Ümumi ekologiya fənninin məqsəd və vəzifələri



Yüklə 72,91 Kb.
səhifə13/20
tarix19.06.2023
ölçüsü72,91 Kb.
#132689
1   ...   9   10   11   12   13   14   15   16   ...   20
Ümumi ekologiya

12. Eroziya prosesi

Eroziya” – latın sözü olub, lüğəti mənası – „yeyilmə” deməkdir. Eroziya suyun, küləyin, digər təbii və antropogen amillərin təsiri nəticəsində də baş verir. Eroziya prosesi torpaqların dağılması, yuyulması, sovrulması, hətta bir çox hallarda torpaq əmələ gətirən suxurların da parçalanması ilə nəticələnir. Eroziyanı torpağın xərçəngi də adlandırırlar. Eroziya prosesini törədən səbəblərə görə o müxtəlif cür adlanır. Məsələn su, külək eroziyası (və ya deflyasiya), antropogen eroziya, texnogen eroziya və s. Su eroziyası dağlardan axan selin nəticəsində əmələ gəlir. Daha şiddətli daşqınların, dərələrin, yamacların əmələ gəlməsi də eroziya növünə aiddir.Şırım eroziyası əsasən qar örtüyünün surətlə əridiyi dövrdə və güclü leysan yağışları yağarkən əmələ gəlir.Su eroziyasının bir növü də irriqasiya eroziyasıdır. Eroziyanın bu növü əsasən suvarma dövrü suyun normadan artıq tətbiqi, əsasən selləmə suvarmanın nəticəsində əmələ gəlir. Ona qarşı müxtəlif üsullarla mübarizə aparılır. Ən səmərəli mübarizə tədbiri dərin şumlama üsuludur.Eroziya torpağa çox ziyan vurduğu üçün ona qarşı mübarizə ümumdövlət əhəmiyyətli problemdir. İnsan bitki örtüyünü məhv edir, meşələri qırıb yerində əkin sahəsi yaradır. Meşələr getdikcə seyrəkləşir, mühafizəedici funksiyasını itirir və torpaq eroziyaya uğrayır. Yağıntı qeyri – bərabər paylandıqda və ya leysan yağışlar yağdıqda torpaqlarda eroziya güclənir.


Torpağın eroziyasının qarşısını almaq üçün üç istiqamətdə tədbirlər aparılmalıdır:

  1. Eroziyanı törədən səbəbləri aradan qaldırmaq.

  2. Eroziya prosesinə qarşı bilavasitə mübarizə tədbirləri və vasitələri tətbiq etmək.

  3. Eroziyanın yaranmasına səbəb olan iqtisadi təsirinin mənfi nəticələrini aradan qaldırmaq.

Eroziyaya qarşı aqrotexniki və hidrotexniki mübarizə aparılır. Bundan başqa bitki örtüyünü qorumaq və meşə meliorasiyasını gücləndirmək də əsas çıxış yolu sayılır.


13. Azərbaycanda eroziya prosesinin əmələ gəlməsi

Azərbaycanda eroziya prosesi geniş yayılmışdır. Eroziya prosesi nəticəsində uzun illər boyu əmələ gəlmiş torpaq yuyulub dağılır,onun münbitliyi azalır, sahələr qobu şəbəkələrinə parçalanır, dəyərli torpaq sahələri tədricən yararsız hala düşür, torpaqlarda humusun miqdarı azalmaqla yanaşı onun tərkib hissəsi dəyişir, torpaqda gedən mikrobioloji proseslər zəifləyir, torpağın mikroflorası dəyişkənliyə məruz qalır. Torpaq eroziyası get-gedə inkişaf edən proses olduğundan ona qarşı müntəzəm mübarizə tədbirləri aparmaq lazımdır. Azərbaycanın elmi-tədqiqat institutları və layihə təşkilatlarının məlumatlarına əsasən respublika ərazisinin 36,4%-i müxtəlif dərəcədə eroziya prosesinə məruz qalıb. Onun 14,1%-i zəif, 10,7%-i orta və 11,6%-i şiddətli dərəcədə yuyulmuş torpaqlardır. Respublikanın ayrı-ayrı rayonlarında təbii şəraitdən və insanın təsərrüfat fəaliyyətindən asılı olaraq eroziya prosesi müxtəlif formada və müxtəlif dərəcədə inkişaf edib. Belə ki, Mil-Qarabağ zonasında ərazinin 30,8%-i, QubaXaçmaz zonasında 48,2%-i, Abşeronda 40,3%-i, Naxçıvan MR-də 70,7%-i. DQMV-də 59,3%-i, Şirvanda 27,7%-i, Şəki-Zaqatala zonasında 55,7%-i eroziyaya məruz qalıb. Düzən rayonlarında isə eroziya prosesi olduqca zəif gedir.Respublikanın bir çox subalp və alp yay otlaqlarında mal-qaranın sistemsiz və normadan artıq otarılması nəticəsində dağ-çəmən torpaqları başdan-başa eroziyaya məruz qalıb, ərazinin çoxu daşlı-qayalı sahələrə çevrilib. Bununla əlaqədar olaraq çəmənlərin məhsuldarlığı aşağı düşüb və ya otlaqlar tamamilə sıradan çıxıb. Belə sahələrə Qəbələ, İsmayıllı, Şamaxı, Quba, Gədəbəy, Daşkəsən, Kəlbəcər və Laçın dağlarında daha çox rast gəlmək olar.Respublikamızın torpaq örtüyünə külək eroziyası da böyük ziyan vurur. Bu növ eroziya prosesi əsasən Abşeron yarımadasında, Qobustanda, Xaçmaz-Dəvəçi, Giləzi-Qaradağ-Ələt dəniz sahillərində, Ceyrançöl, Muğan və Mil çöllərində geniş yayılıb. Bu ərazilərdə külək eroziyası təsərrüfat sahələrinə hər il külli miqdarda zərər yetirir. Nəticədə torpaq qatı qida maddələrindən məhrum olub münbitliyini itirir, məhsuldarlığı dəfələrlə aşağı düşür və ya tamamilə istifadədən çıxır.Azərbaycanda eroziya prosesinin əmələ gəlməsinə və inkiaşfına təbii-tarixi amillərdən – relyef, iqlim, ərazinin geoloji-geomorfoloji quruluşu, torpaqəmələgətirən süxurların kimyəvi tərkibi, torpaq-bitki örtüyü də ciddi təsir göstərir




Yüklə 72,91 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin