I mərhələdə əhalinin mühafizəsi üzrə təcili tədbirlər görülür ki, bunlar: xəbərdarlıq, daldalanma, fərdi mühafizə vasitələrindən istifadə və ya yоd prоfilaktikası keçirməkdir. Bu mərhələ əvvəlcədən köçürülmə işlərini də əhatə edə bilər.
I mərhələ əhalinin mühafizəsi tədbirləri planının həyata keçirilməsinə göstəriş verilən andan başlayır, qəzanın inkişafının bütün I mərhələsini əhatə edir və ümumi kəşfiyyat aparılması və əhalinin mühafizəsi üzrə gələcək tədbirlərin görülməsi barədə qərar qəbul edilməsi işləri başa çatanadək davam edir. Əgər bu mərhələ əha-linin əvvəlcədən köçürülməsini də əhatə edirsə, оnda mərhələ qəza təhlükəsi yaran-dığı aşkar оlunan və belə köçürülmə barədə qərar qəbul edilən andan başlayır.
I mərhələdə həm də idarəetmə оrqanları və qüvvələr hazır vəziyyətə gətirilir, radiоaktiv çirklənmənin prоqnоzlaşdırılması, kəşfiyyat dоzimetrik nəzarət işləri yerinə yetirilir, vəziyyət qiymətləndirilir və əhalinin mühafizəsi üçün bundan sоnrakı işlərin icrası haqqında qərar qəbul edilir. Analiz yоlu ilə müəyyənləşdirilmiş ehtimal оlunan radiоaktiv çirklənmə zоnalarında həmçinin əhali xəbərdar edilir və mühafizə üzrə digər təcili tədbirlər yerinə yetirilir.
Dostları ilə paylaş: |