Вәһһаби Мәзһәби


İkinci: Ayədə ictimai − siyasi cəhəti açıqlayan mənfəət sözü ibadət cəhətini canlandıran “Allahı zikr etmək” ifadəsindən əvvəl işlənmişdir. Üçüncü



Yüklə 1,5 Mb.
səhifə87/98
tarix02.01.2022
ölçüsü1,5 Mb.
#1053
1   ...   83   84   85   86   87   88   89   90   ...   98
İkinci: Ayədə ictimai − siyasi cəhəti açıqlayan mənfəət sözü ibadət cəhətini canlandıran “Allahı zikr etmək” ifadəsindən əvvəl işlənmişdir.
Üçüncü: Quran mənfət kəlməsini heç bir qeyd və şərtsiz gətirib. Bununla da mənfəətin iqtisadi, siyasi və ictimai cəhətlərə aid olduğu sübuta yetirilir. Bizim bunu xüsusi bir mənfəətə aid etməyə haqqımız yoxdur. İstər bunu iqtisadi, istərsə də ictimai-siyasi əhatələrə aid edək, bundan sonra gələn “Allahı zikr edən” ifadəsi bunu bildirir ki, həccin ibadətdən başqa fayda aparılası bir cəhəti də vardır. Yəni, həcci müsəlmanların həyatı ilə maraqlanmadan quru ibadət təsəvvür etmək olmaz. Daha yaxşı olan ki, “əl-Əzhər” üniversitenin keçmiş rektoru şeyx Mahmud Şəltutun bu ayəni təfsir etdiyi cümlələrə diqqət yetirək.

Şeyx deyir:

“Həccin vasitəsi ilə müşahidə olunan mənfəətlər həc fəlsəfəsinin ilkin surətləri kimi müzakirə olunur. Bu mənfəətlər böyük əhəmiyyət kəsb etdiyi üçün müxtəlif xüsusiyyətlərlə xülasələşdirmək olmaz. Əksinə, bu sözün ümumi mənası olduğuna görə bütün ictimai və fərdi mənfəətləri əhatə dairəsinə alır. Əgər nəfsi pak edib Allaha yaxın olmaq, elm və mədəniyyəti genişləndirmək mənfəət sayılırsa, İslamı təbliğ üçün müsəlmanları bir olmağa dəvət etmək də mənfəət sayılır... Bu səbəbdən də bu mənfəətlər müsəlmanların vəziyyətinə görə və zamanın halına görə bir-birindən fərqlənir.”

Əl-Əzhərin keçmiş şeyxi başqa bir yerdə deyir:

“Həccin İslamda xüsusi bir mövqeyi, tək-tək insanlar və cəmiyyət üçün xeyirli hədəfləri olduğuna görə daha yaxşı olar ki, alimlər, ziyalılar, elm-mədəniyyət xadimləri siyasi, iqtisadi məsuliyyət daşıyanlar, din və şəriət müəllimləri, döyüş qəhrəmanları bu əmələ xüsusi diqqət yetirsinlər. Hər bir insan bundan faydalanmalıdır. Bu İlahi hərəmə gəlmək lazımdır. Fikir sahibləri, imanlı, müqəddəs hədəfləri olan şəxslər orada cəm olmalıdırlar. Bununla da Məkkənin rəhmət qanadlarının üzərində olduğunun və tovhid kəlməsi sayəsində onların Allah evinə cəm olmalarının şahidi olsunlar. Nəticədə isə bir-birlərini tanısınlar, məsləhətləşib bir-birlərinə kömək etsinlər, sonra isə bir qəlblə, bir fikirlə və bir ümmət kimi öz vətənlərinə qayıtsınlar...”1

Quran bu ayələri zikr etdikdən sonra İslamın müqəddəslərini müdafiə etmək haqqında belə buyurur:

a) “Şübhəsiz ki, Allah iman gətirən kəslərdən (kafirlərin əzab-əziyyətini) dəf edər. Allah, həqiqətən, heç bir xaini və nankoru sevməz.”

b) “Zülmə məruz qaldıqlarına görə vuruşanlara (kafirlərə qarşı Allah yolunda döyüşməyə) izn verilmişdir. Allah onlara kömək etməyə, əlbəttə qadirdir.”

v) O kəslər ki, haqsız yerə, ancaq “Rəbbimiz Allahdır” dediklərinə görə yurdlarından (Məkkədən) çıxarıldılar. Əgər Allah insanların bir qismini digər qismi ilə (müşrikləri möminlərlə) dəf etməsəydi, sözsüz ki, içərisində Allahın adı çox zikr olunan monastrlar, kilsələr, yəhudi məbədləri və məscidlər uçulub dağılmışdı. Allah Ona (Öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!”

q) “O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək (onlara bir yer versək), namaz qılar, zəkat verər, (insanlara) yaxşı işlər görməyi əmr edib, pis işlərdən çəkindirərlər. Bütün işlərin sonu (nəticəsi) Allaha aiddir. (Allah Qiyamət günü əməllərinə müvafiq olaraq möminlərə mükafat, kafirlərə isə cəza verəcəkdir).”2

Quranda müdafiə və cihad ayələrinin həcc ayələrindən sonra gəlməsi məgər təsadüfidirmi? Heç vaxt Quranda ayələr təsadüfi və namünasib işlənməyib.

Bu iki ayənin mənasını bir yerə topladıqda belə bir nəticə çıxartmaq olar ki, həcc ilə müdafiə və fikir meydanı bir-birinə bağlıdır.

Yəni həcc müsəlmanların fikir və ruhi azadlıqları üçün çox əlverişli bir yerdir. Müsəlmanlar burada mənəvi güclərini hazırlamaqla müstəmləkəçi zalımları susdura bilərlər.

Bəli, bu böyük ilahi yığıncaqda dünyanın hər yerindən nümayəndələr toplaşırlar. Bu, mütəfəkkirlərin, ziyalıların fikirlərini bölüşdürməsi üçün böyük bir fürsətdir. Onlar bu fürsətdən istifadə edib düşmənlərin qarşısında böyük bir sədd yaratmaqla onlara elə bir dərs versinlər ki, onların yadından çıxmasın. Baxmayaraq ki, bu yalnız həcc vactına aid edilmir. Çünki müsəlmanlar zaman və məkandan asılı olmayaraq düşmənə cavab vermək üçün həmişə hazır olmalıdırlar. Lakin həcc vaxtı bu vəzifəni yerinə yetirmək üçün əldə daha böyük fürsət olur.

Təkcə şeyx Şəltut bu ayəni ümumi mənada təfsir etməyib, hətta sünnə əhlinin qədim təfsir alimlərindən olan Təbəri də bu ayəni təfsir edənkən deyir:

“Allahın buyurduğu mənfəət kəlməsində məqsəd bütün işlərə aid edilir. Yəni, müsəlmanlar bu mənfəətləri dərk etməklə bütün dünya və axirət xeyirlərini əldə etsinlər. Heç bir rəvayət və əqli hökmlər də bu cümlənin mənasını xüsusiləşdirə bilməz.”1



Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin