Азярбайъан Енсиклопедийасы


KÜTLƏVİ KOMMUNİKASİYA (mass communication)



Yüklə 3,99 Mb.
səhifə18/809
tarix02.01.2022
ölçüsü3,99 Mb.
#1979
1   ...   14   15   16   17   18   19   20   21   ...   809
AKSENT (accent) – 1) Hər hansı mətndə, təsvirdə və musiqidə mənanın xüsusi vurğulanması; ayırma, sezdirmə, nəzərə çarpdırma, üzərinə vurğu düşən səsin fərqli dərəcədə gücləndirilərək deyilişi; 2) Əcnəbi şəxsin tələffüzündə özünü göstərən xüsusiyyət.

AKT (indictment/act) – 1) Şahidlərin iştirakı ilə, yaxud yoxlama nəticəsində müəyyən edilən bir faktı təsdiq edən sənəd, yazı, protokol və s.; 2) Dövlət əhəmiyyəti və ictimai dəyəri olan fərman, qərar. Bəzən A. hər hansı veriliş üçün fakt materialı rolunu oynayır.

AKTİV LÜĞƏTSÖZLÜK (active vocabulary/dictionary/glossary) – Müvafiq dildə danışanların anladıqları, həm də öz nitqlərində fəal şəkildə işlətdikləri sözlər sırası. Danışanların ümumi mədəni-intellektual səviyyəsindən, dünyagörüşündən asılı olaraq A.l.-də sözlərin miqdarı da müxtəlif olur.

AKTİV MİKŞER (active mixer) – Ayrılıqda hər səs qaynağının şiddətini tənzimləməyə imkan verən mikşer; səs pultu. Bax: S ə s m i k ş e r i.


Yüklə 3,99 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin