüquqlarına hörmətlə yanaşılması və işğal edilmiş
ərazilərdən çıxmaları Könüllülər Ordusundan tələb edilməlidir
102
.
Beləliklə, bütün Qafqaz xalqlarının azadlıq və müstəqilliyinə qarşı Şimaldan
gələn təhlükə ilə mübarizəni təşkil etmək istiqamətində Azərbaycan və Gürcüstan
hökumətlərinin birgə səyləri hərbi müdafiə paktının bağlanması ilə başa çatıb öz bəhrəsini
verdi. Dost Azərbaycan və gürcü xalqları bütün dünyaya sübut etdilər ki, öz hüquqlarını
birgə müdafiə etməyə hazırd ırlar.
Azərbaycan parlamentinin müqaviləni ratifikasiya etdiyi, 1919-cu il iyunun 27-də
keçirdiyi iclasında çıxış edən "Müsavat" fraksiyasının lideri M.Ə.Rəsulzadə bağlanmış sazişi
Cənubi Qafqaz xalqlarının daha sıx və daimi əməkdaşlığı istiqamətində atılan ilk addım
kimi qiymətləndirərək qeyd etdi ki, "bu ittifaq yalnız bir məqsəd üçün əqd olunmuşdur ki,
o məqsəd də bizim istiqlalımızı və təmamiyyəti-mülkiyyətimizi xarici qüvvələrə qarşı
müdafiədir. Burada təcavüz məqsədi yoxdur və o lamaz..."
103
.
Müqavilənin ratifikasiyasından sonra hökumət Tiflisdən 12 yüngül, 12 dağ topu,
24 "Maksim" tipli pulemyot və xeyli miqdarda digər sursat və hərbi ləvazimat aldı.
Müqaviləyə uyğun olaraq, bir qrup azərbaycanlı hərbi təhsil müəssisələrində oxumaq üçün
Gürcüstana göndərildi. 1919-cu ilin sonlarında İtaliyanın hərbi naziri ilə Azərbaycana
avtomobil, aeroplan, projektor və s. verilməsi barədə də danışıqlar aparılırdı
104
.
Cənubi Qafqaz respublikalarının öz qüvvələrini cəmləşdirməsinə hərbi-
müdafiə müqaviləsini imzalamayan daşnak Ermənistanı ciddi maneə törədirdi. İrəvan
daşnak hökuməti özünü Rusiya əleyhinə olan hər hansı bir blokda heç bir vəchlə təsəvvür
edə bilmirdi.
Bununla yanaşı, Azərbaycanda uzun müddət qaldıqlarına görə narazılıq edən
və vətənə qayıtmalarını istəyən ingilis əsgərlərinin sıralarında da intizamsızlıq və
əxlaqsızlıq halları güclənirdi. Bu, ingilislərin Bakıdan çıxarılması prosesini sürətləndirdi.
İngilis komandanlığı Azərbaycanı tərk edib getməmişdən əvvəl hərbi ləvazimatı Könüllülər
Ordusuna, sərəncamında olan Xəzər Hərbi Donanmasını isə 1919-cu il avqustun
əvvəllərində Denikinə verdi. Buna kəskin etiraz edən Azərbaycan hökumətinin notasında
göstərilirdi ki, "...Xəzər hərbi Donanması hissələrinin Könüllülər Ordusuna verilməsi
Azərbaycanın müstəqilliyi və bütövlüyü üçün birbaşa təhlükədir və onun əhalisinin ciddi
narahatçılığına səbəb olmaya bilməz"
105
.
Eyni zamanda 1919-cu il avqustun 4-də ingilis komandanlığı Azərbaycan və
Gürcüstan sərhədləri boyunca üçüncü demarkasiya xəttini müəyyən etdi. Nəticədə Dağıstan
tamamilə Könüllülər Ordusunun nəzarəti altında qaldı. Bu zaman Cənubi Qafqaz respublika-
larına təkid edilirdi ki, ağqvardiyaçı qoşunlara qarşı hər hansı hücum hərəkətindən çəkinsinlər
və general Denikinə kömək göstərsinlər
106
.
Britaniya komandanlığının bu addımı onun həm Denikin ordusunun arxadan
təhlükəsizliyini təmin etmək, həm də Cənubi Qafqazda sülhü və sabitliyi saxlamaq
niyyətində olmasından xəbər verirdi.
308
Britaniya qoşunlarının tezliklə Azərbaycandan çıxarılacağı haqqında rəsmən
məlumat alan Azərbaycan hökuməti regionda hadisələrin gedişatını təşvişlə izləyirdi. Denikin
qoşunlarının ölkənin şimal sərhədlərinə yaxınlaşdığı, Qarabağda vəziyyətin hələ də gərgin
olduğu bir zamanda Azərbaycan dünyanın güclü dövlətlərindən birinin himayəsinə ehtiyac
duyurdu. Belə bir dövlət həmin dövrdə yalnız Böyük Britaniya ola bilərdi. Buna görə də
Azərbaycan hökuməti xarici işlər naziri M.Y.Cəfərovun şəxsində ingilis hökumətinə mü-
raciət edərək, onun öz qoşunlarını Azərbaycandan çıxarmaq haqqında qərarından narahat
olduğunu bildirərək, bu qərara yenidən baxmağı ondan xahiş etmişdi. General Şatelvorqla
görüşündə Britaniya qoşunlarının müəyyən hüquqi şərtlərlə Azərbaycanda qalmasının
mümkünlüyü haqqında danışan M.Y.Cəfərov
107
həmçinin Azərbaycanın öz ərazisinin su
sahələrini qorumaq üçün lazımi vasitələrə malik olmadığını bildirmiş və buna görə də
gəmilərin bir hissəsinin Azərbaycan hökumətinin sərəncamına verilməsini xahiş etmişdi
108
.
İngilislərin susması M.Y.Cəfərovu general Şatelvorqa yenidən müraciət etmək
məcburiyyətində qoydu. Onun 1919-cu il avqustun 8-də ingilis generalına göndərdiyi
məktubunda göstərilirdi ki, Britaniya hökumətin in məlu m qərarı A zərbaycan
dövlətinin paytaxtını və onun ərazisinin su sahələrini mü mkün xarici müdaxiləyə və
bolşevik təhlükəsinə qarşı müdafiəsiz qoymaqla bərabər, əhalidə dərin narahatlıq
yaradır. Bütün bunları bir daha İngiltərə höku məti nümayəndəsinin nəzərinə çatdıran
M.Y.Cəfərov Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin əvvəl tələb etdiyi
gəmilərin ona verilməsi barədə xahişini yenidən ona xatırlatdı
109
. Xəzər donanması
gəmilərinin Könüllü lər Ordusunun ixtiyarına verilməsi A zərbaycan Cü mhuriyyətinə
məxsus mülkiyyətin özbaşınalıqla ələ keçirilməsi faktı idi. Bununla belə,
Azərbaycan hökumətinin bütün cəhdlərinə baxmayaraq, onun bu müraciəti də
cavabsız qald ı. Lakin sonradan M. Y. Cəfərovla görüşündə general Kori Azərbaycan
tərəfini bir daha əmin etməyə çalışdı ki, gəmilərin, nəqliyyat vasitələri və
avadanlıqların, xüsusi tankerlərin Könüllü lər Ordusuna verilməsi Cənubi Qafqaz
Respublikalarının toxunulmazlığını təmin etmək şərti ilə həyata keçirilmişdir
110
.
Denikin ordusuna belə böyük kömək göstərmə lərini ingilislər Ve rsal
konfransında bolşevizmə qarşı müharibə aparılmasının məqsədyönlü sayılması ilə
əsaslandıraraq, bu işə qoşulan bütün qüvvələrə yardım etmək arzusunda olduqlarını
bildirdilər
111
.
Öz əsas qüvvələrini Qızıl Ordunun hücumların ın qarşısını almaq üçün
cəmləşdirib başqa istiqamətə yönəldən general Denikin Qafqazda hərbi
əməliyyatları müvəqqəti dayandırsa da, ö z nü mayəndəsi
general N.Baratova
göndərdiyi təlimatda Cənubi Qafqaza Rusiyanın tərkib hissəsi kimi baxmağı, ancaq
hələlik yerli höku mətlərin mövcudluğunu qəbul etməy i tövsiyə edirdi
112
.
Müttəfıq qoşunlarının Cənubi Qafqaz ərazisindən çıxarılması 1919-cu il
avqustun 4-21-nə nəzərdə tutulmuşdu
113
.
İngilis qoşunlarının A zərbaycandan çıxarılması ölkənin gələcək taleyinə
aid sualları yenidən ortaya gətirdi. Müttəfiq qoşunları Cənubi Qafqazdan getdikdən
sonra Azərbaycan müstəqil yaşamaqda davam edir, ölkədə heç bir qeyri-adi hadisə
309
baş vermird i. Had isələrin gedişatı göstərdi ki, Qarabağda olan münaqişədən başqa,
daxili qayda-qanunu qorumaq üçün heç vaxt xarici qüvvəyə ehtiyac olmayıb. Qərb
dövlətlərindən hərbi yardım almaq zərurəti isə Den ikin yaxud Sovet Rusiyası
tərəfindən həmişə mövcud olan təhlükə ilə bağlı idi. Eyni za manda kiçik dövlətlərin
müstəqil yaşaması heç də onların iqtisadi və siyasi cəhətdən sabit olan daha böyük
ölkələrə oriyentasiyası məsələsini ortadan çıxarmırdı. Bu baxımdan müttəfiqlərin
qoşunları getdikdən sonra Azərbaycanın və Gürcüstanın taleyi onların Antanta dövlətlərinə
yönüm seçimin i tələb edirdi.
1919-cu il avqustun 6-da Versal konfransında Azərbaycanın, Gürcüstanın və
Dağlı Respublikası nümayəndələrinin birgə iclasında xarici dövlətlərə oriyentasiya məsələsi
müzakirə edildi. İclasa sədrlik edən Ə.M.Topçubaşov qeyd etdi ki, indiki vaxtda bizim dövlət
həyatının müstəqilliyinə hədsiz arzumuza baxmayaraq, müəyyən bir dövrdə kənardan kömək
və yardım olmadan keçinə bilmərik. Bir halda ki, vəziyyət belədir, onda sağımıza və
solumuza baxıb özümüzə kömək axtarmalıyıq. Müzakirələrin gedişində bir sıra təkliflər irəli
sürüldü. Əvvəlcə göstərildi ki, Azərbaycan və Gürcüstan nümayəndələri Millətlər
Cəmiyyətinə müraciət etsin, mandatı qəbul edən ölkə Millətlər Cəmiyyəti tərəfindən
müəyyən edilsin. Öz ölkəsinin İngiltərədən başqa heç bir oriyentasiyası olmadığını söyləyən
M.H.Hacınski sonra təklif etdi ki, Azərbaycanın mandatını götürmək İngiltərədən xahiş
edilsin. Gürcüstan nümayəndələri də bu təklifi dəstəklədilər. Lakin iclasda qeyd edildi ki, bu
müraciət digər dövlətləri incik salmayan bir formada olmalıdır. Ona görə də tərəflər əvvəl
İngiltərə tərəfinin fikrini öyrənmək, sonra isə Millətlər Cəmiyyətinə müraciət etmək
qənaətinə gəldilər. Millətlər Cəmiyyətində Böyük Britaniyanın həlledici rol oynayacağına
əsaslanıb bu niyyəti həyata keçirməyin mümkün olacağına ümid bəsləmək olardı
114
. Lakin
ümid doğuran ehtimal baş tutmadı, avqust ayının axırlarında ingilislər Qafqazdan çıxdılar.
Azərbaycan hökumətinin Parisdə olan nümayəndələrinə respublikanın xarici siyasətilə bağlı
göndərdiyi hesabatda göstərilirdi ki, avqust ayının axırlarında sonuncu ingilis hərbi dəstələri
Azərbaycan ərazisindən çıxmışdır
115
.
Azərbaycandan çıxmaq ərəfəsində, avqust ayının 23-də müttəfiq qoşunlarının
komandanlığı adından ingilis generalı Şatelvorq Bakı əhalisinə "vida çağırışı" ilə müraciət
etmişdi. Müraciətdə deyilirdi: "Fürsətdən istifadə edib indi Bakını tərk edən Britaniya
qoşunları adından Azərbaycan, xüsusən Bakı şəhəri əhalisindən üzr istəyirik. Səmimiyyətlə
təəssüflənirik ki, çoxsaylı dostlarımızla və tanışlarımızla vidalaşırıq, onlara ürəkdən sülh və
xoşbəxtlik arzulayırıq. Britaniya Ordusunun bütün qulluqçuları Azərbaycanda keçirdikləri gün-
lərin ən yaxşı xatirəiərini özlərilə aparırlar"
116
.
İngilis qoşunlarının 1918-ci ilin noyabrından 1919-cu ilin avqustuna qədər
Azərbaycanda olması bir çox cəhətdən Qərb demokratiyası çərçivəsində dinc yolla başa
çatdı. 1918-ci ilin oktyabrında imzalanmış Mudros sülhü şərtlərinə əsasən Bakıya daxil
olmuş İngilis qoşunları 1919-cu ilin avqustunda Azərbaycandan ehtiramla çıxdılar. Adil xan
Ziyad xanlı 1919-cu ildə Bakıda nəşr edilmiş "Azərbaycan" adlı kitabında yazırdı:
"Müttəfiqlərin bizə olan münasibət və əlaqələri daha əvvəlinci gündən zahir olub hörmət
pərdəsi aramızda quruldu. Yüz cürə əhvaldan nəticə, əlbəttə, o oldu ki, mədəni millətlərin
310
nümayəndələri bizim torpağımıza gəldikdə Azərbaycanda bütün əhvali-ictimaiyyə və
siyasiyyənin əhalinin rizasilə axıb getməkdə olduğunu gözləri ilə görüb həqiqət halı
yaxından dərk etdilər. Mən kəmali-ümid və cəsarətlə deyə bilərəm ki, nə qədər böyük,
mədəni millətlərlə münasibət və əlaqədə olarsaq bir o qədər də aramızdakı əlaqeyi-dostanə
möhkəmləşib bir-birimizin həqiqi əhvalından artıcaq xəbərdar olacağıq"
117
.
İngilis ordusunun Qafqazda olması təkcə Denikin təhlükəsinin qabağını almaq
üçün deyil, eyni zamanda Qafqaz respublikalarının münasibətləri kontekstində iri dövlətlərin
öz marağı üçün də əhəmiyyət kəsb edirdi. U.Çörçill belə bir fikir də söyləmişdi ki, guya
"Qara dənizdən Xəzər dənizinə qədər bütün Qafqazı tutmuş Britaniya diviziyası bir-
birilə rəqabət aparan xalqlar - gürcülər, ermənilər, türklər (azərbaycanlılar. - Red.), dağlılar
və ruslar arasında sülhün yeganə təminatçısı idi
118
. Böyük Britaniyanın Cənubi Qafqaz
siyasətini obyektiv işıqlandırmağa cəhd göstərmiş R.Uilman da qeyd edirdi ki, ingilis
siyasəti region xalqları arasında milli qırğınları aradan qaldırmaqda müsbət cəhət kimi
qiymətləndirilməlidir.
İngilislərin Bakıdan çıxması münasibətilə Azərbaycan Nazirlər Şurasının sədri
"Metropol" mehmanxanasında general Korinin və digər yüksək rütbəli şəxslərin şərəfinə
ziyafət vermişdi. Ziyafətdəki çıxışında general Kori qeyd etmişdi ki, bu çətin keçid
dövründə Azərbaycan hökumətinin və xüsusən Azərbaycan Xarici İşlər Nazirliyinin
fəaliyyəti, onların gördüyü işlər adamı heyrətləndirir
119
.
Bakını tərk edərkən ingilislər şəhər limanının idarəçiliyini, hərbi hissələrin
radiostansiyalarını, ordunun hərbi sursatını və hərbi gəmilərin bir hissəsini Azərbaycan
hökumətinə verdilər. İngilislərin verdiyi gəmilər əsasında Azərbaycanın Xəzər Donanması
yaradıldı. Azərbaycan hökumətinin öz dəniz sərhədlərini qorumaqla bağlı atdığı bu mühüm
addım az sonra Denikinin rəhbərlik etdiyi Cənubi Rusiyanın silahlı qüvvələrinin etirazına
səbəb oldu. Könüllülər Ordusunun dəniz donanmasının vitse-admiralı Gerasimov
Azərbaycan hökumətinə verdiyi notada Azərbaycan Xəzər Donanmasının ləğv edilməsi
tələbini irəli sürürdü. Notada deyilirdi: "Rusiya ilə İran arasında 1828-ci il fevralın 10-da
imzalanmış Türkmənçay müqaviləsinin 8-ci maddəsinə əsasən, yalnız Rusiya və İran
Xəzər dənizində ticarət donanması saxlaya bilər. Hərbi donanma saxlamaq hüququ isə ancaq
Rusiyaya məxsusdur. Cənubi Rusiya silahlı qüvvələrinin Baş Komandanlığı yanında
Dənizçilik İdarəsi bunu bildirməyi zəruri hesab edir ki, Azərbaycan hərbi və ticarət
gəmilərinin rus bayrağından başqa hər hansı bayraqla üzməsinə yol verməyəcək"
120
. Bu
əsassız notanı Azərbaycan Dövlət Müdafiə Komitəsi öz iclasında müzakirə edərək Xarici
İşlər Nazirliyinə tapşırdı ki, Cənubi Rusiya silahlı qüvvələrinin Baş Komandanlığının
nümayəndəsinə aşağıdakı məzmunda cavab versin: 1) Rusiya və İran arasında imzalanmış
Türkmənçay müqaviləsi yalnız Rusiya və İran üçün məcburi ola bilər, bu, yeni yaranmış
dövlətlərə aid deyildir; 2) Xəzər dənizi sahillərində yerləşən Azərbaycanın limanları və
ticarət gəmiləri vardır və bu gəmilər Azərbaycan bayrağı altında üzəcəkdir. Eyni zamanda
Dövlət Müdafiə Komitəsi Könüllülər Ordusu rəhbərliyinin belə tələblərini Azərbaycan
Cümhuriyyətinin suveren hüquqlarına qarşı yönəlmiş akt kimi qiymətləndirdi və Xarici İşlər
Nazirliyinə tapşırdı ki, bu məsələ ilə bağlı müttəfiqlərin Ali komissarları qarşısında etiraz
311
notası ilə çıxış etsin.
Bu məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ, Böyük Britaniya və
İtaliyanın Cənubi Qafqazda olan missiyalarına etiraz notası verdi və özünün Tiflisdə, Parisdə,
Kuban hökumətində olan diplomatik nümayəndələrinə məlumat göndərdi ki, mümkün olan
diplomatik vasitələrlə Könüllülər Ordusunun Azərbaycan hərbi Donanmasının
yaradılmasına qarşı yönəldilmiş təcavüzkar məqsədlərini dəf etsinlər. Kuban hökuməti
yanında diplomatik nümayəndə C.Rüstəmbəyova bildirilirdi ki, admiral Gerasimovun notası
ilə bağlı general Denikinlə görüşüb ona bildirsin ki, Azərbaycan Türkmənçay müqaviləsini
imzalamadığı üçün müqavilənin maddələrinin ona dəxli yoxdur. Əgər söhbət Türkmənçay
müqaviləsinə görə, gəmilərin rus bayrağı altında üzməsindən gedirsə, onda gəmilərin in-
gilis bayrağı altında üzməsi də yolverilməz hesab edilməli idi. Ona C.Rüstəmbəyov vasitəsilə
general Denikinə çatdırılırdı ki, Azərbaycan hökuməti öz milli donanmasının özgə bayrağı
altında ü zməsinə razı o la bilməz"
121
.
Bu dövrdə artıq Könüllülər Ordusunun hərbi-siyasi vəziyyəti pisləşməkdə idi.
Onun əsas qüvvələri şimalda cəmləşmiş, cəbhənin cənub hissəsini isə xalq üsyanları
bürümüşdü. Dağıstan xalqlarının general Denikinlə kəskin mübarizəsi daha da
güclənməyə başlamışdı. Kəndlər dağıdılır, dağıstanlıların tutduğu Dərbənd şəhəri isə
dənizdəki gəmilərdən top atəşlərinə tutulurdu. Bölgənin vahimələnmiş əhalisi sığınacaq
üçün qonşu ərazilərə qaçaraq, Azərbaycan üçün əlavə problemlər yaradırdı. Azərbaycan
Cümhuriyyəti hökuməti öz vətəndaşlarının təhlükəsizliyinə qorxu yarandığından və
dağıstanlı qaçqınların vəziyyətindən ciddi narahat olaraq hadisələrin gedişini diqqətlə
izləyirdi. Hökumət Böyük Britaniya nümayəndələrinə dəfələrlə müraciət edərək,
Dağıstanda qan tökülməsinin qarşısının alınmasını və Azərbaycanla Könüllülər
Ordusunun tutduğu ərazi arasında bitərəf zona yaradılmasını xahiş etmişdi
122
.
Məlumdur ki, artıq bu zaman Azərbaycanda heç bir Britaniya əsgəri qalmamış,
işğalçı dəstələrin qərargahında hərbi komandan-ığı diplo matik nü mayəndəliklər əvəz
etmişdi.
1919-cu il sentyabrın 28-də Britaniyanın Cənubi Qafqaz res publikalarındakı
diplomatik missiyasının başçısı O.Uordrop Bakıya geldi
123
. Onun əsas vəzifələrindən biri bu
respublikalarla Könüllülər Ordusu arasındakı mümkün ixtilafları aradan qaldırmaq, demarkasiya
xəttinə əməl edilməsinə nəzarət etmək, digəri isə bölgədə ingilis ticarətinin
imkanlarına şərait yaratmaq idi
124
.
Buna görə də Azərbaycan hökumətinin sonrakı müraciətləri O.Uordropa
ünvanlanırdı. Dağıstandakı vəziyyəti nizamlamaq üçün Azərbaycan tərəfi Britaniya
hökumətinə Könüllülər Ordusu Dağıstandan çıxarıldıqdan sonra onun gələcək dövlət
quruluşuna dair öz variantlarını təklif edirdi. Bunun üçün, ilk növbədə, Denikin qoşun-
larının Britaniya komandanlığının müəyyənləşdirdiyi demarkasiya xəttindən kənara
çıxarılması məsələsini qaldıran Azərbaycan hökuməti onun həlli ilə bağlı olaraq, Dağıstan
diyarını idarə etmək hüququnun Azərbaycan Cümhuriyyətinə verilməsi; müttəfiq
dövlətlərin himayəsi altında öz hakimiyyətini təşkil etmək hüququnun Dağıstan əhalisinin
özünə həvalə edilməsi, yaxud da Dağıstanda xüsusi general-qubernatorluq yaradılması
312
variantlarına baxılmasını istəyirdi
125
.
Ancaq ingilislər Dağıstan xalqlarının hərəkatının milli deyil, sosial xarakter daşıdığını,
onun bolşeviklərin işi olduğunu iddia edərək, Azərbaycan hökumətinin təklif etdiyi
variantlara etinasız yanaşıb növbəti dəfə Den ikini dəstəklədilər
126
.
Beləliklə, Könüllülər Ordusuna ingilislərin ciddi təsir göstərməsi üçün Azərbaycan
hökumətinin etdiyi növbəti cəhd uğursuz oldu. Halbuki Azərbaycan hökuməti, ingilislərin
bölgədəki hərbi iştirakının Denikinə Cənubi Qafqaz respublikaları ilə bağlı niyyətlərini
axıradək başa çatdırmaq imkanı vermədiyinə baxmayaraq, bütün ümidlərini onlara
bağlamamalı, Denikinin qarşısını almaq üçün göstərdiyi siyasi, diplomatik və iqtisadi səyləri
heç də az mühüm olmayan başqa məsələlərin həllinə yönəltməli idi.
1919-cu ilin ortaları Azərbaycanda təkcə müxtəlif xarakterli daxili problemlərin,
xarici müdaxilə təhlükəsinin mövcudluğu ilə seçilmədi, həm də gənc demokratik
respublikanın müstəqil həyatının ildönümü ilə də əlamətdar o ldu.
1919-cu il maym 28-i - Azərbaycan Xalq Cümhuriyyəti yaranmasının birinci
ildönümü - Milli istiqlaliyyət günü ölkə vətəndaşları tərəfindən təntənə ilə bayram
edildi.
Azərbaycan xalqının müstəqil siyasi həyat yoluna qədəm qoyduğu gündən bir il
keçdi. Bu bir il ciddi mübarizə və ağır sınaqlar ili o ldu. Bolşevik-daşnak hakimiyyəti və
Sentrokaspi Diktaturası ilə silahlı mübarizə Bakının azad edilməsi ilə nəticələndi.
Azərbaycan xalqı üçün Bakının azad edilməsi təkcə respublikanın ərazi bütövlüyünün
təmin edilməsi deyil, həm də onun müstəqil həyatının əsas şərti demək idi. Birillik müstəqil
həyat bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı hər cür əsarətdən azad olmağa, öz
mədəni və dini tələbatını təmin etməyə qadirdir. Qısa müddət ərzində xalq təhs ilinin daha
da inkişafı, təhsil müəssisələrinin, bədii-teatr müəssisələrinin milliləşdirilməsi və
yenilərinin təşkili, bir sıra qəzalarda dünyəvi məktəblərin açılması və s. işlər bunu bir daha
sübut edirdi.
M.Ə.Rəsulzadənin təbirincə, müsəlman dünyasında ilk respublika, türk
dünyasında isə ilk milli dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti qısa vaxt ərzində
qonşu Gürcüstanla dostluq münasibətləri qurmağa, Ermənistanla bəzi mübahisəli
məsələlərdə dil tapmağa, Denikin lə mübarizə aparan qardaş Dağıstana kömək əli
yetirməyə nail oldu. Mövcudluğunun ilk ilində Azərbaycan Xalq Cü mhuriyyəti öz
ərazisində tam hakimiyyət sahibi kimi ö z dövlət institutlarını parlamenti, hö ku məti,
ordunu və maliyyə sistemin i formalaşdırd ı.
Azərbaycan Xalq Cü mhuriyyəti yaran masının birinci ildönü münün
bayram edilməsi ilə əlaqədar olaraq, onun höku mətinin ö z ölkə vətəndaşlarına
ünvanlanan müraciətində deyilirdi:
"1919-cu il mayın 28-i Azə rbaycan Xalq Cü mhuriyyətinin milli
bayramıdır. Bu elə bayramdır ki, onun xatiri ümu m Azərbaycan vətəndaşları üçün
daima möhtərəm və müqəddəs sayılacaqdır. Bu az vaxt ərzində Azərbaycan
türkləri ö zlərinin müstəqil və azad yaşamağa layiq olduqlarını gözəl surətdə
göstərib dövlət təşkilinə istedad və qabiliyyət yetirdiklərin i sübut etdilər. Bunun
313
sayəsində indi mə mləkətdə insanı məmnun edəcək bir dərəcədə nizam və asayiş
hökmfərmad ır"
127
.
Müraciətdə keçilmiş birillik yol təhlil edilib ona bir növ məntiq i yekun
vurulur, bu müddət ərzində dövlətin möhkəmləndirildiyi, əhalinin bütün təbəqələrinə
milli dövlətçilik hissi aşılandığı qeyd edilir və onun xalqın azad fikir və məslək yolu
olduğu təsdiqlənirdi
128
.
Azərbaycan parlamenti Milli istiqlaliyyət bayramına həsr olunan təntənəli
fövqəladə iclas keçirdi. "Müsavat" firaksiyasının lideri M.Ə.Rəsulzadə yubileyin
qeyd edildiyi özünəməxsusluğunu nəzərdə tutaraq göstərdi ki, "bu gün Azərbaycan
istiqlalı bilxassə onun üçün əzizdir ki, bu istiqlalımıza xaricdən təhlükə var, təhdid
var. Bununla bərabər hər birimizin idra kında, qəlbində hürriyyət və istiqla liyyət
uğrunda şəhid düşmüş olanların xatirəsi üçün böyük minnətdarlıq h issi vardır"
129
.
Müxtəlif partiya və cərəyanları təmsil edən digər natiqlər öz çıxış larında bir
sıra məsələlərə aid fərqli rəy söyləsələr də, Azərbaycanın müstəqilliy inin tarixi
əhəmiyyəti və onun qorunması məsələsində yekdil o lduqlarını nü mayiş etdird ilər.
Respublikanın ildönümü şərəfinə ölkənin paytaxtında hərbi keçid, bütün
şəhər və kəndlərində yığ ıncaq və mitinqlər təşkil olun muş, müstəqillik ideyası
millətin əsas amalı və qayəsi kimi nü mayiş etdirilmişdi.
Dostları ilə paylaş: |