466. Yenidoğulmuş uşağın əmizdirilmə müddəti maksimum necə dəqiqə
olmalıdır?
A) 50
B) 15-20
C) 40
D) 20-30
E ) 60
Yenidoğulmuşlarda əmmə anadangəlmə refleksdir.Ona görə də sağlam uşaq döşü
yaxşı tutur.İlk vaxtlar əmizdirmə müddəti 20-30 dəqiqə davam edir ki ,uşaq doysun.
135
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 səh.72
467. Qazanılma ürək qüsurları hansı xəstəlikdən sonra əmələ gəlir?
A) Qlaukoma
B) İrsi xəstəliklər
D) Revmatizm
C) Anemiya
E) Pnevmoniya
Revmatizm infeksion – allergik xəstəlik olub, ürək toxumasını daha çox zədələyir
(miokardit, endokardit ,perikardit). Endokardit zamanı revmatik proses çox vaxt
qapaqlar nahiyyəsini zədələyir və qazanılma ürək qüsurunu əmələ gətirir.
Ədəbiyyat: A.A. Əyyubova. “Uşaq xəstəlikləri .” Bakı.2008,səh 228
468. Revmatizm zamanı uşaqda daha çox hansı orqan zədələnir?
A) Qaraciyər
B) Böyrək
C) Ürək
D) Bağırsaq
E) Dalaq
Uşqalarda revmatizm zamanı əsasən ürək zədələnir. Ona görə deyilir ki, revmatizm
oynaqları yalayır, ürəyi dişləyir.
Ədəbiyyat: A.A. Əyyubova, “Uşaq xəstəlikləri”. Bakı-2008, səh 229
469.Sidiklə xaric olan şəkərə görə insulin hansı miqdarda təyin olunur?
A) 10-15 qr
B)5-10qr
C) 2-4 qr
D) 4-5 qr
E) 6-8 qr
Şəkərli diabet xəstəliyi zamanı sidiklə ifraz olunan 4-5 qr şəkərə bir vahid insulun
təyin edilir.
Ədəbiyyat: A.A Əyyubova, “Uşaq xəstəlikləri”, Bakı-2008, səh 335
470. Yenidoğulmuşlarda böyük əmgək hansı formada olur?
A) Dairə formasında
B) Üçbucaq formasında
C) Oval formada
D) Romb şəklində
E) Bağlı olur
Yenidoğulmuşlarda böyük əmgək alın və təpə sümükləri arasında yerləşir, romb
şəklində olur, adətən 12-15 aylığında bağlanır.
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск
«Вышейшая школа» 2002 cтр 35
|