128) Təngnəfəslik yalnız gərgin fiziki aktivlik zamanı əmələ gəlir.
Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyində təngnəfəsliyin qiymətləndirilməsi şkalasına görə hansı dərəcəyə aid edilir?
A) Çox ağır dərəcə
B) Ağır dərəcə
C) 1 - ci dərəcə
D) Orta - ağır dərəcə
E) Yüngül dərəcə
Ədəbiyyat: “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008
129) Xəstədə: qızdırma - 38◦, üşütmə, bəlğəmli öskürək, təngnəfəslik. Auskultasiyada: lokallaşmış xırıltılar. Rentgen müayinəsi zamanı yeni kölgə aşkar olunur. Pasiyent simptomların başlanmasından 3 gün əvvəl ayrı səbəbdən xəstəxanaya yerləşdirilmişdir. Xəstəyə hansı diaqnoz qoyula bilər?
A) Xəstəxana daxili pnevmoniya
B) Kəskin respirator infeksiya
C) Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi
D) Xəstəxanadan kənar yoluxmuş pnevmoniya
E) Qizilca
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
130) Xəstəxanadan kənar pnevmoniya xəstəliyinin diaqnozu qoyulması ücün simptomların başlanmasından necə gün əvvəl pasiyentin xəstəxanada olmaması şərtdir?
A) 10 gün
B) 2 gün
C) 5 gün
D) 14 gün
E) 7 gün
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
131) Streptococcus pneumoniae qarşı rezistentliyin yaranmasında hansı aşağıdakı risk faktorları əhəmiyyətli deyil?
A) Son 3 ay ərzində beta-laktamin/makrolid/xinolonlardan istifadəsi
B) İmmunosupressiv vəziyyət
C) Yaşın 60-dan yuxarı olması
D) Cins
E) Alkoqolizm
Ədəbiyyat:
Dostları ilə paylaş: |