“İndiyədək yüzlərlə
əməliyyat icra olunub,
minlərlə xəstə müalicə
edilib”
Məhdud vaxt çərçivəsində kli-
nikanın bir günlük fəaliyyətini
tam işıqlandırmağın mümkün-
süzlüyünü bildiyimizdən imkan
daxilində bütün şöbələri, müayinə
və müalicə otaqlarını, tədris audi-
toriyalarını da gəzdik ki, ümumi
mənzərə haqqında təsəvvürümüz
olsun. Səliqə-səhmandan tutmuş
texniki təchizatla təminata qədər
gördüklərimizdən bu qənaətə
gəldik ki, artıq müasir dünya
standartlarına tam cavab verən
yeni bir müalicə müəssisəsi insan-
ların xidmətindədir. Klinikanın
baş həkimi Asiman Həsənovun
söylədikləri bu qənaətimizi daha
MDB MƏKANINDA ƏN MÖHTƏŞƏM
Azərbaycan regionun yüksək templə inkişaf edən ölkəsi kimi tanınmaqdadır və bu inkişaf demək olar ki, cəmiyyətin
bütün sahələrini əhatə edir. İnsan faktorunu daim irəli çəkən dövlətimizin bu baxımdan təhsilə, səhiyyəyə xüsu-
si diqqət ayırması da xalqımız tərəfindən həmişə rəğbətlə qarşılanır. Səhiyyədən söhbət açanda isə ilk növbədə
Azərbaycan Tibb Universitetinin yada düşməsi də təbiidir. Təsadüfi deyil ki, Azərbaycanda yeganə olan bu ali tibb
ocağının əhalinin sağlamlığının qorunmasında əvəzsiz xidmətləri var. Son illərdə uğurları nəzərəçarpacaq dərəcədə
artan universitetimizdə yeni klinikaların istifadəyə verilməsi ayrıca səhifədir. Bu səhifədə özünəməxsus yer tutan,
möhtəşəmliyi ilə seçilən hələlik sayca 4-cü klinika Tədris Cərrahiyyə Klinikasıdır. Cəmi bir neçə aydır ki, xəstələri
qəbul edən klinika artıq oturuşmuş klinikalarla sağlam rəqabət aparmaq imkanına malikdir.
Elə biz də yeni tədris ilinin başlanması ərəfəsində yolumuzu klinikadan salaraq təəssüratlarımızı oxucularla
bölüşmək qərarına gəldik.
|