Aztu “Sənaye ekologiyası və hft” kafedrası FÖVQƏladə hallarda idarəetmə giriş FÖVQƏladə hallarin aradan qaldirilmasinin


Radiaktiv çirklənmənin əlaqələndirici və örtükyaradan kompozisiyalar ilə əlaqələndiriliməsi üsulları



Yüklə 310,32 Kb.
səhifə72/79
tarix02.01.2022
ölçüsü310,32 Kb.
#36308
1   ...   68   69   70   71   72   73   74   75   ...   79
ders

Radiaktiv çirklənmənin əlaqələndirici və örtükyaradan kompozisiyalar ilə əlaqələndiriliməsi üsulları.
Kimyəvi bioloji üsul. Təmizlənmiş sahələrin daha dərin təmizlənməsi üçün kimyəvi-bioloji üsullardan.SSB, MM-1, kompozosiyalarından, mineral və üzvü tərkibli qarışıqlardan səpməklə istifadə olunur. Səpici kimi əsasən müxtəlif su səpici maşınlarda, kənd-təsərüfatı maşınlarından istifadə olunur.

Dezaktivləşdirmə. Radaktivlikdən ən səmərəli müdafiə dezaktivləşdirmədir. Əgər əhalinin köçürülmə vaxtı təhlükəsizliyi, qəza-xiklasetmə işlərinin aparılmasının labüdlüyünü nəzərə almasaq dezaktivasiya qəzanın sonunçu fazası hesab olunur. Bu əsasən radiaktiv vəziyyətin stabilləşmə dövrünün başlaması müddətindən və dezaktivasiya işlərinin planlaşdırılması müddətindən aslıdır.

Ayrı-ayrı obyektlərin əsas dezaktivasiya üsulları aşağıdakılardır:

a) Açıq sahələr üçün.

1. Mexaniki üsul. 2.Ekranlaşdırma. 3. Vakuumlaşdırma. 4. Torpağın kimyəvi metodlarla yuyulması. 5. Bioloji (təbii dezaktivasiya) 6. Xüsusi ləvazimatlardan istifadə etməklə üst hissənin kənar edilməsi.


b) Bağlı sahələr üçün.

Bərk örtüklü yollar və sahələr üçün.

1.Su ilə təmizləmə (maye üsului) 2. Ekranlaşdırma. 3.Vakuumlaşdırma. 4.Su səpici maşınlar vasitəsi ilə təmizləmə.

v) Meşə kolluqları ilə örtülmüş səhələr.

1. Meşələrin yuyulması və təmiz torpağın tökülməsi. 2.Çətirlərin kəsilməsi və yığılması.

q) Bina və tikililərin dezaktivasiya üsulu.

1. Dezaktivasiya üsulları ilə yuma. 2.Yüksək aıdırma. təzyiqli su ilə yuma.

3. Vakuumlaşdırma. 4.Məsaməli elementlərin konstruksiya ilə əvəz edilməsi.


Dezaktivasiya işlərinin əsas mərhələsi dezaktivasiya olunana obyektin pasporlaşdırılmasıdır, fasiləsiz deaktivasiya üzrə tədbirlərin keçirilməsidir. Radiaktiv çirklənmə sahələrində dezaktivasiya işlərini ardıcıllığı çox çirklənmiş sahənin az çirkləmiş sahələrə qədər əhalinin daimi yaşadığı və fəaliyyət göstərdiyi sahələr üzrə aparılır. Binaların, tikililərin, istehsal vasitələrinin, yollarının dezaktivasiya ardıcıllığı ən çox çirkləmiş obyeklərdən başlanmalıdır.

Dezaktivasiya səmərəliliyi uyğun texnologiyanı izlənməsi, operativ olaraq dozimetrik və radiometrik üsullaral yoxlanılması ilə aparılır. Əks halda işin yenidən aparılmasına və onalrın yenidən onların sayının artırılmasına ehtiyac duyulur. Ən səmərəli üsul çətin və şüalanma ilə olsa da əl ilə işləmə üsuludur.

Ərazilərin deaktivasiyası zamanı mütləq iş ardıcıllığını (əhalinin və nəqliyyatın hərəkətini) müəyyən etmək lazımdır. Bu təmizlənmiş sahələrin yenidən çirklənməsinin qarşısını aslmağa imkan verir. Nəqliyyat vasitələrinin dezaktivasiyası üçün texniki vasitələrlə məhdudlaşdırma və radiaktiv tullantıların emal sistemləri ilə təmin edilmiş stasionar dezaktivasiya mərkəzlərinin yaranaması məqsədyönlüdür. Binaların, tikililərin, istehsal vasitələrinin, nəqliyyatın toz yaradan üsullala dezaktivasiyası zamanı eyni vaxtsa nəmləndirici üsullardan istifadə etmək lazımdır. Dezaktivasiya zamanı radiativ çirlənmənin bina və tikililərdə paylanma mümkünlüyünün nəzərə almaq lazımdır. Belə ki, divarların nəm üsullarla dezaktivasiyası radaktiv çirklənmənin torpaq yığılmasına gətirib çıxarır. Radiasiya qəzası zamanı ən vacib tədbirlərdən biri radiaktiv tullantıların yığılması və basdırılmasıdır.


Yüklə 310,32 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin