Radiasiya qəzası zamanı məhdudlaşdırma və ləğvetmə planının
əsas prinsipləri aşağıdakılardır:
1. Radionuklid çirklənmənin tərkibinin və qurluşunun təyini.
2. Ərazilərin və obyektlərin əsas növlərinin hesabatı.
3. Müxtəlif sahələrdə radiaktiv çirklənmənin toplandığı yer.
4. Çirklənmənin təsirindən asılı olaraq formalaşan radiasiya vəziyyətinin ləğvetmə və məhdudlaşdırma işlərinin aparılma ardıcıllığı.
5. Radiasiya qəzası zamanı ləvetmə üzrə daha səmərəli üsül güc və qüvvələrdən, texniki ləvazimatlardan, radiaktiv çirklənmədən asılı olaraq seçilir.
Radiaktiv çirklənmə mənbələrinin məhdudlaşdırma və ləğvetməsi üçün yüksək aktivliyiolan radiaktiv maddələrin toplanmalı və məhdudlaşdırılmalıdır.
Yüksək radiaktiv maddələrin yığılması və məhdudlaşdırılmasının əsasları ondan ibarətdir ki, radiaktiv mənbələrin dəqiq yerləşdiyi sahələr məlum olmur, onlar təsadüfi şəkildə yerləşir, iş aparılan zaman ola bilər ki, gözlənilmədən uçqunun və yerdəyişmə nəticəsində onların mənbəyi ortaya çıxsın.
Yüksək dərəcədə qamma şüaları olan sahələrdə işlərin aparılması maksimal dərəcədə mexanikləşdirilmiş ləvazimatlardan istifadə etməklə yerinə yetirilməlidir.
Dostları ilə paylaş: |