Yol hərəkəti haqqında


Maddə 9. Ədalətlilik prinsipi



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə129/130
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#39772
1   ...   122   123   124   125   126   127   128   129   130
yhq az

Maddə 9. Ədalətlilik prinsipi 

9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, 

onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 



9.2. Bir inzibati xətaya görə heç kəs iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. 

 

Maddə 38. Müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə 



38.1. İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, 

gömrük  qaydaları,  ətraf  mühitin  qorunması  qaydaları,  xarici  dövlətlərin  qeyri-hökumət  təşkilatlarının  filial  və  ya 

nümayəndəliklərinin  fəaliyyət  göstərməsi  qaydaları,  qrant  müqavilələrinin  (qərarlarının)  qeydə  alınması  qaydaları, 

eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi 

şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu 

ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı 

mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il 

keçənədək verilə bilər. 




2017v3 

96 


 

38.5. İnzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin 

aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan iki il keçərsə, qaçıb gizlənən şəxs inzibati 

məsuliyyətə cəlb oluna bilməz. 

38.6. Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında elektron protokol inzibati xətanın 

törədildiyi gündən bir ay müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda 

yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin