EKSPERTİZA (examination) – Elm, texnika, incəsənət və s. sahələrdə xüsusi bilik tələb edən hər hansı məsələnin ekspert tərəfindən tədqiq edilməsi. E.-nın nəticəsi rəy şəklində tərtib edilir. E.-nın geniş yayılması ixtisaslaşmanın dərinləşməsi, biliklərin diferensiasiyası, optimal qərarların qəbul edilməsi zərurəti, elmin ayrı-ayrı sahələrinin inkişaf yollarının müəyyən edilməsi ilə bağlıdır.