Azonal amillər
Azonal amillər enlik istiqamətində paylanmayan, enlik və ya zonal differensiasiyaya tabe olmayan təbii amilləri və ünsürləri əhatə edir. Bunlara tektonik proseslər, geoloji özül, geoloji strukturlar, tektonik proseslər zamanı yaranan müxtəlif morfostruktur formaları o cümlədən qırılmalar, əyilmələr, sınmalar və s. daxildir. Relyef və onun əsasını təşkil edən dağ süxurları həmçinin yer qabığında yayılan müxtəlif minerallar faydalı qazıntılar, azonal differensiasiyası ilə fərqlənir.
Yeraltı suların maqmadan ayrılan (yuvenil) hissəsidə azonal amillərə aid edilir.
Landşaftların sektorluğu onu yaradan amillər
Fiziki coğrafi differensiasiyanın ən mühüm qanunauyğunluqlarından biri də sektorluqdur. Sektorluq landşaft komplekslərinin və onun ayrı-ayrı komponentlərinin meridional istiqamətdə paylanma qanunauyğunluqlarıdır. Sektorluğa meridional differensiasiyada deyilir.
Sektorluğun yaranmasında aşağıdakı amillərin rolu böyükdür.
1) Okean və quru səthinin qeyri-bərabər əraziyə malik olması, müxtəlif miqdarda radiasiya, istilik və rütubətlə təmin olunması, həmçinin qeyri bərabər qızması və soyuması.
Quru səthi nə qədər geniş ərazi əhatə edərsə onun daxili rayonlarında bir o qədər çox quraqlıq, kontinentallıq və s. müşahidə edilir.
Okean və dəniz sahillərindən materiklərin daxili rayonlarına doğru getdikcə iqlimin bütün parametrləri dəyişilir. Məs: Avrasiyanın mülayim qurşağında mülayim dəniz, mülayim kontinental, kontinental və musson yarımtipləri; subtropik qurşaqda isə müvafiq olaraq Aralıq dənizi, kontinental və musson yarımtipləri, onların daxilində isə çoxlu (mülayim qurşaqda 24, subtropik qurşaqda 10) iqlim yarım tipləri ayrılır. Hər bir iqlim tipinə və yarımtipinə müvafiq torpaq və bitki örtüyünün daxili rayonlara doğru getdikcə kəskin dəyişilməsi müşahidə edilir. Beləliklə, okean sahillərindən materikin daxili rayonlarına doğru landşaft tiplərinin özünə məxsus differensiasiyası yaranır. Bu istiqamətdə ekzogen proseslərdə dəyişilir. Mərkəzi kontinental rayonlarda aşınma, eol, deflyasiya və s. proseslər, onların yaratdığı relyef formaları landşaftın yaranmasında böyük rol oynayır.
Məs: Qərbi Avropanın 50-ci enlikdə enliyarpaqlı meşələr Şərqi Avropada meşə-çöl və çöllərlə, Mərkəzi Rusiyada səhra və yarımsəhralarla əvəzlənir. Həmin istiqamətdə Asiyanın Uzaq şərq sahillərində yenidən rütubətli musson tipli meşələr formalaşır.
Relyefin və onun meridional istiqamətdə yerləşməsinin sektorial
differensiasiyada rolu böyükdür. Şimali və cənubi Amerikanın, Avstraliyanın və Asiyanın şərq sahillərində meridional differensiasiyanın daha parlaq təzahürü bilavasitə dağlarla bağlıdır. Kordilyer dağları, And dağları, Böyük Suayrıcı dağları, Sixote Alın, Cuqcur, Drakon dağlarının və s. sektorial differensiasiyanın yaranmasında rolu böyükdür.
Dostları ilə paylaş: |