İqtisadi tərbiyə
İqtisadi biliklərin mənimsənilməsi, onların əqidəyə çevril- məsi, iqtisadi təfəkkürün formalaşması, hər bir işdə qənaətcilliyə alışmaq iqtisadi tərbiyə adlanır. Məktəblilər iqtisadi tərbiyə prose- sində belə bir həqiqəti dərk edirlər ki, insanlar yeməyi, geyməyi və digər zəruri yaşayış vasitələrini hazır şəkildə təbiətdən almırlar. İn- sanlar özlərini dolandırmaq, nəsli artırmaq üçün maddi nemətləri is- tehsal etməlidirlər. Bunun üçün isə istehsalın texnologiyasını bil- mək, müəyyən peşəyə sahib olmaq lazımdır.
İqtisadi tərbiyənin birinci komponentini şagirdlərdə iqtisa- diyyatın əsaslarına dair biliklər təşkil edir.
İqtisadi tərbiyənin ikinci komponenti qənaətcillik şüurunun və iqtisadi təfəkkürün formalaşmasıdır.
İqtisadi tərbiyənin üçüncü komponenti iqtisadçı hərəkət- lərin formalaşmasıdır. Bu isə o deməkdir ki, iqtisadiyyat haqqındakı biliklər, anlayışlar, hərəkətlər əməli işlə birləşir.
İqtisadi tərbiyənin dördüncü komponenti sahibkarlıq və təsərrüfatçılıq qabiliyyətləri və bacarıqlarının formalaşdırılmasıdır. Bu isə o deməkdir ki, məktəbli yeraltı və yerüstü sərvətlərin qədrini bilməli, meşələrin, çayların, göllərin, dənizlərin təmiz saxlanmasına qayğı göstərməlidir.
İqtisadi tərbiyənin beşinci komponenti iqtisadi vərdişlərin formalaşdırılmasıdır. İqtisadi tərbiyə məktəblilərdə adamlara xeyir- xah və diqqətli olmaq, israfçılığa, israfçılıq edənlərə qarşı barışmaz- lıq kimi keyfiyyətləri tərbiyə edir.
İqtisadi tərbiyənin vəzifələri bunlardır:
İqtisadi tərbiyə kiçik yaşlarından başlayaraq, uşaqlarda iqti- sadi təfəkkürün sadə ünsürlərinin inkişafına zəmin yaratmalıdır;
Məktəbliləri iqtisadiyyatın, iqtisadi həyatın ən zəruri hadi- sələri ilə tanış etməli, onlarda iqtisadi təfəkkür və şüurun forma- laşmasına kömək etməlidir;
Ailədə gəlirin və çıxarın hesaba alınmasını, il üçün ailə büdcəsinin planlaşdırılması və istifadəsini öyrətməli, xalq əmlakını qorumalı, əməklə manatın qədrini bilməlidirlər.
İqtisadi tərbiyənin ən mühüm yollarından biri dərsdir. Müx- təlif fənlərin tədrisi prosesində şagirdlər iqtisadiyyata dair anla- yışları mənimsəyir, atalar sözlərini öyrənərkən xalqımızın qənaət- çilliyə dair fikirləri ilə tanış olurlar. ”Kəlilə və Dimnə”də deyilirdi:
Dostları ilə paylaş: |