Азярбайъан Енсиклопедийасы


ZAY KADR (rejected frame) – Texniki və yaradıcılıq cəhətdən standartlara cavab verməyən, bu səbəbdən də ekranda göstərilməsi mümkün olmayan kadr. Z.k.-ın yaranması daha çox texniki amillərlə bağlı olu



Yüklə 3,99 Mb.
səhifə801/809
tarix02.01.2022
ölçüsü3,99 Mb.
#1979
1   ...   797   798   799   800   801   802   803   804   ...   809

ZAY KADR (rejected frame) – Texniki və yaradıcılıq cəhətdən standartlara cavab verməyən, bu səbəbdən də ekranda göstərilməsi mümkün olmayan kadr. Z.k.-ın yaranması daha çox texniki amillərlə bağlı olur.


ZİPPİNQ (zipping) – Tamaşaçıların xoşuna gəlməyən reklam kliplərinin sürətlə fırladılması üsulu. Videoyazının dayandırılması və reklama, yaxud digər arzuolunmaz informasiya materialına baxmaqdan yaxa qurtarmaq məqsədi ilə televizorun başqa kanala keçirilməsi üçün texniki qurğu. Bu qurğudan, adətən, verilişin fərdi videovasitələrlə yazılışı zamanı istifadə olunur. Amma bəzən Z. üsuluna, sadəcə, efir vaxtına qənaət etmək məqsədi ilə müraciət olunur. Z.-in tətbiq olunması reklamdan kommersiya səmərəsi güdən reklamvericilərin və teleşirkət rəhbərlərinin planlarını, niyyətlərini poza bilər.

ZERO (zero) Sıfır işarəsi. Daha çox telereklam sahəsində işlənir. Bu işarə altında olan reklam tamamilə faydasız reklam sayılır.


Yüklə 3,99 Mb.

Dostları ilə paylaş:
1   ...   797   798   799   800   801   802   803   804   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin