A r x i t e k t u r a v ə h e y k ə l t ə r a ş l ı q sənəti sahəsində də
müəyyən iş aparılırdı. Məsələn, Bakı Texniki Məktəbin nəzdində heykəltəraşlıq sinfinin
açılması nəzərdə tutulmuşdu. 1920-ci il yanvarın 1-də Azərbaycan Aktyorlar İttifaqının
yığıncağında H.Ərəblinskinin qəbri üzərində monumental abidənin ucaldılması qərara
alındı
49
. 1918-ci ildə Bakının azad edilməsi zamanı həlak olmuş Azərbaycan və Türkiyə
əsgərlərinin şərəfinə ucaldılacaq kompleks abidənin layihəsi işlənib hazırlandı. Bakıdakı
xeyriyyəçi cəmiyyətin təşəbbüsü ilə onun tikinti işləri 1919-cu il sentyabrın 15-də
başlandı və 1920-ci ilin sentyabrınadək başa çatmalı idi. Belə abidələrin təkcə Bakıda
yox, Gəncədə də ucaldılması nəzərdə tutulurdu. Bu işlərin təşəbbüskarı Azərbaycan
hökuməti idi
50
. Gəncədə o dövr üçün müasir olan üslubda Nizami Gəncəviyə abidə
ucaldılması nəzərdə tutulurdu. Azərbaycan Cümhuriyyəti xarici işlər nazirinin müavini
olmuş Adilxan Ziyadxanlı özünün Tehranda nəşr olunmuş memuarlarında bu abidənin
layihəsinin mövcud olduğunu xatırlayır
51
.
Digər bir qaynaqda Maarif Nazirliyi tərəfindən Gəncədə Nizaminin
mavzoleyinin tikintisinə yarım milyon manat vəsait ayrılmasından danışılır
52
.
Azərbaycan Cümhuriyyətinin bərqərarlaşması və yaradılması ədəbiyyatda
canlanmaya, milli ruhun güclənməsinə səbəb oldu. Bu dövrü haqlı olaraq çoxəsrlik
Azərbaycan ədəbiyyatının inkişafında yeni mərhələnin başlanğıcı adlandırmaq olar. "Yaşıl
qələm" ədəbi cəmiyyəti özündə görkəmli yazıçıları, şairləri və ictimai xadimləri
birləşdirirdi. Əhməd Cavad, Cəfər Cabbarlı, Üzeyir Hacıbəyov, Əliabbas Müznib, Salman
Mümtaz, Ümgülsüm və başqaları milli ruhun və müstəqillik ideyasının nümayəndələri və
daşıyıcıları idilər. Abdulla Şaiq və Məmməd Əmin kimi şairlər öz əsərlərində Azərbaycan
ordusunun qəhrəmanlığı və qələbələrini tərənnüm edirdilər. C.Cabbarlının "Azər-
baycan bayrağına" və "Sevgilim" şeirlərində müstəqillik tərənnüm olunurdu. Əhməd
Cavad respublikanın dövlət himninin mətnini yazdı. Azərbaycançılıq ideyası əhalinin xeyli
hissəsinin şüurunda hakim ideyaya çevrild i.
Beləliklə, ağır iqtisadi vəziyyətə və ictimai-siyasi şəraitin ciddiyyətli və
mürəkkəb olmasına baxmayaraq, Azərbaycan Cümhuriyyəti incəsənətin müasir
növlərinin inkişaf etdirilməsinə səy göstərir, bu sahədə mühüm tədbirlər həyata
keçirirdi.
Azərbaycan Cümhuriyyətində milli ruhun və milli ideyaların güclənməsi
nəticəsində milli mədəniyyətin təbliği və tədqiqinə, tarixi və milli irs ənənələrinə maraq
fövqəladə dərəcədə artdı. Bunlardan hər birinin öyrənilməsi və təbliği peşəkar
səviyyədə təşkil olunmuşdu, bu istiqamətdə ardıcıl siyasət yürüdülməsi ilə yanaşı, bu
məqsədlə hökumətin və ictimai təşkilatların imkanlarından da istifadə edilirdi.
1918-ci ilin oktyabrında Bakıda yaradılmış "Türk ocağı" cəmiyyətinin
407
fəaliyyətini xüsusi qeyd etmək olar. Cəmiyyətin məqsədi Azərbaycan və Osmanlı
türkləri, habelə keçmiş Rusiya imperiyası ərazisində yaşayan xalqlar arasında mədəni
əlaqələri inkişaf etdirməkdən və onları bir-biri ilə yaxınlaşdırmaqdan ibarət idi. "Azər-
baycan" qəzetində cəmiyyətin 22 bənddən ibarət proqramı dərc olunmuşdu
53
. Yenə
"Azərbaycan" qəzeti bununla əlaqədar olaraq yazırdı: "Millət və vətən naminə
səylərimizin birləşdirilməsi üçün biz vahid məqsəd ətrafında sıx birləşməliyik. Belə
məqsəd ancaq "Türk ocağı" kimi müəssisələr ola bilər"
54
. "Müsavat" Partiyasının Bakı
Komitəsinin təşəbbüsü ilə 1919-cu ilin dekabrında "Türk ocağı" siyasi klubunun açılması
qərara alındı. Bu məqsədlə tərkibinə M.Ə.Rəsulzadə, R.R.Şərifzadə, Ş.Rüstəmbəyov,
R.Ağabəyov, Seyid Hüseyn və M.Şeyxzamanov kimi məşhur siyasi xadimlər və mədə-
niyyət nümayəndələrinin daxil olduqları komissiya yaradıldı.
"Müsavat" Partiyası üzvlərinin iştirakı ilə "Türk gecələri" adlanan təntənəli
musiqi konsertləri təşkil olunurdu. Konsert proqramlarının hazırlanması və tərkibinə
xüsusi komissiya nəzarət edirdi. Proqramlar kifayət qədər maraqlı və orijinal idi, onlarda
digər türk xalqların ın da musiq isinə geniş yer verilirdi. "Türk gecələri" kon -
sertlərində habelə tatarlar, osmanlı türkləri, A zərbaycan və Türkiyə şairləri,
artistləri və rəssamları təmsil o lunurdular. A xşamların bədii tərtibat hissəs inə
rəssam Ə.Əzimzadə rəhbərlik edirdi. Ədəbi vokal h issəyə yazıçı və publisistlərin
"Yaşıl qələm" ittifaqı cavabdeh idi. Dövlət truppasının aktyorları isə türk
xalq larının milli həyatından bəhs edən əsərlərin tamaşasını göstərirdilər. Bu
əsərlərin "Azərbaycan müstəqilliyi", "Türk tipləri", "Türk qadınının dünyası",
"Milli birlik" və s. kimi adları onların məzmunu barədə aydın təsəvvür yaradır.
Türk xalq ların ın etnoqrafiyası və məişətinə həsr olunmuş "Türk ocağı", "Türkmən
çadrası", "Atəşgah", "Şərq salonları" kimi sərgilər təşkil olunurdu. Bu konsertlərdə
M.Ə.Rəsulzadə məsul müd ir kimi çıxış edirdi
55
. "Müsavat" Partiyasının və
Azərbaycan hökumətin in bir ço x üzvü və d igər siyasi xadimlər də bu konsertlərin
keçirilməsində bilavasitə iştirak edirdilər.
Azərbaycan mədəniyyətinin və milli irsinin öyrənilməsinə maraq
fövqəladə şəkildə artmışdı. A zərbaycan tarixi, ədəbiyyatı, iqtisadiyyatı,
təbiətşünaslığı və coğrafiyası üzrə ço xlu əsərlər meydana çıxd ı. Xaricdə
Azərbaycanı təbliğ etmək üçün fransız dilində kitabçalar, sənədlər və materiallar
nəşr olunurdu.
Bunların içərisində Adilxan Ziyad xan lın ın "Azərbaycan" kitabın ı,
Əkbərağa Şey xü lislamovun 1919-cu ildə Parisdə fransız dilində nəşr olunmuş
"Qafqaz A zərbaycan Cü mhuriyyəti" broşürasmı, C.Hacıbəyov tərəfindən Versal
konfransı üçün hazırlan mış materialları və b. fərq ləndirmək olar. Adilxan
Ziyad xanlının kitabında Azərbaycan tarixi, mədəniyyəti barəsində materiallar
verilmişdir. Bunların içərisində Azərbaycan Cü mhuriyyətinin yaradılması və möh-
kəmləndirilməsi üçün hökumətin iqtisadi və mədəni tədbirləri haqqında məlu matlar
diqqəti cəlb edir. M .Ə.Rəsulzadənin tarixi möv zuya həsr olunmuş "İran və
Azərbaycan", "Azərbaycanın paytaxtı" məqalələrində A zərbaycan xalqın ın
408
mənşəyi, onun qonşu dövlətlər və xalqlarla qarşılıqlı münasibətləri haqqında,
Bakın ın yaranması və in kişafı barəsində qədim tarixçilər və coğrafiyaç ılara istinad
edən, bu gün də öz aktuallığını saxlayan bir sıra qiy mətli fikirlər var
56
.
Bununla bərabər, A zərbaycan tarixi və
mədəniyyəti barədə
ümu miləşdirici materialları özündə birləşdirən bir toplu buraxılması zərurəti kəskin
surətdə hiss olunurdu. Məşhur ictimai xadim və yazıçı Yusif Vəzir Çəmənzəminli bu barədə
yazırdı: "Allaha şükür ki, bizim tariximiz, ədəbiyyatımız, musiqimiz, teatrımız və b. mədəni
nailiyyətlərimiz vardır. Əgər bütün bunlar haqqında yazılsa, onda biz özümüzü dərk edərik
və əcnəbilərə bizi dərk etmək imkanı verərik. Bizim vətənimizdə çoxlu tarixi abidələr var.
Bunların hər biri haqqında, hər nömrədə ətraflı məlumat vermək zəruridir"
57
.
1919-cu ildə cəmisi 6 nömrəsi çıxmış "Övraqi-nəfısə" jurnalı belə bir toplu
oldu. Bu jurnal Azərbaycan mətbuatı tarixində ədəbiyyat və incəsənət məsələlərinə həsr
olunmuş ilk dövri mətbuat orqanı idi. Burada musiqi, teatr və memarlıq abidələri barəsində
məqalələr və fotoşəkillər dərc olunurdu.
Milli özünüdərkin dirçəldilməsi üçün əməli işlər görülür (bu, Azərbaycan
hökumətinin məfkurəvi fəaliyyətinin başlıca istiqamətlərindən biri idi), tarixi yerlərin,
şəhərlərin və digər yaşayış məntəqələrinin adları bərpa olunurdu. Hökumətin 1918-ci il
30 iyun qərarı ilə Yelizavetpol şəhəri yenidən Gəncə adlanmağa başlandı, Karyagin
qəzası isə əvvəlki Cəbrayıl qəzası adını aldı
58
. Milli xüsusiyyətlərinə müvafiq olaraq
şəhərlərə, küçələrə görkəmli şəxsiyyətlərin, yazıçıların və şairlərin adları verilirdi.
Məsələn, Qazax şəhər Dumasının 1920-ci ilin martında olmuş iclası şəhər küçələrinin
adlarının dəyişdirilməsini müzakirə edərək, onların bir çoxuna qazaxlı şairlərin - Samiqin,
Arifin, Vaqifin və Nasirin adlarının verilməsini qərara aldı
59
. Respublikanın məktəblərində
"Türk xalqlarının tarixi" fənninin o dövrdə böyük ruh yüksəkliyi ilə həyata keçirilən tədrisi
də cəmiyyətin həyatında baş verən proseslərlə əlaqədar idi.
Orta təhsil müəssisələrində nəzərdə tutulan islahatla əlaqədar olaraq,
şərqşünas A.A.Zimin tərəfindən türk xalqlarının Şərqin ümumi tarixi ilə
əlaqələndirilmiş tarixinin proqramı işlənib hazırlandı. Bu proqramda başlıca diqqət milli
ictimai hərəkatlara verilirdi. 1919-cu il oktyabrın əvvəllərində Maarif Nazirliyi rusdilli
orta məktəblər üçün türk xalqları tarixi üzrə epizodik və sistematik kurs ların, habelə türk
xalqlarının coğrafiyası proqramının tərtib edilməsi üzrə müsabiqə elan etdi. Ən yaxşı layihə
hökumət mükafatına layiq görüləcəkdi.
Müstəqillik dövründə Azərbaycanın mədəni həyatında "Səfa", "Nicat",
"Nəşri-maarif‖ cəmiyyətləri kimi mədəni-maarif qurumları mühüm rol oynayırdı. Bu
cəmiyyətlər azərbaycanlı əhalinin maariflənməsinə, milli mədəniyyətin inkişafına
xid mət edirdilər. Onlar kasıb şagirdlərə maddi kömək göstərir, Azərbaycan dilinin və
ədəbiyyatının inkişafına çalışırdılar. "Nicat" cəmiyyəti Bakıda kitabxana-qiraətxana və
axşam kursları, xeyriyyə məqsədi ilə konsertlər və elmi mövzuda müzakirələr təşkil
etmişdi
60
. "Nəşri-maarif‖ xeyriyyə cəmiyyəti Azərbaycanın rayonlarında maarifçilik işi
aparırdı. Belə ki, Şuşada cəmiyyət tərəfindən "Ulduz" dərnəyi təşkil edilmişdi.
Dərnəyin fondunu ayda 25 qəpik məbləğində üzvlük haqları və göstərilən teatr
409
tamaşalarından alınan vəsait təşkil edirdi. 1920-ci ilin əvvəlində Bakıda "Maariflən miş
əməkçi müsəlman qadınlar" ittifaqının yaradılmasına cəhd göstərildi. İttifaq mədəni-
maarif işi aparmaq, qadınlar arasında savad və bilik yaymaq niyyətində idi
61
. Lənkəranda
öz qarşısına əhali içərisində mədəni-maarif işi aparmağı məqsəd qoymuş "Lənkəran
şəhəri tələbələri və abituriyentləri ittifaq ı" yaradıld ı.
Qeyd etmək lazımdır ki, Azərbaycan Cümhuriyyəti hökumətinin ictimai
birliklərə və ittifaqlara münasibətdə yürütdüyü demokratik siyasət liberal istiqamətli
mədəni-maarif cəmiyyətləri şəbəkəsinin geniş yayılmasına və inkişafına şərait yaradırdı.
Bu işdə Bakı ümumtəhsil kursları və "Xalq əyləncələri" cəmiyyəti xüsusi fəallıq və
təşəbbüskarlıq göstərirdi. Xəzəryanı cəmiyyətin - "Kooperasiya"nın idarə heyəti
açılmaqda olan xalq universitetinin bürosuna maliyyə köməyi çərçivəsində 10000 manat
pul göndərdi
62
. 1919-cu ilin əvvəllərində Bakı və onun mədən-zavod rayonlarındakı
mədəni-maarif cəmiyyətlərini birləşdirmək üçün müəyyən addımlar atıldı.
Mədəni-maarif cəmiyyətləri konfransının çağırılması üçün təşkilat komissiyası
seçildi və bir müddətdən sonra "Bakı şəhəri mədəni-maarif müəssisələri ittifaqının
nizamnaməsi" təsdiq olunmaq üçün hökumətə göndərildi
63
. Nizamnamədə deyilirdi ki,
mədəni-maarif cəmiyyətləri ittifaqının məqsədi Bakı əhalisinin mədəni səviyyəsini
yüksəltmək məqsədilə şəhərin bütün mədəni qüvvələrini birləşdirməkdən ibarətdir
64
.
Azərbaycan Cümhuriyyətinin mövcudluğu dövründə Bakıda "Əhali ittifaqı", "Tələbələr
ittifaqı", "Müsəlman tələbələri ittifaqı" kimi milli və milli azlıqlara məxsus mədəni-
maarif cə miyyətlə ri var idi.
Cümhuriyyət hökuməti respublikada kitabxana işinin inkişafını da diqqətdən
kənarda qoymurdu 1919-cu ildə Bakıda şəhər ictimai məclisinin texniki cəmiyyətləri
fəaliyyət göstərirdi. Belinski adına kitabxana şəhər özünüidarəsinin qulluqçularına, yəhudi
kitabxanası əhalinin yəhudi hissəsinə xidmət göstərirdi. "Erməni insanpərvər cəmiy-
yəti"nin kitab xanası da işləyird i.
1919-cu ildə Balaxanı-Sabunçu, Bibiheybət və Ağşəhər fəhlələri üçün
kitabxanalar açıldı
65
. Həmkarlar ittifaqlarının nəzdində də kitabxanalar təşkil olunurdu.
Bakıdakı həmkarlar ittifaqı kitabxanalarının ən böyüyü (kitab fondu 2000 cild) açıldı.
1919-cu ilin iyulunda kommunistlər mətbəə işçiləri həmkarlar təşkilatının
rəhbərliyini ələ keçirib onun kitabxanasında kütləvi siyasi partiya işi aparmağa nail
oldular.
Kütlələrin maariflənməsi istiqamətində "İqla" cəmiyyəti nəzdində fəaliyyət
göstərən kitabxana az əhəmiyyət daşımırdı. "Kooperasiyalar ittifaqı"nın kitabxanası da
mühüm əhəmiyyət kəsb edir, şəhərin mü xtəlif yerlərində özünün şöbələrini açırd ı.
Müxtəlif nazirliklər öz əməkdaşları üçün kitabxanalar açırdılar. Məsələn,
Ədliyyə Nazirliyi öz əməkdaşları üçün nazirliyin nəzdində hüquqi ədəbiyyat kitabxanası
yaratmaq məqsədilə hökumət fondundan 50000 manat ayrılmasına nail olmuşdu
66
.
Səhiyyə Nazirliyi öz nəzdində kitab xananın açılmasına 10000 manat ayırmışdı
67
. Azər-
baycan hökuməti tərəfindən kitabxana işinin inkişafına böyük yardım göstərilirdi.
Azərbaycan Cümhuriyyəti parlamentinin 1919-cu il sentyabrın 16-da qəbul
410
etdiyi qanuna görə, xalq məktəbləri kitabxanalarına türk (Azərbaycan) dilində yeni
kitablar almaq üçün dövlət xəzinəsindən Xalq M aarifi Nazirliyinin sərəncamına
1000000 manat buraxıld ı
68
.
1920-ci ilin 28 apreli ərəfəsində Azərbaycan Cümhuriyyətində ümumi fondu
95 min nüsxə kitab olan 11 kitabxana vardı
69
.
Muzey işinin inkişaf etdirilməsi üçün bünövrə qoyulurdu. Ədəbi cəmiyyətin
üzvləri Q.M.Camalov və M.Ağayevin təşəbbüsü ilə parlament milli İstiqlal muzeyinin
təşkil olunması barəsində qərar qəbul etmişdi.
Azərbaycan hökuməti tərəfindən fəhlələr içərisində texniki biliklərin
yayılmasına qayğı göstərilirdi. Maarif Nazirliyi fəhlələrin öz biliklərini artırmaq arzusunu
və Azərbaycanda, xüsusən də müsəlman əhalisi içərisində texniki təhsilli ustaların kifayət
qədər olmadığını nəzərə alaraq, müsəlman fəhlələri üçün tədris türk (Azərbaycan)
dilində aparılan texniki kurslar açılması barəsində qərar verdi. Bu kurslar iki
yarımşöbəsi - maşınqayırma və elektrotexnika yarımşöbələri olan mexaniki şöbədən ibarət
idi. Kursların təhsil müddəti 10 ay idi
70
. Bu kursların fəaliyyətini təmin etmək üçün Xalq
Maarifı Nazirliyi tərəfindən 32400 manat vəsait ayrılmışdı
71
.
Əsasən 1919-cu ilin başlanğıcı ərəfəsində həmkarlar ittifaqları nəzdində olan
mədəni-maarif müəssisələri öz fəaliyyətlərini bərpa etdilər. Onlar bu vaxt artıq Bakı
proletariatının başlıca nümayəndəli orqanına çevrilmiş Mərkəzi Bakı Fəhlə Konfransının
nəzarəti dairəsində fəaliyyət göstərirdi. Müsavatçılar, kommunistlər, menşeviklər və
eserlərin bu fəhlə təşkilatında üstün nüfuz qazanmaq uğrunda mübarizəsi onun mədəni-
maarif qurumlarının fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərirdi. Mədəni-maarif
təşkilatlarını siyasiləşdirib sinfi mübarizə alətinə çevirməyə çalışan bolşeviklər bu
mübarizədə daha çox müvəffəqiyyətə nail olurdular.
Bakı Fəhlə Konfransında seçilən, rayon mədəni-maarif ko missiyasının
nümayəndələrinin də təmsil olunduğu Mərkəzi Mədəni-Maarif Komissiyası kütlələr
arasında öz fəaliyyətini genişləndirirdi.
Mərkəzi Fəhlə Klubunun yeni idarə heyətinin siyahısı Bakı kommunistlər
təşkilatının, "Hümmət" təşkilatının, İran ko mmunist "Ədalət" təşkilatının və
Beynəlxalq Gənclər İttifaqının keçmiş üzvləri adından təklif edilmişdi. Seçkilər nəticəsində
bolşeviklərin nüfuzu möhkəmləndi. İdarə heyəti bütünlüklə bolşeviklərdən ibarət idi
72
.
Bakı bolşeviklərin in təşəbbüsü ilə 1919-cu il iyunun 24-də fəhlə klubları
idarə heyətinin konfransı çağırıldı. Konfrans Mərkəzi Klubun idarə heyətinin tərkibinin
seçilməsi barəsində bolşeviklərin təklif etdikləri qətnaməni qəbul etdi. Bu qətnaməyə
görə, üzvlərinin sayından asılı olmayaraq, hər bir rayon idarə heyəti Mərkəzi Klubun
idarə heyətinə dörd nəfər nümayəndəsini seçirdi
73
.
Əslində Mərkəzi Fəhlə Klubu Bakıda ko mmunist hərəkatının mənzil
qərargahına çevrildi
74
. RK(b)P Qafqaz Diyar Komitəsi və Bakı kommunist komitəsi
bürosu artıq öz iclaslarını onun binasında keçirird i.
Fəhlə klubları və digər belə təşkilatlar müstəqil milli dövlətçilik əleyhinə
aparılan təşviqat işinin ocaqlarına və onların partiya yığıncaqlarının keçirildiyi isti
411
yuvalara çevrildiyi üçün hökumət bu fəaliyyətin qarşısını almaq üçün tədbirlər görməyə
məcbur oldu. Dəfələrlə edilmiş xəbərdarlıqlardan sonra hökumətin göstərişinə əsasən,
daxili işlər naziri 1919-cu il dekabrın 9-da Bakıda mövcud olan bütün fəhlə klublarının
bağlandığı haqqında sərəncam verdi
75
.
Buna cavab olaraq, Fəhlə Konfransının rəyasət heyətinin çağırışı ilə ertəsi gün
fəhlələrin tətili başladı. Bu, polis orqanlarını Fəhlə Klubunun binasını açmağa, lakin
burada siyasi mövzularda mühazirələr oxunmasını yasaqlamağa məcbur etdi. Fəhlə
Klubunun idarə heyəti bir sıra mühazirələrin oxunması üçün icazə almaq məqsədilə Bakı
general-qubernatoruna müraciət etdi. General-qubernator həmin müraciətə cavab olaraq
yazmışdı: "Yaşadığımız məqam, Bakı şəhəri və onun rayonlarında qüvvədə olan hərbi
vəziyyətlə əlaqədar olaraq, mən, mühazirəçinin istək və arzusundan asılı olmayaraq, hər
hansı siyasi mövzuda oxunan mühazirələrin hazırkı dövrdə dövlət qayda-qanununa,
ictimai sabitliyə və cəmiyyətin qeyri-sabit elementlərinə edəcəyi mənfi təsiri nəzərə
alaraq bunu mümkün saymıram"
76
.
Lakin 1920-ci il martın 15-də, bir sıra nəticəsiz xəbərdarlıqdan sonra,
hökumət yenidən fəhlə klublarını bağlamalı oldu. 1920-ci il martın 23-də Mərkəzi
Fəhlə Konfransının rəyasət heyəti və həmkarlar şurasının (Sovprof) idarə heyəti fəhlə
klublarının bağlanması ilə əlaqədar olaraq hökumətə etirazlarını bildirdilər. 1920-ci il
martın 25-də hökumət Mərkəzi Fəhlə Klubundan başqa bütün klubların iş ləməsinə icazə
verdi.
Beləliklə, əslində kütlələrin maarifləndirilməsi vasitəsi olan fəhlə mədəni-maarif
təşkilatlarını kommunistlər kəskin siyasi mübarizəyə qoşdular.
Kütləvi fəhlə maarifçilik təşkilatlarının ən başlıca formalarından biri rayon
fəhlə klubları idi. Onların istiqamətləri rəngarəng idi.
Zavağzal fəhlə klubunda həmkarlar ittifaqlarının işçiləri üçün ayyarımlıq
həmkarlar hərəkatı və siyasi-iqtisadi kurslar açılmışdı.
Balaxanı rayon klubunun nəzdində Azərbaycan dilində dram dərnəyi təşkil
edilmişdi. Burada dərnək üzvlərinin qüvvəsi ilə səhnə tamaşaları göstərilird i.
Klub tipli müəssisələr sırasına "xalq evləri" də daxil idi. Xalq evləri Bakı
şəhərinin mədən-zavod rayonlarının əhalisi arasında mədəni-maarif işi aparmaq üçün
mühüm əhəmiyyət daşıyırdı. Onlar bir çox tədbirlərin mərkəzinə çevrilmişdi: burada
savadartırma kurslarından tutmuş universitet kurslarına qədər müxtəlif kurs məşğələləri
keçilir, kitabxana-qiraətxanalar təşkil edilir, teatr tamaşaları, konsertlər göstərilirdi.
Qaraşəhərdəki xalq evi böyük mədəni-maarif işi aparır, teatr tamaşaları təşkil
edirdi. Mövsüm bağlandıqdan sonra dövlət teatrı öz fəaliyyətini burada davam etdirmiş
və həftədə iki dəfə opera tamaşası göstərmişdi
77
.
Qaraşəhərdəki Xalq Evi Cəmiyyəti nəzdində mayın 1-də mədəni-maarif və
musiqi-teatr bölmələri təşkil edilmişdi
78
. İyulun 2-də isə Şamaxı xalq evi təsis
edilmişdi
79
.
Xalq evinə xeyriyyə köməyi də göstərilirdi. Belə ki, "Uriot" xeyriyyə cəmiyyəti
xalq evlərinə avadanlıq alınması üçün 600 manat vəsait ayırmışdı. Məhz bu yardım
412
sayəsində orada kinematoqrafiya zalı yaradılmış və filmlərin nümayiş etdirilməsinə
başlanmışdı.
Beləliklə, qısa vaxt ərzində Bakı şəhərində, onun bütün mədən və zavod
ərazilərində Xalq Evi Cəmiyyətinin şöbələri açılrmş, böyüklər üçün təşkil edilmiş savad
kurslarında beş minə yaxın adam oxu maq və yazmaq öyrənmişdi
80
. Xalq Evi Cəmiyyəti bu
kurslara 7 min manatdan çox vəsait xərcləmişdi
81
. Xalq evləri öz təyinatlarına -
mədəniyyətin və maarifin əhali arasında geniş yayılması məqsədlərinə tam cavab
verird i.
Lakin fəhlə klublarının və xalq evlərinin qis mətinə kifayət qədər ikili,
ziddiyyətli və mürəkkəb bir rol düşmüşdü. Bir tərəfdən, onlar mütərəqqi maarifçilik
meylinin daşıyıcıları idilər, digər tərəfdən isə onların fəaliyyəti mürtəce xarakter
daşıyırdı; çünki Azərbaycan Cümhuriyyətinə düşmən olan bolşeviklər maarifçilik pərdəsi
altında onun müstəqillik özüllərini qazıyıb yıxmağa yönəlmiş ideyalarını yayırdılar.
Azərbaycan Cümhuriyyətinin sosial-mədəni sahədə fəaliyyəti ölkədəki
azlıqlardan ibarət əhali ilə sıx qarşılıqlı əlaqədə həyata keçirilirdi. Milli azlıqların
mədəni-maarif ehtiyaclarının ödənilməsi üçün mövcud imkanlardan (dövlət xərcləri,
ictimai təşkilatların və xeyriyyəçi cəmiyyətlərin qüvvələri) istifadə olunurdu.
Azərbaycan hökumətinin demokratik mahiyyətli incə və ehtiyatlı siyasəti
sayəsində əhalinin etnik qatlarının mənafe ahəngdarlığı təmin edildi, ilk vaxtlarda bəzi
tədbirlərlə əlaqədar meydana çıxmış bir çox anlaşılmazlıq və narazılıqlara baxmayaraq,
respublikanın mədəni həyatında bütün millətlərin fəal iştirak etmələrinə nail olundu.
Azərbaycandakı milli azlıqlar özlərinin mədəni-maarif cəmiyyətləri ilə təmsil
olunurdular. Rus, erməni, yəhudi, polyak, alman, fars və başqa milli icma və koloniyalara
məxsus cəmiyyətlər - "Bakı rus xeyriyyə cəmiyyəti", "Serafim komitəsi", "Bakı erməni
mədəni birliyi", "Erməni Miutsyun" tələbə ittifaqı və digərləri sərbəst fəaliyyət
göstərirdi. Beləliklə, Azərbaycan hökumətinin həyata keçirdiyi demokratik siyasət
nəticəsində liberal təmayüllü mədəni-maarif cəmiyyətləri böyüyür və inkişaf edirdi.
Azərbaycan Cümhuriyyətinin varlığı dövründə milli dirçəliş naminə maarif və
mədəniyyətin inkişaf etdirilməsi əsas amil sayılmış və onun həyata keçirilməsi üçün
mü mkün olan heç nə əsirgənməmişdi. Daxili sabitlik möhkəmləndikcə, müstəqillik
qüvvətləndikcə sosial-mədəni sahəni əhatə edən konkret, məqsədyönlü siyasət işlənib
hazırlanmış, bu zaman dünyəvi dövlət, təhsil və mədəniyyət prinsipləri əsas
götürülmüşdü. Milli özünüdərkin güclü oyanışı, onun yüksəlişi düzgün yola, yaradıcı
axara istiqamətləndirilərək inkişaf etdirilirdi. Sosial-mədəni problemlərin həlli zamanı
milli mənafelər diqqət mərkəzində saxlanır, meydana çıxan ziddiyyət və çətinliklər
demokratik məzmunlu, sivil üsullarla həll edilirdi.
Azərbaycan Cümhuriyyətinin xalq maarifi və mədəniyyət sahəsindəki
fəaliyyətinin təhlili belə bir qənaətə gəlməyə imkan verir ki, onun bu istiqamətdə
gördüyü işlər mədəni inkişafın qanunauyğun davamı, Azərbaycan maarifçilərinin
çoxdankı arzularının yeni şəraitdə gerçəkləş məsi id i.
413
XI FƏSİL
Dostları ilə paylaş: |