ya nəticəsində ölənlərin sayı 2000-ə çatır və hər
gün artmaqda davam edir. Epidemiyanın yayılma-
sının qarşısını almaq üçün Ümumdünya Səhiyyə
Təşkilatı müvafiq tədbirlər həyata keçirir.
Ebola virusu ilə törədilən xəstəlik - Ebola hemorragik qız-
dırması ağır xəstəlik olub, təqribən 90% hallarda ölümlə
nəticələnir. İnfeksiyanın təbii rezervuarı yarasalardır, insanla-
ra yoluxan xəstəlik insandan-insana yoluxmaqla epidemiyalar
əmələ gətirir.
Ebola qızdırması ilk dəfə 1976-ci ildə Konqoda (Afrika) Ebo-
la cayı vadisindəki yaşayış məntəqəsində qeyd edilmişdir.
Törədici virus RNT-tərkibli olmaqla Filoviridae (sapşəkilli virus-
lar) fəsiləsinin nümayəndəsidir. Ölçüləri 600-800 nm olan bu vi-
rus, xarici qişaya malik mürəkkəb quruluşludur, ultrabənövşəyi
şüaların, fenol tərkibli dezinfektantların təsirinə həssasdır.
Xəstəlik insandan-insana xəstələrin qanı, ifrazatları və digər
bədən mayeləri ilə təmasda olduqda, eləcə də bu mayelərlə
bulaşmış əşyalarla yoluxur. Xəstəlikdən ölmüş heyvanların və
insanların cəsədləri ilə təmas da xəstəliyin yoluxmasına səbəb
olur. Virus damar endoteli hüceyrələrinə tropizmə malikdir.
Ebola qızdırmasının gizli dövrü 2 gündən 21 günədək davam
edə bilər. Xəstəlk ağır, kəskin virus infeksiyasıdır, əsasən qız-
dırma, əzələ ağrıları və zəifliyi, baş və boğaz ağrısı əlamətlərilə
qəflətən başlayır. Sonra qusma, ishal, qaraciyər və böyrəklərin
funksiyasının pozulması, bəzi hallarda isə daxili və xarici qa-
naxmalar müşahidə edilir. Qanda qaraciyər fermentlərinin miq-
darının artması, leykopeniya və trombositopeniya qeyd edilir.
Xəstənin qanında və ifrazatlarında virus olduğundan onlar yo-
luxucu olur. Bəzi məlumatlara görə virus xəstə orqanizmində 2
aya qədər saxlanıla bilir.
Xəstəliyi malyariya, qarın yatalağı, dizenteriya, vəba, lep-
tospiroz, qayıdan yatalaq, hepatit və digər hemorragik qız-
dırmalardan fərqləndirmək lazım gəlir. Diaqnoz ancaq labo-
rator müayinələrin nəticələrinə görə qoyulur və xəstələrin
qan zərdabında virus antigenlərinin və onlara qarşı spesifik
anticisimlərin immunoferment analizlə təyini, zəncirvari polime-
raza reaksiyası (PCR), eləcə də virusun hüceyrə kulturalarında
əldə edilməsinə əsaslanır.
Hazırda Ebola qızdırmasının müalicə və profilaktikası
üçün spesifik preparatlar mövcud olmasa da bu istiqamətdə
tədqiqatlar davam edir. Bir neçə gün əvvəl isə bu ölümcül
xəstəlikdən ilk müalicə olunanlar haqqında məlumat yayılmış-
dır. Liberiya həkimlərinə bu xəstəliklə mübarizədə kömək edən
Amerikalı həkim və tibb bacısı bir neçə həftə əvvəl Ebola viru-
suna yoluxmuş və Amerikaya gətirilmişlər. Amerikanın Atlanta
ştatında onları Mapp Biopharmaceutical əczaçılıq kompaniya-
sı əməkdaşları tərəfindən hazırlanmış eksperimental preparat
olan Zmapp ilə müalicə etməyə başlamışlar. Bu preparat ancaq
heyvanlar üzərində sınaqdan keçirilmiş, lakin klinika həkimləri
və preparatın müəllifləri xəstəliyin ölümcül olmasını nəzərə ala-
raq onu bu iki xəstəyə tətbiq etmək məcburiyyətində qalmışlar.
Üç həftəlik müalicədən sonra Ebola virusu ilə yoluxmuş həkim
və tibb bacısı tam sağalmış, laborator müayinələrin nəticələrinə
görə onların qanında virus aşkar edilməmişdir. Bu preparat
həmçinin Liberiya həkimləri tərəfindən üç xəstəyə təyin edilmiş
və onların da vəziyyətlərinin yüngülləşməsi bildirilir.
Eksperimental preparat olan Zmapp gen mühəndsliyi
vasitəsilə alınmışdır. Əvvəlki tədqiqatlar meymunlar üzərində
Ebola virusuna qarşı anticisimlərin bu xəstəlikdə effektli ol-
masını sübut etmişdir. Belə ki, xəstəlikdən sağ qalmış əntər
meymunlarının 10 həftə sonra yenidən bu virusla yoluxdurul-
ması onlarda xəstəliyə səbəb olmamışdır. Bunu nəzərə alaraq
əvvəlcə Ebola virusuna qarşı monoklonal anticisimlər əldə edil-
miş, sonra anticisim sintezini təmin edən gen vektor vasitəsilə
tütün bitkisinə köçürülmüşdür. Sonda tütün bitkisinin yarpaqla-
rında olan anticisimlər ekstraksiya ilə alınmış, təmizləndikdən
sonra tətbiq edilmişdir.
Dostları ilə paylaş: |