101
Mantu sınağı tuberkilinlə aparılır. Preparat hazır 5 ml (doza) və ya 3 ml (30 doza)
steril standart məhlul şəklində buraxılır. Hər il 17 yaşına qədər birdəfəlik şpris ilə
dəri içi yeridilir.
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск
«Вышейшая школа» 2002 стр115
341. Meninqokokk bakteriyaları orqanizmə hansı yolla daxil olur?
A) Limfogen
B) Hematogen
C) Tənəffüs
D) Mədə-bağırsaq
E) Sidik-ifrazat
Meningitlə yoluxma zamanı meninqokoklar hava damcı yolu ilə yayılir. Giriş qapısı
yuxarı tənəffüs yollarıdır.
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск
«Вышейшая школа» 2002 стр 441
342. Meningit xəstəliyinə yoluxmuş uşaqla təmasda olan uşaq neçə gün
karantində olmalıdır?
A) 7 gün
B) 5 gün
C) 10 gün
D) 21 gün
E) Karantin müddəti qoyulmur
Meningit aşkar edilərsə təmasda olan uşaqlar izolə edilir, 10 gün müddətində hər
gün termometriya aparılmalı, burun boğaz və dəri örtükləri müayinə olunmalıdır.
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск
«Вышейшая школа» 2002 стр 442
343. Difteriya xəstəliyini törədicisi nədir?
A) Borde-Janqu çöpləri
B) Viruslar
C) Löffler çöpləri
D) Streptokokklar
E) Göbələklər
Difteriya infeksion xəstəlikdir. Törədici Löfter çöpləridir. Daxil olduğu yerdə fibrinoz
iltihab əmələ gətirir və infeksiya baş verir.
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск
«Вышейшая школа» 2002 стр 449
Dostları ilə paylaş: