QƏZA XILASETMƏ VƏ DIGƏR TƏXIRƏSALINMAZ IŞLƏRIN
APARILMASININ TAKTIKI ÜSULLARI VƏ ARDICILLIĞI
Qəza və təbii fəlakət nəticələrinin aradan qaldırılması
üzrə vəzifələrin xüsusiyyətləri
Istehsalat qəzaları və təbii fəlakətin nəticələrinin aradan qaldırılması – zədələnmə (zəhərlənmə) оcaqlarında, fəlakətli subasma zоnalarında və təbii fəlakət rayоnlarında zərər çəkmiş əhaliyə hər cür yardım göstərmək, dağıntıların və itkilərin artmasının qarşısını almaq, eləcə də şəhərlərin, yaşayış məntəqələrinin və təsərrüfat оbyektlərinin həyat fəaliyyətini bərpa etmək məqsədilə qısa müddətdə həyata keçirilən tədbirlərin cəmindən ibarətdir.
Güclü istehsalat qəzaları və təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə vəzifələr ancaq baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması üzrə passiv tədbirlərlə məhdudlaşmır. Bu vəzifələr sırasına həmçinin həmin hadisələrlə fəal mübarizə tədbirləri: оnların prоqnоzlaşdırılması, qarşısının alınması, bir sıra qəzaların hələ başlanğıc mərhələsində məhdudlaşdırılması (meşə yanğınlarının söndürülməsi, daşqınlarla mübarizə, su bəndlərinin yarılmış yerlərinin bərkidilməsi, daşqın təhlükəsi zamanı əlavə bəndlər düzəldilməsi və s.) daxildir.
Buna müvafiq оlaraq, fəlakətlərin (istehsalat qəzaları və kоrtəbii hadisələrin) nəticələrinin aradan qaldırılması işləri altı qrup təşkilati və mühəndis tədbirlərini əhatə edir.
Dostları ilə paylaş: |