Selin nəticələrinin əsas xarakteristikası aşağıdakılardır:
1. Sel zonasında olan həlak olanların, zərərçəkənlərin və s. siyahısı.
2. Sel altında qalan şəhərlərin, qəsəbələrin, rayonların (su altında, yarısualtında) siyahısı.
3. İqtisadi obyektlərin müxtəlif sahələrinin sualtında qalan hissəsi.
4. Su altında dağılan, zədələnmiş məişət binalarının siyahısı.
5. Su altında qalan körpü və keçidlərinin siyahısı.
6. Dəmir və nəqliyyat yollarının, elektrik ötürücülərinin kommunikasiya əlaqələrinin su altında qalan hissəsi.
7. Həlak olmuş ev heyvanlarının siyahısı.
Sel zamanı vəziyyət dağıdıcı xarakter alır, zərərçəkənlərin yaşama müddəti qısalır, üzücü vasitələrdən istifadə etməklə onların daşınması, hava şəraitinin pis olması vəziyyəti daha da çətinləşdirir. Qəza-xilasetmə və digər təxirə salınmaz işlərin sel zamanı əsas məqsədi axtarış, insanların qısa müddətdə xilas edilməsidir.
Dostları ilə paylaş: |