Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:
Müsabiqə təklifi bir əsli və 1 surəti olmaqla 03.11.2017-cı il, Bakı vaxtı ilə saat 12:00-a qədər zərflərin açılış zalında Satınalmalar qrupuna təqdim olunmalıdır. İddiaçının nümayəndələri qeydiyyatdan keçmələri üçün ən az yarım saat öncədən Satınalan təşkilata gəlməlidirlər.
Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.
İştirakçının inzibati binaya buraxılışını təmin emtək üçün müraciət məktubunda iddiaçı şirkəti təmsil edəcək şəxsin adı, soyadı, vəzifəsi mütləq qeyd olunmalıdır.
İddiaçını müsabiqədə təmsil edəcək şəxslə bağlı sonradan edilən dəyişiklik qəbul olunmayacaqdır.