275) Aortal qapağın çatışmazlığının auskultativ əlaməti hansıdır?
A) Zirvədə sistolik küy
B) Zirvədə diastolik küy
C) Aorta üzərində diastolik küy
D) Zirvədə güclənmiş I ton
E) Solda II gabırğaarası sahədə sistolik küy
Ədəbiyyat: V. İ. Makolkin. “Qazanılmış ürək qüsurları” 1977 il.
276) Trikuspidal qapaq çatışmazlığının auskultativ əlaməti hansıdır?
A) Zirvədə I tonun güclənməsi
B) Zirvədə hər iki tonun zəifləməsi
C) Xəncərvari çıxıntının əsasında sistolik küy
D) Zirvədə diastolik küy
E) II tonun ağciyər arteriyası üzərində zəifləməsi
Ədəbiyyat: V. İ. Makolkin. “Qazanılmış ürək qüsurları” 1977 il.
277) Ağciyər arteriyası qapaqlarının çatışmazlığının auskultativ əlaməti hansıdır?
A) Zirvədə I tonun zəifləməsi
B) Ağciyər arteriyası üzərində sistolik küy
C) Xəncərvari çıxıntının sağında patoloji III ton
D) Solda II qabırğaarası sahədə diastolik küy
E) Xəncərvari çıxıntı üzərində sistolik küy
Ədəbiyyat: V. X. Vasilenko. “Qazanılmış ürək qüsurları” 1972 il.
Dostları ilə paylaş: |