XəZƏR 2014, №2 bu sayda güMÜŞ DÖVRÜN ŞAİRLƏRİ



Yüklə 381,02 Kb.
səhifə65/97
tarix02.01.2022
ölçüsü381,02 Kb.
#1042
1   ...   61   62   63   64   65   66   67   68   ...   97
Romancier (et sa vie). Romançı (və onun həyatı).Sənətkar nəsilləri özünün mövcud olmadığına inanmağa məcbur eləməlidi”,Flober deyir. Mopassan öz portretinin məşhur yazıçılara həsr olunmuş seriyaya salınmasına maneçilik törədir: “İnsanın şəxsi həyatı, onun görkəmi kütlənin sərvəti olmamalıdır”. German Brox özü, Müzil və Kafka barədə: “Üçümüzün həqiqi bioqrafiyamız yoxdur”. Bu, onların həyatında az hadisələr baş verdiyini göstərmir. Bu o deməkdi ki, yazıçı kütlənin gözü qabağında olmamalı, bioqrafiyaya çevrilməməlidir. Karel Çapekə ünvanlanmış sual: “O niyə şeir yazmır?” Onun cavabı: “Çünki özüm haqqında danışmağa nifrət edirəm”. Əsl romançının fərqləndirici cəhəti: özü haqqında danışmağı sevmir. “Mən öz burnumu böyük yazıçıların həyatına soxmağa nifrət eləyirəm və heç zaman heç bir bioqraf mənim şəxsi həyatımın üzərindən pərdəni götürməyəcək”, – Nabokov deyir. Folknersə: “Çap olunmuş kitablarından başqa, heç bir iz qoymadan insan kimi itib getməyı, tarixdən silinməyi”, – arzulayır (“kitablar” və “çap olunmuş” sözlərini qeyd eləyək, deməli, yarımçıq əlyazmalar, məktublar və gündəliklərdən söhbət getmir). Kafkanın məcazı mənada dediyinə görə, romançı təzə ev – öz romanının evini tikmək üçün öz həyat evini kərpic-kərpic sökür. Burdan belə çıxır ki, romançının bioqrafiyası onun tikdiyini uçurur, uçurduğunu isə tikir. Onun neqativ işi romanın dəyərini, mənasını aydınlaşdıra bilməz: olsa-olsa, bir neçə kərpic uyğun gələ bilər. Kafka Jozef K-dan daha artıq əhəmiyyət kəsb elədiyi məqamda yazıçının ölümdən sonra ölməsi prosesi başlanır.


Yüklə 381,02 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin