Termodinamika nəzəri fizikanın bir bölməsi olub müxtəlif növ enerjilərin bir-birinə çevrilməsini öyrənir. Termodinamika yunan sözüdür - “terme”-istilik, “dinamis”-qüvvə deməkdir. Hal-hazırda Termodinamikanı üç hissəyə bölmək olar:
Fiziki və ya ümumi termodinamika – burada müxtəlif bərk, maye, qaz cisimlərində istilik prosesləri, maqnit – elektrik hadisələri, cisimlərin müxtəlif fiziki şəraitlərdə xassələri və bu xassələri özündə əks etdirən tənlikləri – analitli ifadələri öyrənir.
Kimyəvi termodinamika - burada müxtəlif kimyəvi, istilik, fiziki – kimyəvi proseslər, kimyəvi reaksiyalar və onlara ətraf mühitin təsiri öyrənilir.
Texniki termodinamika – burada ümumi və ya fiziki termodinamika qanunlarına əsaslanaraq istiliyin işə, işin istiliyə qarşılıqlı çevrilməsini, müxtəlif qızdıdrıcı və soyuducu maşınlar və maşınlarda istifadə edilən işçi cisim adlanan maddələrin müxtəlif fiziki şəraitlərdə xassələri və xassələri özündə əks etdirən tənliklər öyrənilir.
Termodinamika 2 qanuna əsaslanır. Bunlardan biri ümumi enerjinin itməməsi və çevrilməsi qanununun istilik proseslərinə tətbiqidir. Onun çox geniş tətbiq sahəsi var və bütün kainatda tətbiq oluna bilir. Ikinci termodindmikanın II qanunudur, tətbiq sahəsi nisbətən məhduddur və bu qanun makroproseslərin əmələ gəlmə istiqamətini göstərir. Termodinamikada III qanun da mövcuddur və Nernest teoremi adlanır və çox aşağı temperaturlarda maddənin xassələrini öyrənməyə imkan verir.
Termodinamikada 2 tədqiqat üsulu mövcuddur:
I. Dairəvi tədqiqatlar üsulu.
II. Həndəsi qurmalar və analitik ifadələr üsuludur.