- 57 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Məsələn, İsrail Dövlətində ərəb bədəvilərinin məskunlaşdığı mübahisəli
yaşayış yerlərində elektrik enerjisindən istifadə dövlət tərəfindən təmin
olunmur. Bu səbəbdən də, bədəvilər günəş panellərindən çox effektli şəkildə
istifadə etməklə öz enerji ehtiyatlarını tam qarşılayırlar. Günəş panelləri
vasitəsilə onlar suyun qızdırılmasını, həmçinin istehsal olunan elekt-
rik enerjisindən istifadə edərək soyuducu, kondisioner, televizor və digər
önəmli məişət cihazlarının işləməsini təmin edirlər. Bu, bir daha sübut
edir ki, enerji mənbələrindən asılı olmayaraq, düzgün idarəetmə və coğrafi
məkanın təsiri nəticəsində sistemin dəqiq seçilməsi və quraşdırılması ener-
ji təhlükəsizliyinin artırılmasına kömək edir. Ona görə də qeyd edə bilərik
ki, AEM-in ümumi enerji təchizatını diversifikasiya etmək iqtisadiyyatda
həssas sayılan qiymət dəyişkənliyini aradan qaldırır və bununlada enerji
təhlükəsizliyini qlobal, regional və lokal səviyyədə artırmağa imkan yaradır
7
.
Dostları ilə paylaş: