Ümumi histologiya


QANIN FORMALI ELEMENTLƏRİ



Yüklə 1,33 Mb.
səhifə34/128
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#44915
1   ...   30   31   32   33   34   35   36   37   ...   128
2 5379791321034655986

QANIN FORMALI ELEMENTLƏRİ
Eritrositlər – qırmızı qan cisimcikl əri filogenez və ontogenez prosesində nüvəsini və bir çox orqanellərini itirmiş nüvəsiz hüceyrələ rdir (posthüceyrə strukturlar ı hesab edilirlər). Eritrositlərin əsas funksiyası O2 və CO2 daşınması , yəni qazlar mübadiləsinin təmin olunması dır. Bu funksiyanın təmin olunması eritrositlərdə tərkibində dəmir olan spesifık zülal olan hemoqlobinlə əlaqədardır. Bundan başqa eritrositlər aminturşuları, antitelləri, toksinləri və bir sıra dərman maddələrini sitolemmanın səthinə adsorbsiya etməklə onların daşınmasında da iştirak edir.
Eritrositlərin miqdarı yetkin orqanizmdə kişilərdə 1 litrdə 3,9x1012-dən 5,5x1012, qadınlarda 3,7x1012- dən 4,9xl012-dək olur. Eritrositlərin miqdarı yaş, hormonal fon, emosional və əzələ gərginliyi, həmçinin ekoloji faktorlardan asılı olaraq dəyişə bilər. Eritrositlərin miqdarını n artması eritrositoz, azalması isə anemiya kimi xaraktrizə olunur. Normada eritrositlər iki tərəfi basıq disk formasmda olur, diskositlər adlanırlar. Qocalmış eritrositlər formalarını dəyişirlər. Ona görə də, eritrositlə rin ümumi miqdarının 80-85%-ni diskositlər, 15-20%-ni isə qeyri -düzgün formalar - sferosit, planosit, exinositlər təşkil edir. Qeyri-düzgün formaları n qanda miqdarının çoxalması poykilositoz adlanır. Eritrositlər qan kapilyarından keçərkən formalarını çox də yişirlər. Eritrositlərin diametri 7,1-7,8 mkm ölçüdədir. Normal qanda 75% eritrositlər bu ölçüdə olur və normositlər adlanı r. Diametri 8 mkm-dan böyük eritrositlər makrosit adlanır, 12,5% təşkil edir, 6 mkm-dan kiçik olanlar mikrositlər adlanır, 12-12,5% təşkil edir. Makrosit və mikrositlərin ümumi miqdannm 25%-dən çox olması anizositoz adlanır.
Eritrositin ümumi həcminin 45%-i hemoqlobin təşkil edir. Hemoqlobin qazlar mübadiləsində iştirak edərək oksigenin ağ ciyərlərdən toxumalara, toxumalardan ağ ciyərlərə daşınması nı təmin edir. Eritrositin sitoplazmasında əsas zülallardan biri də karboanhidraza fermentidir. Bu ferment CO2-nın cox hissəsinin nəqliyyat ücün əlverişli formaya – HCO3- (hidrokarbonat ionuna) və əksinə çevilməsini katalizə edir.
İnsan orqanizmində eritrositlərdə 2 tip hemoqlobin ola bilər:

  1. HbF embrion üçün xarakterdir və fetal hemoqlobin adlanır. İnkişafın 8-36-cı həftələrində eritrositlərdə olur və dölün hemoqlobinin 90-95%-ni təşkil edir. Doğuşdan sonra bu miqdar tədricən azalır və 8 aylıq uşaqda 15% təşkil edir.

  2. HbA yetkin orqanizm üçün xarakterikdir. Hemoqlobinin bu tiplərinin zülal hissələri aminturşu ardıcıllığına görə fərqlənirlər. Yetkin orqanizmdə isə HbA - 98%, HbF - 2% təşkil edir. Qeyd etmək lazımdır ki, Hb F-in oksigenə həssaslığı HbA-dan yüksəkdir.

Eritrositin tərkibindəki hemoqlobində olan dəmir qana qırmızı rəng verir. Qan preparatlarını boyayarkən eritrositlər oksifil olurlar. Periferik qanda normada diskosit formasında olan 1-5% cavan eritrositlər – retikulositlər olur ki, bunlar da yetkin eritrositlərə diferensiasiya edirlər. Retikulositlərdə hemoqlobin nisbətən az olur, sitoplazmada dənəvər strukturlar aşkar edilir. Elektron mikroskopu vasitəsilə müəyyən edilmişdir ki, dənəvər-torlu strukturlar tərkibində ribosom olan endoplazmatik şəbəkənin qalıqlarıdır. Güman edilir ki, retikulositlərdə az miqdarda zülal sintezi (qlobin) həyata keçir.
Eritrositin sitoplazmasında hemoqlobindən başqa müəyyən funksiyaları yerinə yetirən fermentlər (məs.: karboanhidraza fermenti) də vardır. Bu fermentlər qazlar mübadiləsi, hüceyrə formasının saxlanılması və s. funksiyalar üçün çox vacibdir. Karboanhidraza fermenti eritrositin sitoplazmasının əsas zülallarında biri olmaqla, CO2-nın nəqliyyat üçün əlverişli olan hidrokarbonat ionuna (toxumalarda) və əksinə çevrilməsini (ağciyər kapilyarlarında) təmin edir.

Eritrositlərin həyat dövrü 120 gündür. İnsan orqanizmində eritrosit ömrünü başa vurduqdan sonra hemoqlobin qlobin və hemin qrupuna parçalanır. Hemin qrupundan azad olmuş dəmir qismən yeni


20

eritrositlərin yaranması na sərf olunur. Eritrositlər qocalarkən onlarda bəzi fermentlərin aktivliyi və bununla əlaqədar qazlar mübadiləsi fünksiyası zəifləyir.

Eritrositin hüceyrə membranı çox plastikdir, bu da ona deformasiya etməyə, nazik kapilyarlardan (4-5 mkm) keçməyə imkan verir. Bu proseslər kortikal sitoplazma və sitoskelet elementl ərinin iştirakı ilə təmin olunur. Eritrosit membranının əsas transmembran zülalları zolaq 3 zülalı və qlikoforinlərdir. Spektrin isə kortikal sitoplazma zülalları qrupuna daxil olub membranı n daxili sə thində yerləşir. Spektrin sitoskletin aktin zülalları il ə birləşir və spektrin-aktin kompleksi əmələ gətirir ki, bu da membranın zolaq 3 zülalları ilə ankrin zülalı vasitəsi ilə əlaqələnir. Bu birləşmə membranı daxilə doğru dartaraq, eritrositə ikitərə fıbasıq disk formasını verir. zolaq 3 zülalı – membranda qlükoza daş ıyıcıs ı rolu oynayır, həm də Clˉ və HCOˉ anionlarının nəqliyyatında iştirak edir (bu haqda əlavə məlumat üçün bax: [2], s.76).
Qlikoforinlər – membran qlikoproteidləridir. Onun karbohidrat zə ncirində Ag-determinantları yerləşir (A və B aqqlütinogenləri). Rezus faktor antigenləri də eritrosit zarında yerləşən membran qlikoproteidləridir.

Eritrositlərin ölümü hüceyrədaxili faktorlar, həm də mikromühit faktorlarının təsiri ilə həyata keçirilir. Belə ki, eritrositdə fermentlərin sintezi mümkün olmadığı üçün, tə dricən sitoplazmada mübadilə prosesləri zəifl əyir, hüceyrənin forması dəyişir, zülallarda deqradasiya baş verir, yeni antigenl ər yaranır. Belə qocalmış eritrositlər makrofaqlar tərə findən tanınır və faqositoza uğradılır. Beləliklə, plazmatik membranın səthində görünən qocalıq antigenləri qocalmış eritrositlərin tapılmasına və kənarlaşdırılmasına səbəb olur. Bu antigen eritrosit zarında zolaq 3 zülalının deqradasiyası nəticəsində yaranır.

Hemolitik anemiyalarda, malyariya xəstəliyi zamanı da eritrositlərin elliminasiya prosesi bu mexanizmlə baş verir.


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin