Yol hərəkəti haqqında


 FƏSİL  Nəqliyyat vasitələrini idarəetmə hüququ



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə43/130
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#39772
1   ...   39   40   41   42   43   44   45   46   ...   130
yhq az

4 FƏSİL 

Nəqliyyat vasitələrini idarəetmə hüququ 

 

Maddə 33. Nəqliyyat vasitələrini idarəetmə hüququ 

I.  Bu  maddənin  ikinci  hissəsində  nəzərdə  tutulan  yaş  həddinə  çatmış,  sağlamlıq  cəhətdən  sürücülüyə  yararlı,  yol 

hərəkəti  qaydalarını  bilən,  sürmə  vərdişi  və  sürücülük  vəsiqəsi  olan  hər  bir  fiziki  şəxs  Azərbaycan  Respublikasının 

ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. 

II. Azərbaycan Respublikası ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmək hüququ aşağıdakı yaşlardan 

yaranır:  

1) velosipedi və ya arabanı idarəetmə hüququ - 14 yaşdan;  

2) asma mühərrikli velosipedi, mopedi və “A1” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə 

hüququ - 16 yaşdan;  

3) “A”, “B” və “C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 18 yaşdan;  

4)  “BE”  -  kateqoriyasına  daxil olan  nəqliyyat  vasitələrini  idarəetmə  hüququ  -  19 yaşdan  (“B” kateqoriyasına 

daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə bir ildən az olmamaq şərtilə);  

5) tramvayları, trolleybusları idarəetmə hüququ - 21 yaşdan;  

5-1) “CE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 21 yaşdan (“C” kateqoriyasına 

daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə); 

5-2) “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 23 yaşdan (65 yaşadək və 

avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə beş ildən az olmamaq şərtilə); 

6)  “DE”  kateqoriyasına  daxil  olan  nəqliyyat  vasitələrini  idarəetmə  hüququ  -  26  yaşdan  (65  yaşadək  və  “D” 

kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə).  

Hərbi  qulluqçular  “CE”,  “D”  və  “DE”  kateqoriyasına  daxil  olan  nəqliyyat  vasitələrini  idarəetmə  hüququnu 

qanunvericiliklə müəyyən edilmiş qaydada 19 yaşdan əldə edə bilərlər.  

III. Hər hansı şəxsin sağlamlıq cəhətdən sürücülüyə yararlı hesab edilməsinin əsaslarını, habelə nəqliyyat vasitələrini 

idarə  etməsinə  mane  olan  xəstəliklərin  və  ya  fiziki  qüsurların  siyahısını  Azərbaycan  Respublikasının  müvafiq  icra 

hakimiyyəti  orqanı  müəyyən  edir  və  sürücülüyə  yararsız  hesab  edilən  şəxslər  barədə  məlumatları  müvafiq  icra 

hakimiyyəti orqanlarına göndərir. 

IV. Velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki 

yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. 

V.  Azərbaycan  Respublikasının  ərazisindəki  yollarda  hər  hansı  fiziki şəxsin  nəqliyyat  vasitələrini  idarəetmə hüququ 

yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: 

1) şəxsin sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarıbsa — sürücülük vəsiqəsi dəyişdirilənədək

2)  şəxs  tərəfindən  yol  hərəkətinin  qaydaları  bu  Qanunla  müəyyən  edilmiş  hallarda  kobud  surətdə 

pozulmuşdursa — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada beş ildən artıq olmayan 

müddətin qurtarmasınadək; 

3) şəxsdə bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş xəstəliklər və ya fiziki qüsurlar müəyyən edilərsə 

— xəstəlik müalicə olunanadək və ya fiziki qüsur aradan qaldırılanadək. 

VI.  Azərbaycan  Respublikası  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  siyahıda  nəzərdə  tutulmuş 

xəstəliklərlə  əlaqədar  psixiatriya  və  ya  narkoloji  dispanserlərin  uçotunda  olan,  yaxud  nəqliyyat  vasitələrini  idarə 

etmək sahəsində üç ildən az təcrübəsi olan, yaxud axırıncı iki il ərzində insanlara xəsarət yetirilməsi və ya onların 

ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi törətməyə, habelə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməyə 

görə  sürücülük  hüququndan  məhrum  olunmuş  şəxslər  avtobusları,  tramvayları  və  trolleybusları  idarə  etməyə 

buraxılmırlar.  


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin