İntibah fəlsəfəsi.
XV əsrdən etibarən fəlsəfi fikir tarixində intibah dövrü adlanan mərhələ başlandı. Bu dövr sənayenin, ticarətin inkişafı, böyük coğrafi kəşflər ilə səciyyələnir. Bütün bunlar kapitalizmin təşəkkülünü ifadə edir.
Baş vermiş ümumi dəyişikliklər insanların mənəvi həyatında və təfəkür tərzində də ciddi dönüş əmələ gətirdi. Bu dönüş ictimai və mədəni həyatın bütün sahələrində baş verən sekulyarizasiya (insanların şüurunun din və kilsədən azad olaraq dünyəviləşməsi) prosesində ifadə olunurdu. İqtisadi və siyasi həyatın ardınca tədricən elm, incəsənət və fəlsəfə də kilsənin tabeliyindən azad olaraq müstəqillik əldə etməyə başladı. Doğrudur, bu proses çox ləng getmiş və uzun dovrü əhatə etmişdi.
İntibah dövrü antik mədəniyyətin və təfəkkür üsulunun yenidən dirçəlməsi ilə səciyyələnir. Əlbəttə, söhbət antik həyat tərzinin tam bərpa olunmasından getmir. İntibah dövrünün adamı, mədəniyyəti və fəlsəfəsi antik dövrdəkindən ciddi sürətdə fərqlənirdi. Belə ki, o əvvəlki dövrə xas olmayan bir sıra yenilikiərə malik idi. Əgər antik dövrdə təbiət, kosmik həyat, orta əsrlərdə allah ideyası diqqət mərkəzində dururdusa, intibah dövründə insan problemi ön plana keçir. Bu dövrün, falsəfi təfəkkürü antroposentrik xarakter daşıyır.
Hərtərəflilik intibah dövrü adamının idealı idi. O, memarlıq nəzəriyyəsi, riyaziyyat, mexanika, fəlsəfə, pedaqogika kimi elmləri bilməli idi. Bu dövrdə ümumi mühit insanları görkəmli usta, sənətkar, şair, alim və sair olmağa sövq edirdi. Belə mühit humanist dəməkləri adlanan dəməkərin (Florensiya, Neapol və Romada) fəaliyyəti üçün daha çox səciyyəvi idi.
İntibah dövründə insanın mövqeyini yəqin etmək üçün XV əsr humanisti C.Mirandolanın (1463-1494) «İnsanın ləyaqəti haqqında nitqlər» əsərində irəli sürdüyü aşağıdakı fikir səciyyəvidir. O göstərirdi ki, allah insana belə sözlərlə müraciət edir. "Ey Adəm, biz ona görə sənin yerini, simanı və vəzifələrini dəqiq müəyyənləşdirmirik ki, bunları sən özün öz şəxsi arzuna, iradənə və qərarına görə edəsən". !
Bu, insan haqqında antik dövrün təsəvvüründən ciddi surətdə fərqlənirdi. Antik insan özünü təbiətin deyil, əksinə, təbiəti özünün ağası hesab edirdi. İntibah dövrü təfəkküründə isə vəziyyət tam dəyişilir. Burada belə bir təsəvvür əsas yer tutur ki, Allah insana azad iradə verir və onun özü-öz taleyini müəyyən etməlidir. İnsan sadəcə təbiət mövcudatı deyil, həm də öz xarakterinin yaradıcısı kimi çıxış edir. Bununla da o digər təbiət mövcudatlarından seçilir. İnsan tədricən öz şəxsi həyatının və taleyinin yaradıcısı olduğunu dərk etdikcə, o həm də təbiət üzərində qeyri-məhdud miqyasda hökmranlıq edən qüvvəyə çevrilir.
Yalnız intibah dövründə insanın yaradıcı fəaliyyəti özünəməxsus sakral (müqəddəs) xarakter kəsb edir. Öz fəaliyyəti ilə insan sadəcə olaraq gündəlik həyati tələbatlarını ödəməklə məhdudlaşmır. O, həm də yeni dünya yaradır, gözəllik bərqərar edir, dünyada mövcud olanların ən yüksəyi olan insanın özünü formalaşdırır.
Məhz intibah dövründə ilk dəfə olaraq varlığın mənəvi öyrənilməsi forması olan elm ilə praktiki-texniki fəaliyyət (bunu incəsənət adlandırırdılar) və bədii fantaziya arasında əvvəllərdə özünü göstərən hədlər silindi. Orta əsrlər xristianlığı insanı həyatdan qoparıb ayıraraq, dünyanın transendent yaradıcısı ilə əlaqələndirirdi. Beləliklə insan şəxsiyyəti müstəqil yüksək dəyər olmayıb, insan və Allahın ittifaqına əsaslanırdı. Allahdan ayrılıqda, müstəqil götürülən insanın heç bir dəyəri yox idi. Bundan fərqli olaraq intibah dövründə insan yetişdiyi mühitdən daha çox özünə, öz zənginləşən ruhuna və bədəninə arxalanırdı. Bu yol ilə o, transendent ənənənələrdoıı azad olmağa cəhd göstərirdi.
Beləlikiə intibah dövründə ayrıca götürülmüş insan şəxsiyyətinin rolu çoxçox artdı. Fərdin rəngarəngliyi, özünəməxsusluğu və təkrarolunmazlığı hər şeydən üstün tutulurdu. Orijinallıq və başqalarına bənzəməmək şəxsiyyətin böyüklüyünün ən mühüm keyfiyyəti hesab olunurdu. Buna görə də təsadüfi deyildir ki, çox vaxt şəxsiyyət anlayışının məhz bu dövrdə yarandığı qeyd olunur. İntibah dövrünün şəxsiyyət anlayışında digər bir yeni keyfiyyət öz hərəkəti üçün cavab vermək, məsuliyyət daşımaq qabiliyyəti meydana gəlir
Dostları ilə paylaş: |