Fövqəladə hadisə baş verərkən əhalinin mühafizəsi işləri 3 mərhələdə görülür:
Birinci mərhələdə əhalini qоrumaq, fövqəladə hadisənin təsirinin genişlənməsinin qarşısını almaq, yaxud оnu zəiflətmək, habelə qəza-xilasetmə, qəza-bərpa və digər təxirəsalınmaz işlərin başlanması (genişləndirilməsi) üçün təcili tədbirlər tətbiq оlunur (sxem 1).
Birinci mərhələ
Əhalini qоrumaq, fövqəladə hadisənin təsirinin genişlənməsinin qarşısını almaq, yaxud оnu zəiflətmək, habelə qəza-xilasetmə, qəza-bərpa və digər təxirəsalınmaz işlərin başlanması (genişləndirilməsi) üçün təcili tədbirlər tətbiq edilir:
təhlükə barədə xəbərdarlıq;
mühafizə vasitələrindən istifadə;
davranış rejiminə riayət etmək;
əhalinin zədələnməsi qorxusu yaranan sahələrdən və rayonlardan insanları köçürmək;
tibbi-profilaktika vasitələri işlətmək və zədələnmiş şəxslərə ilk tibbi, habelə hər növ yardım göstərmək;
qəzanın məhdudlaşdırılması, istehsal prosesinin dayandırılması və ya texnoloji prosesin dəyişdirilməsi, yanğının qarşısının alınması və söndürülməsi;
xilasetmə və digər təxirəsalınmaz işlərə hazırlıq üzrə əsas tədbirlərin icrası;
idarəetmə orqanları və qüvvələrin hazır vəziyyətə gətirilməsi;
kəşfiyyat və nəzarət aparılması;
yaranmış vəziyyətin qiymətləndirilməsi və əhalinin mühafizəsi üzrə digər tədbirlərin yerinə yetirilməsi haqqında qərar qəbul edilməsi.
Sxem 1. FH-ın aradan qaldırılmasının birinci mərhələsinin məzmunu