Yaşil iNKİŞAF: enerji SƏMƏRƏLİLİYİ VƏ alternativ məNBƏLƏR 2 yaşil iNKİŞAF


Bazar uğursuzluqları və iqtisadi baryerlər



Yüklə 7,28 Mb.
Pdf görüntüsü
səhifə65/155
tarix02.01.2022
ölçüsü7,28 Mb.
#1179
1   ...   61   62   63   64   65   66   67   68   ...   155
2.7.3. Bazar uğursuzluqları və iqtisadi baryerlər 
Dİ kontekstində AEM-in iqtisadi tərəflərini qiymətləndirmək 
üçün sosial xərclər və gəlirlər şəffaf şəkildə nəzərə alınmalıdır. AEM-
in qiymətləndirilməsi xərc effektivliyi, regional uyğunluq, ətraf 
mühitə təsirlərin nəticələri üzrə ölçülə bilən meyarlar əsasında həyata 
keçirilməlidir. Sosial cəhətdən səmərəli AEM üzrə investisiya qərarlarını 
dəstəkləmək üçün iqtisadi amillər tələb olunur. Burada vergilər, subsidiya-
lar, onların quruluşu, həmçinin bazardakı çatışmazlıqlar və uğursuzluqlar 
timsalında bazar pozuntularının AEM-in icrasına təsirləri, habelə sosial 
xərclər fonunda İXQ emissiyalarının sağlamlığa və ətraf mühitə vurduğu 
zərər də nəzərə alınmalıdır
13
.
AEM-iniqtisadi məqsədəuyğunluğunun qiymətləndirilməsi bərpa 
olunan resursların mövcudluğuna və xərc amillərinə əsaslanır. Adekvat 
mənbələrin potensialı barədə məlumat çatışmazlığı mənbənin varlığı ilə 
bağlı qeyri-müəyyənliyə birbaşa təsir edərək, bazarda layihə icraçıları və in-
vestorlar tərəfindən yüksək risk sığortası tələb edir. AEM bazarının səmərəli 
12  ibid
13  ibid


- 61 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
inkişafı üçün investisiyaların ayrılması və siyasi dəstək olduqca vacibdir. 
Məsələn, inkişaf etmiş ölkələrdə əsas baryerlərdən sayılan investisiya qoyu-
luşu əsasən yeni texnologiyaların alınmasında, sistemin qurulması və çalış-
ması üçün texniki xidmətlərin göstərilməsində, siyasi dəstək isə göstərilən 
xidmətlərin davamlı və effektli şəkildə həyata keçirilməsində böyük stimul 
yaradır.   

Yüklə 7,28 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin