Ümumi histologiya



Yüklə 1,33 Mb.
səhifə41/128
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#44915
1   ...   37   38   39   40   41   42   43   44   ...   128
2 5379791321034655986

NK-hüceyrələr. T- və B-limfositlərdən fə rqli olaraq membran səthində səthi determinantlara malik deyillər. Bütün sirkulyasiya edən limfositlə rin 5-10%-ni təşkil edirlər. Tərkibində perforin zülalı olan sitolitik qranullara malikdirlər, bu yolla da infeksiyalaş mış hüceyrələri, yad hüceyrələri məhv edirlər. İnterleykinlərin təsiri altında NK hüceyrələr proliferasiya edirlər. Aktivləşmiş NK hüceyrələrin plazmatik membranında CD69 qlikoproteini meydana çıxır.

T- və B-limfositlər arasında morfoloji fərqlər tam aydınlaş dırılmamışdır. Tədqiqatlar göstərir ki, B-limfositlərdə dənəli endoplazmatik tor güclü inkişaf etmişdir, T-limfositlərdə isə lizosomlar nisbətən çoxdur.

T- və B-limfositlər, onların populyasiyaları immunoloji metodlarla aşkar edilirlər. Bu isə onların membran səthində spesifik reseptorların olmasına əsaslanır.

Antigenlə qar şılı qlı təsir nəticəsində T- və B-limfositlə rin effektor formaları ndan başqa, T- və B-yaddaş hüceyrələri də yaranır. Bu hüceyrələr eyni antigenlə təkrar qar şılaşdıqda, orqanizmdə daha tez sürəkli immun cavabı təmin edirlər. Limfositlərin hə yat dövrü bir neçə hə ftə dən bir neçə ilədək davam edə bilər. Periferik qandak ı limfositlərin çox hissəsini uzun ömürlü (aylarla və illərlə) resirkulyasiya edən T-limfositlər, az hissəsini isə qısa ömürlü (həftə və aylarla) B-limfositlər təşkil edir. Resirkulyasiya halları, yəni qandan toxumaya, toxumalardan limfa yolları ilə yenidən qana qayıdış daha çox T-limfositlər üçün xarakterdir. Bu yolla onlar bütün orqan və toxumalarda immunoloji nəzarəti həyata keçirirlər.

Müəyyən olunmuşdur ki, qanda sirkulyasiya edən və qırmızı sümük iliyindən bura miqrasiya edən qanın sütun hüceyrələri də kiçik limfositlərlə eyni morfoloji əlamətlərə malikdirlər.


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin